III Fəsil.
Beynəlxalq investisiya və beynəlxalq
rəqabət qabiliyyətliliyin artırılması imkanları
Mövzu 11.
Birbaşa xarici investisiya qoyuluşları və
beynəlxalq rəqabət qabiliyyətliliyin artırılması
Mövzunun proqram sualları
Birbaşa xarici investisiya qoyuluşları və beynəlxalq bazarlarda rəqabət. Beynəlxalq bazarlarda qlobal kompaniyaların yaratdığı rəqabət mühiti. Birbaşa xarici investisiyaların coğrafi istiqamətləri və əhatə etdiyi sahələr. Birbaşa xaric investisiyaların həcminə və rəqabətqabiliyyətinə görə irəlidə gedən TMK-lar. İri korporasiyalar və xarici investisiyaların sahə strukturu.
Birbaşa xarici investisiya qoyuluşları və milli iqtisadiyyat. Ölkə daxilində iqtisadiyyatın sahələri arasında yaranan təbii rəqabət mühiti. Milli iqtisaidyyatın liberallaşması və xarici investisiya üçün münbit şəraitin mövcudluğu. Birbaşa xarici investisiya qoyuluşu və özəl sektorun inkişafı. Rəqabətə davamlı iqtisadiyyatın formalaşması. Dayaq sahələrə istinad edilməsi. Prioritetlərin seçilməsi.
Beynəlxalq rəqabət konsepsiyası. Porter modeli. Beynəlxalq rəqabətin strukturu: ölkələr, müəssiələr, əmtəələr arası rəqabət. Birbaşa investisiya qoyuluşu və inhisarlaşmanın məhdudlaşması. İnhisarlaşma dərəcəsinə görə bazarların növləri. İqtisadiyyatda inhisarlaşmanın xarici investisiya üçün mənfi nəticələri.
Birbaşa xarici investisiya qoyuluşları şəraitində əsassız inhisarçılığın qarşısının alınması. Anti-inhisar proqramının aktuallığı. Birbaşa investisiya qoyuluşları üzrə mükəmməl vergi sistemi. Maliyyə-kredit sisteminin tənzimlənməsi. Birbaşa investisiya qoyuluşları üzrə yeni normativ hüquqi bazanın yaradılması. Birbaşa investisiya qoyuluşlarının əsassız inhisarçılığın və haqsız rəqabətin aradan qaldırılmasında rolu.
Dostları ilə paylaş: |