Müstəqillik dövründə Azərbaycandan xaricə önəmli miqyasda əmək miqrasiyası baş vermişdir.
Bu sahədə hazırda rəsmi statistika mövcud deyildir. Bunun da əsas səbəbi Azərbaycan vətəndaşlarının xarici ölkələrdə əsasən qeyri-formal sektorda çalışmalarıdır.
Ancaq buna baxmayaraq, müxtəlif ölkələrin rəsmi məlumatlarına əsaslanaraq, qeyd edə bilərik ki, Azərbaycan vətəndaşlarının intensiv şəkildə çalışdığı ölkələr sırasında Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Almaniya kimi ölkələr ön sıralarda dayanır.
AZƏRBAYCANDA “BEYİN AXINI”
“Beyin axını” (Brain Drain) dünyanın əksər ölkələrində müşahidə olunan bir prosesdir.
“Beyin axını” əsasən zəif inkişaf etmiş ölkələrdən inkişaf etmiş ölkələrə doğru baş verir.
Müstəqillik dövrünün ilk illərindən başlayaraq, Azərbaycanda da “beyin axını” müşahidə olunmağa başlamışdır.
Hazırda Azərbaycanda “beyin axını” problemilə bağlı rəsmi statitik məlumatlar mövcud olmasa da, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nda (The Global Competitiveness Report) yayınlanan “Beyin Axını” (“Brain Drain”) indiqatoruna əsaslanaraq müəyyən qiymətləndirmə aparmaq mümkündür.
Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nın 2009-2010 nəşrində Azərbaycan “Beyin Axını” (Brain Drain) indiqatoruna görə 133 ölkə arasında 63-cü yerdə, 2010-2011 nəşrində isə 139 ölkə arasında 94-cü yerdə qərarlaşmışdır.
AZƏRBAYCANDA ÇALIŞAN ƏCNƏBİ VƏTƏNDAŞLAR
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına görə hazırda Azərbaycanda 80-a qədər ölkənin vətəndaşı əmək fəaliyyətilə məşğuldur.
Hazırda Azərbaycanda rəsmi olaraq qeydiyyatdan keçmiş (sığorta olunan) əcnəbi işçilərin sayı 5800 nəfərdən çoxdur.
Azərbaycanda çalışan əcnəbilərin vətəndaşlıq strukturuna nəzər saldıqda ilk 10 sırada ardıcıl olaraq, Türkiyə, Gürcüstan, Rusiya, İran, Hindistan, Çin, Malaziya, Birləşmiş Krallıq, Ukrayna və Pakistanın olduğunu görmək mümkündür.
AZƏRBAYCANDA ÇALIŞAN ƏCNƏBİ VƏTƏNDAŞLAR
MƏNBƏLƏR
www.dsmf.gov.az - Azərbaycan Dövlət Sosial Müdafiə Fondu
www.azstat.org - Azərbaycan Dövlət Statistika Komitəsi
www.economy.gov.az – İqtisadi İnkişaf Nazirliyi
www.nba.az – Azərbaycan Respublikası Mərkəzi Bankı
World Economic Forum. The Global Competitiveness Report, 2009-2010, 2010-2011. Geneva.