Multikulturalizmə giriş fənnindən test sualları


Qərb ölkələrində multikulturalizmin əsasları neçənci əsrdən başlayır?



Yüklə 115,99 Kb.
səhifə28/93
tarix01.01.2022
ölçüsü115,99 Kb.
#103315
1   ...   24   25   26   27   28   29   30   31   ...   93
164.Qərb ölkələrində multikulturalizmin əsasları neçənci əsrdən başlayır?

a) XVI əsr b) XIII əsr c) X əsr d) XI əsr e) XII əsr



165.Kimin “ Fars məktubları ” əsəri multikulturalizmin klassik mənbələrindən hesab olunur?

a) Şarl Lui Monteskyu

b) Riçard Bernşteyn

c) Artur Şlezinqer

d) Maykl Lind

e) Natan Qlazer



166.Kim klassik multikulturalizmdə dilə üstünlük verir və belə ifadə edir ki, “hər bir millət düşündüyü kimi danışır, danışdığı kimi düşünür”?

a) İohan Herder

b) Riçard Bernşteyn

c) Artur Şlezinqer

d) Maykl Lind

e) Natan Qlazer



167.Qafqaz Albaniyasının Kambisena vilayәtindә yaşamış alban soylarından olan ingiloylar hansı dini qәbul etmişlәr?

a) xristianlıq

b) sintoizm

c) buddizm

d) tanrıçılıq

e) iudaizm



168.Kimə görə hər bir mədəniyyət özünəməxsus xüsusiyyətlərə malik olaraq müxtəlifliyi təşkil edir?

a) C.Viko

b) R.Bernşteyn

c) A.Şlezinqer

d) M.Lind

e) N.Qlazer



169.Kimə görə fərdlər cəmiyyət tərəfindən qəbul olunan sərhədləri aşdığında ictimai həyatda xaoslar yarana bilər?

a) Vil Kimlika

b) Riçard Bernşteyn

c) Artur Şlezinqer

d) Maykl Lind

e) Natan Qlazer



170.Onun multikulturalizm sahəsinədə ən mühüm əsəri 1991-ci ildə nəşr olunan “Amerika ayrılması” (“Disuniting of America”) adlı əsəridir.

a) Artur Şlezinqer

b) Riçard Bernşteyn

c) Yurqen Habermas

d) Maykl Lind

e) Natan Qlazer



171.İslamaqәdәrki dövrdә Azәrbaycanın cәnub torpaqlarında әhali әsasәn hansı dinә sitayiş edirdi?

a) zәrdüştilik

b) xristianlıq

c) buddizm

d) iudaizm

e) sintoizm



172.Әrәb xilafәti dövründә Azәrbaycanın cәnub torpaqlarında, daha sonra Mildә, Muğanda, Kaspi sahillәrindә, Kür vә Araz çayları boyunu әhatә edәn әrazilәrdә hansı din geniş yayılmağa başladı?

a) islam


b) iudaizm

c) xristianlıq

d) buddizm

c) tanrıçılıq



173.Artsak, Uti, Kambisena vilayәtlәrindә yaşayan әhali xristian kitab әhli olduqları üçün әrәblәr onların dini etiqadına necә yanaşmışdılar?

a) dözümlә

b) dini etiqadlarını alqışlayırdılar

c) dözümsüz

d) onları mәhv edirdilәr

e) nifrәtlә



174.Hansı dövlət Cənubi Qafqazda sivilizasiyaların qovuşduğu , müxtəlif dinlərin ,millətlərin və mədəniyyətlərin bir arada inkişaf etdiyi, dini dözümlülüyün höküm sürdüyü coğrafi məkan olaraq öz multikulturalist və tolerant cəmiyyəti, sabit ictimai mühiti ilə seçilir?

a) Azərbaycan

b) Gürcüstan

c) Ermənistan

d) Türkiyə

e) İran



Yüklə 115,99 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin