Multikulturalizm cavab Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti



Yüklə 55,37 Kb.
səhifə7/23
tarix02.05.2022
ölçüsü55,37 Kb.
#115637
1   2   3   4   5   6   7   8   9   10   ...   23
Multikulturalizm cavab Multikulturalizm giri ” f nninin predmet

Bəhailik XIX əsrin ikinci yarısında İranda yaranmışdır. Bu dinin formalaşmasında Babilik dini hərəkatının təlimi mühüm rol oynamışdır. Hərəkatın banisi Seyyid Əli Məhəmməd (1819-1850) sayılır. O, ilk dəfə təbliğatına 1844-cü ildə Şiraz şəhərində başlamışdır. Seyyid Əli Məhəmməd iddia edirdi ki, onun özü İslamın şiə ənənəsinə görə qeybə çəkilmiş İmam Mehdiyə açılan bir “Bab”dır(ərəbcə “qapı” deməkdir.- Red.). İran cəmiyyətinin aşağı və orta təbəqələrində özünə xeyli sayda tərəfdar toplaya bilən Babın ardıcılları babilər adlandırılmışlar. Bab iddialarında daha da irəli gedərək özünü Mehdi elan etmiş və “Bəyan” adlı kitab qələmə almışdır. Qeyd edək ki, babilərin uğur qazanmasından narahat olan İranın hakim dairələri XIX əsrin 40-cı illərinin sonunda sözügedən dini hərəkatın yatırılması istiqamətində qətiyyətli tədbirlərə əl atmışdır. Babilər hərəkatının 20 min nəfərədək tərəfdarı qətlə yetirildi, sağ qalan babilər isə qonşu ölkələrə qaçmaq məcburiyyətində qaldılar. Babın özü isə 1850-ci ildə edam edildi. Babilər hərəkatının yatırdılmasına baxmayaraq, Babın qatı tərəfdarlarından olan Mirzə Hüseyn Əli (1817-1892) öz dini rəhbərinin işini davam etdirmiş, apardığı təbliğat sayəsində yeni dinin – bəhailiyin əsasını qoymuşdur. Belə ki, o, 1863-cu ildə Bağdadda sürgündə ikən Bab tərəfindən gəlişi əvvəlcədən xəbər verilən Məsih olduğunu iddia etmişdir. Bundan sonra Babın tərəfdarlarının böyük hissəsi “Bəhaullah” (“Allahın Cəlalı”) kimi məşhurlaşan Mirzə Hüseyn Əlinin ardınca getmişlər. Dəfələrlə həbs olunan, həyatının 40 ilini sürgünlərdə keçirən, təqiblərə məruz qalan Bəhaullah 1892-ci ildə 75 yaşında Osmanlı imperiyasının ucqar bölgəsi olan Akko şəhərində (hazırda İsrail ərazisində yerləşir.- Red.) dünyasını dəyişmişdir. Onun yolunu oğlu Əbdülbəha, daha sonra isə nəticəsi Şövqi Əfəndi davam etdirmişdir.


Yüklə 55,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin