II Fəsil.
Beynəlxalq investisiyaların hərəkətinə
şərait yaradan mühit və işgüzar fəaliyyət
Mövzu 5.
Beynəlxalq investisiyaların cəlb olunmasının meyarları
Mövzunun proqram sualları
Dünya təcrübəsində konkret ölkələrə xarici investisiya axınlarınınn cəlb olunmasına imkan yaradan şərtlər və meyarlar. UNCTAD-ın universal siyahısında siyasi mühit, iqtisadi, sosial stabillik, xarici şirkətlərin distribyutorlarına münasibət, bazarlaın fəaliyyət strukturu. Bazar mexanizmi. Bazar infrastrukturu. İqtisadi azadlıq. Biznesə yardım. Ölkəyə investisiya axınlarını gücləndirən digər meyarlar.
İnvestisiya rejimləri barədə göstərilən məlumatlar universal indikatorlar kimi çıxış edir. Universal indikatorlar və ölkəyə BXI cəlb etmək əməliyyatlarını aparmaq qaydaları. Ölkələrin müxtəlif iqtisadi qrupları üzrə müvafiq investisiya rejimlərinin formalaşması. Universal indikatorların ölkəyə BXI cəlb olunmasında rolu. Universal indikatorların milli kapitalların ölkədən qaçmasına təsiri.
Milli investisiyaların ölkədən qaçması səbəbləri. Korrupsiya halları, iqtisadiyyatın liberal olmaması, vergi sisteminin sərt olması və sair başqa əsas meyarlar. Yeni iqtisadi sazişlərin sayının artması. Regional investisiya zonalarının yaradılması.
Beynəlxalq investisiyaları qəbul edən ölkələrin ümumi şəraiti. Bu istiqamətdə əsas olan amillər: iqtisadi, siyasi, biznesin dəstəklənməsi amilləri. Xarici investisiya cəlb edən ölkələrin iqtisadi amilləri. Əmək haqqı səviyyəsi, işçilərin bacarığı, bazarın həcmi, təbii resurslar, idarəçilik bacarığı, maliyyə infrastrukturu, sənayenin vəziyyəti əsas amillər kimi. Milli firmaların rəqabətə hazırlığı, məhkəmə sistemi, özəlləşməni dəstəkləyən strategiya.
Beynəlxalq investisiya arbitrajı investisiya mübahisələrinin əsas alətidir. İnvestisiya mübahisələrinin tənzimlənməsi mexanizmində sistemli problemlər. Beynəlxalq arbitraj normaları. İnvestisiya mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəz - ICSID. BMT-nin Beynəlxalq Ticarət Hüquqları üzrə Komissiyası - UNCITRAL.
Dostları ilə paylaş: |