Münasibətləri” 060401 “Beynəlxalq İqtisadiyyat”


Mövzu 6. Beynəlxalq investisiya rejimləri



Yüklə 157,12 Kb.
səhifə15/39
tarix10.01.2022
ölçüsü157,12 Kb.
#107807
1   ...   11   12   13   14   15   16   17   18   ...   39
Mövzu 6.
Beynəlxalq investisiya rejimləri:

İnvestisiyaların cəlb olunmasında qərarların

qəbulu qaydaları
Mövzunun proqram sualları
Beynəlxalq investisiyalar qəbul edən ölkənin investisiya iqlimi. İnvestisiya cəlb etmək baxımından ölkənin iqtisadi şəraitinin münbitliyi. Təcrid olunmadan, avtargiyadan liberallaşmağa doğru. Dünya Ticarət Təşkilatının - DTT qaydalarına zidd olan qanun və normativ aktların mövcudluğu. Pozitiv inkişaf üçün təkan. (Doha və Uruqvay raundu) İnvestisiyanın milli rejimləri. Bazar mühitinin yaradılması, kapitaldan səmərəli istifadə olunmasına şərait yaradılmasında milli iqtisadiyyatın rolu.

İnvestorların şəffaflıq rejimi. Ölkədə investorların hüquqi müdafəsi. İnvestorların hüquqlarının qanun-vericiliyin müəyyən etdiyi formada təşkil olunması. İnvestorların fəaliyyətinə hər hansı mənfi təsirin müəyyənləşdirilməsi. İnvestisiyalarla bağlı hüquqi bazanın daha da təkmilləşdirilməsi. Müasir qanun-vericilik aktlarının və normalarının qiymət-ləndirilməsi.

Xarici investorların təhlükəsizliyinə verilən dövlət zəmanəti. Starteji sahələrə xarici investisiya qoyuluşunun qorunması. İnvestisiya layihələrinin seçimi, təstiqi proseduru və formaları. Təhlükəsizliyin dövlət tərəfindən tənzimlənməsi. Milli təhlükəsizlik mülahizələri.

Xarici ticarət siyasətinin liberallaşması. İnvestorlar üçün azad rəqabət şəraitinin yaradılması. İnvestisiya qoyuluşları üçün münbit şəraitinin yaradılması üçün beynəlxalq sazişlərə qoşulmaq. İnvestisiyalarda dövlətin iştirak payının miqyası. Müvəqqəti milliləşdirmə dalğası. Özəlləşdirilmiş şirkətlərin milli sahibkarların əlində saxlanılması. İstehsalın və iş yerlərinin xaricə köçürülməsinə mane olmaqda hökumətin israrlı mövqe tutması.



Yüklə 157,12 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin