5.Yeni dini hərəkatlar (Yehovanın Şahidləri dini təşkilatı,Bəhailik)
Bu gün dünyada qədim tarixə malik olan ənənəvi dinlərin mənsubları ilə yanaşı, XIX əsrdə və sonrakı dövrdə meydana gəlmiş dini təşkilatların, cərəyanların, qrupların ardıcılları da yaşayırlar. Ənənəvi din və konfessiyalardan ayrılaraq yaranmış bu dini fenomenlər dinşünaslıqda yeni dini hərəkatlar adlanır. Tədqiqatçıların hesablamalarına görə, hazırda yer üzündə yüzlərlə yeni dini hərəkat mövcuddur. Bunlardan bəzilərinin mənsublarının sayı milyonlarla ölçüldüyü halda, əksəriyyətində bu rəqəm yüzü belə keçmir.“Yehovanın Şahidləri” dini təşkilatı Hazırda dünyanın 240-dan çox ölkəsində 8 milyondan yuxarı mənsubu olan “Yehovanın Şahidləri” dini təşkilatının əsası XIX əsrin 70-ci illərində ABŞın Pittsburq şəhərində amerikalı tacir Çarlz Teyz Rassel (1852-1916) tərəfindən qoyulmuşdur. O, 1879-cu ildən “Sion Keşikçi qülləsi və İsa Məsihin müjdəçisi” adlı jurnal (hazırda “Keşikçi Qülləsi” kimi tanınır.- Red.) buraxmış, “Keşikçi Qülləsi, İncillər və Traktatlar Cəmiyyəti”ni təsis etmiş, onun ilk prezidenti seçilmişdir. Cəmiyyət üzvləri Bibliyanı öyrəndikləri üçün “Müqəddəs Kitabı tədqiq edənlər” kimi məşhurlaşmışlar. Bununla yanaşı, Ç.T.Rassel iddia etmişdir ki, 1914-cü ildə İsa Məsihin ikinci gəlişi baş verəcək, qiyamət qopacaq, əksər insanlar, o cümlədən “yalançı xristianlar” məhv olacaq, təkcə həqiqi möminlər nicat tapacaq və yer üzündə qurulacaq Səmavi Səltənətdə əbədi həyat sürəcəklər. Lakin onun 1914-cü il haqqında xəbəri gerçəkləşməmiş, bundan sonra o, yeni iddia ilə çıxış etmişdir. Onun iddiasına görə, 1914-cü ildə səmada İsa Məsih taxta çıxmış və bununla da İlahi Padşahlıq qurulmuşdur. Səmadan yer üzünü idarə etməyə başlayan İsa Məsih taxta çıxan kimi İblisi və onun cinlərini göydən yerə atmışdır. Bundan bərk qəzəblənən şeytan bütün dünyanı zülmə qərq etmişdir. O vaxtdan bəri bəşəriyyətin dərd-bəlası günü-gündən artmış, müharibələr, qıtlıqlar, epidemiyalar, zəlzələlər baş alıb getmişdir. Bütün bunlar isə tezliklə yer üzündə İlahi Padşahlığın qurulacağından xəbər verirdi. Ç.T.Rassel hesab edirdi ki, MÜASİR DÖVRDƏ DİN 203 Armageddon (İsa Məsih və İblis arasında müharibə.- Red.) müharibəsində qələbə qazanacaq İsa Məsih yer üzünü 144 000 seçilmiş insan ilə birgə göylərdən idarə edəcəkdir. Ç.Rasselin vəfatından sonra Keşikçi Qülləsi, İncillər və Traktatlar Cəmiyyətinə onun yaxın silahdaşı Cozef Franklin Ruterford rəhbərlik etmişdir.
Dostları ilə paylaş: |