Mövzu 7.
İnvestisiya siyasətində milli və
beynəlmilli səviyyələrdə formalaşan başlıca istiqamətlər
Mövzunun proqram sualları
Birləşmiş Millətlər Təşkilatının ticarət və inkişaf üzrə konfransının UNCTAD-ın investisiya sahəsindəki qanun-vericilikdə dəyişikliyi. Birbaşa xarici investisiya qoyuluşları üçün əlverişli olmayan tədbirlər. UNCTAD-ın xarici investisiyaların milli tənzimləmə sistemində apardığı dəyişikliyə nəzarəti. Dəyişiklik aparmış ölkələrin qruplaşdırılması. Münasib və münasib olmayan dəyişikliklər.
BXI və başqa müqavilələrin inkişaf meylləri. İkitərəfli İnvestisiya Sazişi (BIT - Bilateral Investment Treaty), İkiqat vergitutmanın aradan qaldırılması müqaviləsi (Double Tax Avoidance Agreement - DTAA). Son zamanlarda beynəlxalq investisiya sazişlərinin bağlan-masındakı inkişaf meylləri. Azad investisiya rejimi haqqında razılaşma. İnvestisiyalara dair çoxtərəfli ümumi müqavilələrin bağlanması.
Sazişin əsas müddəlarını ümumi şəkildə təsvir edilməsi. Tənzimlənmə hüququ ilə xüsusi mülkiyyət sahiblərinin hüquqları arasındakı sərhəd meyarlarının müəyyənləşdirilməsi. Milli iqtisadi inkişafa nail olmaq istiqamətində milli istehsal-investisiya fəaliyyətinə qarşı tələblər. Birbaşa xarici investisiyaların faydalılığı və milli investisiya siyasəti.
Milli və beynəlxalq iqtisadi təşkilatların investisiya siyasəti. Beynəlxalq investisiya siyasətinin uzlaşdırılma-sının vacibliyi. Beynəlxalq investisiya danışıqlarında mərkəzi yer tutan məsələlər. Rentabelli fəliyyəti əldə etmək üçün milli və beynəlxalq siyasətinin birgə meyarlarının uzlaşdırılması. Milli rejimin tətbiq olunma hüdudları.
İnvestisiya qoyuluşlarında milli və beynəlxalq təşkilatların qarşısına çıxan problemlər. Ümumi tənzimləmə hüququ ilə investisiya sahiblərinin hüquqları arasında sərhəd meyarları. İnvestisiya mübahisələrinin həlli mexaniminin təsir dairəsi.
Dostları ilə paylaş: |