Mündəricat Fəsil Abortlar: təhlükələr və sosial perspektivlər



Yüklə 3,12 Mb.
səhifə7/11
tarix08.03.2020
ölçüsü3,12 Mb.
#102243
1   2   3   4   5   6   7   8   9   10   11

Diaqram 1.25. Respondentlərin ailədəki

statuslarına görə təhlili



Ailədə övladların sayı və cinsinə görə respondentlər cavabları arasında da fərq vardır. Ən çox müasir qoruyucu vasitələrdən, abortlardan istifadə edən və “heç nə etmirəm” deyən respondentlərin arasında 1 oğlu və bir neçə qızı olanlar üstünlük təşkil edirlər (diaqram 1.26).



Diaqram 1.26. Övladların sayı və cinsinə görə təhlili

Aparılan araşdırmalar təsdiq edir:

1. Azərbaycanda müasir kontraseptiv vasitələrdən istifadə səviyyəsi:


  • Bakı şəhəri 45 %, bölgələrdə 20%-dən aşağıdır (30% göstəricisi olan Qusarı çıxmaq şərti ilə).

  • Müasir qoruyucu vasitələrdən istifadə edən qadınların sayı kişilərdən 3 dəfə çoxdur (kişilər 4% - qadınlar 12%).

  • Müasir qoruyucu vasitələrdən istifadə edən ən fəal yaş qrupu 25-35-dir (8%). 46 yaşdan sonra müasir qoruyucu vasitələrdən istifadə səviyyəsi aşağıdır (2%).

  • Ali təhsillilər arasında müasir qoruyucu vasitələrdən istifadə edənlərin sayı nisbətən yüksəkdir (8%).

  • Təkbaşına qərar verənlərdən (2%) fərqli olaraq, həyat yoldaşı ilə birlikdə qərar verməyə üstünlük verən respondentlər müasir qoruyucu vasitələrdən nisbətən daha çox istifadə edirlər (12%).

  • Ən çox müasir qoruyucu vasitələrdən 1 oğlu və bir neçə qızı olanlar üstünlük təşkil edirlər (5%).

  • Dindarlar (5%) və qismən dindar olanların (2%) müasir qoruyucu vasitələrdən istifadə səviyyəsi, dinə sadəcə hörmət edənlərlə (10%) müqayisədə qismən aşağıdır.

2. Azərbaycanda abort etdirənlər və abortları normal dəyərləndirənlər aşağıdakıladır:

  • Bakı şəhərində abort etdirməyə pozitiv münasibət 21%-dir. Bölgələrdə isə, bu 10%-dən aşağıdır (yalnız Qusarda 12%).

  • Bakıda ümumən abortlara normal münasibət 63% təşkil edirsə, bölgələrdə 10%-dən aşağıdır (yalnız Qubada 31%).

  • Ali təhsilli respondentlər arasında aborta neqativ münasibətdə olanlar üstünlük təşkil edir (29%).

  • Abort etdirənlər həyat yoldaşı ilə birlikdə qərar verirlər (4%).

  • Ən çox abortlardan istifadə edənlər 1 oğlu və bir neçə qızı olanlar üstünlük təşkil edirlər (3%).

  • Dindar insanların (24%), qismən ibadət edənlərin (6) və dinə hörmətlə yanaşanların (41%) abortlara münasibəti mənfidir. Dinə laqeyd olan insanların abortlara münasibəti neyrtaldır.

Nəticə.

Müasir qoruyucu vasitələrdən istifadə və abortlara münasibət məsələsində Bakı şəhəri ən azı iki dəfə bölgələrdən irəlidədir. Bölgələr arasında cənub bölgələri bu sahədə daha aşağı göstəricilərə malikdirlər. Bu, yanlız apardığımız sorğularla deyil, bizdən əvvəlki dövrlər də aparılan sorğuların nəticələri ilə təsdiq olunur. Lakin, bölgələrdə və ümumən Azərbaycanda nəsilvermə əmsalının aşağı olması (2 həddinə enməsi) və müasir qoruyucu vasitələrdən istifadə və abortlara münasibət səviyyəsinin aşağı səviyyədə qalması təsdiq edir ki, əhali arasında (xüsusilə, bölgələrdə) ənənəvi qoruyucu üsullardan istifadəyə üstünlük verilir.

Əhali arasında (xüsusilə, bölgələrdə) ənənəvi qoruyucu üsullardan istifadəyə üstünlük verilməsi, gözlənilməz hamiləlik riskini artırır. Bunun nəticəsi olaraq, qadınlar abortlara getməyə məcbur olurlar. Abort, qadınlar üçün fiziki və psixoloji risk ehtimalını artırır. Buna görə də, müasir qoruyucu vasitələrdən istifadə edən qadınların sayı kişilərdən 3 dəfə çoxdur. Onlar arasında 25-35 yaşında olan ali təhsilli qadınlar əksəriyyət təşkil edirlər. Onlar abortlara öz həyat yoldaşları ilə məsləhətləşərək qərar verirlər. Hər iki tərəf abortların müsbət hal olmadığını anladıqları halda, ona getməyə məcbur olurlar. Çünki müasir qoruyucu vasitələrdən istifadə istiqamətində maaarifləndirmə işi aşağı səviyyədədir.

Müasir qoruyucu vasitələrdən istifadə edənlər arasında 1 oğlu və bir neçə qızı olanların üstünlük təşkil etməsi gözlənilən haldır. Çünki müasir azərbaycan ailəsində 2 və ya 3 uşaq artıq normaya çevrilibdir. Əgər bu 2 və ya 3 övladın arasında qız və oğlan övladı varsa, valideynlər bununla kifayətlənirlər. Buna görə, onların bir qismi kontraseptiv vasitələrdən fəal istifadə edir və ya abortlara gedirlər.

Dindarların abortlara və müasir qoruyucu vasitələrdən istifadəyə münasibəti birmənalı deyildir. Onların bir qismi müəyyən dövrədək abortları mümkün saysalar da, ümumiyyətlə, abortlara neqativ münasibət bəsləyirlər. Lakin, müasir qoruyucu vasitələrdən istifadə səviyyəsi aşağı olduğu üçün, abortlara getməyə məcbur qalırlar.

Bütün bunlar göstərir ki, Azərbaycanda müasir qoruyucu vasitələrdən istifadə aşağı səviyyədədir. Bunun nəticəsi olaraq, əhali anormal hesab etdikləri abortlara getmək məcburiyyətində qalırlar. Azərbaycanda abortların səviyyəsi yüksəkdir. Bunların yeganə səbəbi müasir qoruyucu vasitələrdən istifadənin aşağı səviyyədə olması deyildir. Bunun əsas səbəblərindən biri də selektiv abortlardır.



Fəsil 2. Selektiv abortlar: statistika və təhlükələr

2.1. Selektiv abortların dünya üzrə statistikası

Selektiv abort - valideynlərin ultrasəs müayinəsi ilə embrionun cinsini müəyyən etdikdən sonra cinsi ayrıseçkilik edərək ondan abort (gec mərhələdə süni doğuş) yoluyla qəsdən xilas olmaqdır. Selektiv abortlar arasında da ən çox ayrıseçkiliyə məruz qalan cins qızlardır. Problemin diqqəti cəlb edən aktual məqamı da məhz bundan ibarətdir.

Abortlar arasında selektiv abortların payı az deyildir. Onların sayını müəyyən etmək çətindir. Çünki selektiv abortların əksəriyyəti qeyri-qanuni yolla baş verdiyi üçün, onların real mənzərəsi gizli qalır. Həmçinin, gender statistikası ilə bağlı şəffaflıq əksər ölkələrdə qənaətbəxş səviyyədə deyildir. Buna görə də hesab etmək olar ki, problem göründüyündən də dərindir.

Hər hansı ölkə əhalisinin cinslərə görə bölgüsündə müşahidə olunan uyğunsuzluq, yəni, doğulan qız və oğlan uşaqlarının sayında olan kəskin fərq, selektiv abortların səviyyəsinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayır.

Doğulan hər 100 nəfər qız uşağına düşən oğlan uşaqlarının sayının 106-dan çox olması, təbii-obyektiv bir hadisə kimi dəyərləndirilə bilməz. Çünki araşdırmalar göstərir ki, doğulan qız və oğlan uşaqlarının sayı ilə digərlərindən fərqlənən ölkələrdə daha çox selektiv abortlar həyata keçirilir və qız uşaqlarına qarşı ayrıseçkilik nümayiş olunur. Əksinə, doğulan hər 100 nəfər qız uşağına düşən oğlan uşaqlarının sayının 103-dən az olması da qeyri-təbiidir. Çünki 100 qız – 103 oğlan nisbəti də göstərir ki, oğlan uşaqları cinsi diskriminasiyaya məruz qalırlar. Demoqrafik strukturun gender balansının maksimum nisbətinin 100-106 çərçivəsində olması təbii-obyektiv hadisə kimi dəyərləndirilirsə, bu çərçivə fövqünə çıxması subyektiv amillərlə əlaqələndirilir.

Oğlanların qızlara nisbətdə cüzi fərqlə çox olması təbii-obyektiv qanunauyğunluq olduğu üçün, ona konkret qiymət vermək çətindir. Araşdırmalar göstərir ki, doğuşda kişilər və qadınlar arasında olan fərq sonrakı müxtəlif yaş mərhələlərində bərabərləşir, hətta, əksər hallarda 55-60 yaşdan sonrakı mərhələlərdə qadınların sayı kişilərdən çox olur. Biz, bunu, Azərbaycanın demoqrafik gender inkişaf dinamikasında müşahidə edə bilərik (Cədvəl 3)

Tədqiqatçılar hesab edirlər ki, kişilər qadınlardan fərqli olaraq müharibələrdə iştiraklarına (müharibə illəri fenomeni), kriminal təhlükələrlə üzləşdiklərinə görə daha çox ölüm riskinə məruz qalırlar. Maraqlıdır ki, əmin-amanlıq illərindən fərqli olaraq, I və II Dünya Müharibələri dövründə Avropada oğlan uşaqları daha çox dünyaya gəlmişlər (1 - 2.5%). Eyni tendensiyanı Cənubi Qafqazda 90-cı illərin əvvəllərindən başlayan hadisələrlə də əlaqələndirmək mümkündür (3). Lakin, dünyada abortlar nəticəsində hər il minlərlə qadının öldüyünü nəzərə alsaq, qadınların kişilərdən az riskə məruz qaldığını söyləmək olmaz.

Demoqrafik araşdırmalar göstərir ki, ümumbioloji amil kimi bütün kişilər qadınlara nisbətdə, həmçinin, erkək cinsli bitki və heyvanlarda dişilərə nisbətdə ömür müddəti qısa olur. Aşağıdakı cədvəldən göründüyü kimi, doğum ərəfəsində cinslər arasında normal fərq (103-105) kişilərin üstünlüyü ilə seçilirsə, orta yaşlarda cinslər arasında fərq bərabərləşir, 60-65 yaşından yuxarı isə, kişilərin üstünlüyü ilə müşayiət olunur. Bu fərqlər ölkələrə görə dəyişir (Cədvəl 2.1).



Cədvəl 2.1. Müxtəlif ölkə və regionlarda 1 qadına düşən kişilərin sayı ((2014 CIA World Factbook)



Cədvəldə yuxarıdan aşağıya doğru gender nisbətində oğlanların, sonra qızların sayının çox olduğu, daha sonra isə, gender nisbəti normal olan ölkələri müqayisə üçün təqdim etmişik. Göstərilən nisbətlərdə ilk fərqlər sonradan kəskin şəkildə dəyişə bilər. Cinslər arasında balans dünya üzrə normal (1 - 1.1) olsa da, ölkələrin ümumi göstəricilərində gender nisbətindən asılı olmayaraq, çox vaxt normadan kənara çıxır. Təbii ki, burada ölkələrin demoqrafik siyasətinin xüsusi rolu vardır.

Əmək miqrasiyaları da ölkələrdə cinslərin disharmoniyasına səbəb olur. Əmək miqrasiyası nəticəsində Azərbaycandan və digər Cənubi Qafqaz ölkələrindən minlərlə kişi əhalisi ölkələrini tərk etmişlər. Azərbaycandan 2 milyondan artıq əhalinin, əsasən, işçi qüvvəsi olan cavan kişi əhalisinin Rusiya, Qazaxıstan, Türkiyə və digər ölkələrə əmək miqrasiyası etdiyi və ya daimi yaşayış üçün getdiyi məlumdur. Bu ölkədə cinslərin disharmoniyana səbəb olan əsas amillərdən biri kimi dəyərləndirilməlidir. Lakin, Azərbaycanda 15-20 yaşadək müşahidə olunan gender disbalansı, növbəti evlilik yaş dövrlərində bərabərləşir. Bunu, cinslərarası nisbətdə müşahidə olunan fərqin başqa ölkələrə miqrasiyası ilə bağlı ola bilər (diaqram 2.2).

Diaqram 2.2. Daimi yaşamaq üçün Azərbaycandan

gedənlərin ölkələr üzrə bölgüsü



Çin, Hindistan, Nepal, Banqladeş, Vyetnam, Zaqafqaziya, Lixtenşteyn, Balkanlar (xüsusilə, alban dilli regionlar) və başqa ölkələrdə cinslərin nisbətində olan disbalans normadan (100 qız - 106 oğlan) çoxdur. Bu, təbii bir hadisə deyildir. Çünki araşdırmalar göstərir ki, bu ölkələrdə digər dünya ölkələrinə nisbətdə selektiv abortlar daha geniş yayılmışdır (Xəritə 2.1).

Xəritə 2.1. Dünyada oğlanların daha çox

doğulduğu ərazilər (2012) (4)



Xəritədən göründüyü kimi, Hindistan, Çin və Cənubi Qafqazda cinslərin nisbətində balans daha çox pozulmuşdur. Bu ölkələrdə və regionda hər 100 qıza 115-118 oğlan düşür. Bəzən etnik və regional dəyərlərin də selektiv abortların meydana çıxmasında öz təsiri vardır. Məsələn, Çində yaşayan tibet və uyğur etnik qrupları arasında selektiv abortlar səviyyəsi yox dərəcəsindədir. Yaxud, Hindistanın şimalındakı əhali arasında gender disbalansı, onun dravidlərin məskunlaşdığı cənub ərazilərindən xeyli yüksək səviyyədədir.

Hindistanda selektiv abortlar nəticəsində hər il 100 min qız öldürülür. Çində iqtisadi təhlükəsizlik baxımından 1970-ci ildən həyata keçirilən “Bir ailə - bir uşaq” siyasəti, doğumun ümumi səviyyəsini 4-5 dəfə aşağı salmış və yeganə övladın oğlan olmaq istəyi selektiv abortların artmasına səbəb olmuşdur.

Ailədə tək övlad fenomeni və demoqrafik gender disbalansı, uşaqların təhsil səviyyəsinin artmasına təsir göstərsə də, ölkənin sosial-iqtisadi inkişafına mənfi təsir göstərən məncilliyin, tənbəlliyin, homoseksuallığın genişlənməsinə səbəb oldu. Dövlət, əməkqabiliyyətli əhalinin mənəvi və demoqrafik tənəzzül (2000-ci ildə Çin əhalisi 1.2 milyard azalmışdı) təhlükəsini nəzərə alaraq, 2015-cü ildən “Bir ailə - bir uşaq” siyasətinə son qoydu (ailədə 2 iki uşağa icazə verildi). Çində uzun müddət həyata keçirilən “Bir ailə - bir uşaq” siyasəti elə bir vəziyyət yaratmışdır ki, 40 milyona yaxın kişi evlənmək problemi ilə üzləşmişdir. Çünki çinlilər bu məhdudiyyət qarşısında oğlan uşaqlarının dünyaya gəlməsinə daha çox üstünlük vermişlər. Bunun nəticəsi olaraq, Çində qız qaçırılması adəti geniş yayılıbdır. Eyni adət Azərbaycanda da geniş yayılıbdır. Kişilərin qadınlardan 30 milyon çox olduğu Hindistanda isə, ailədə bir neçə qardaş üçün evə bir gəlin gətirilir (poliandriya) (5). Vyetnamın Mekonq əyalətində isə, əhali oğlanlardan qurtulmağa üstünlük verirlər. Çünki burada oğlanların gələcəyini təmin etmək olmur. Qızları isə, Cənubi Koreya və Tayvanda olan imkanlı ailələrə ərə vermək daha asandır (6).

Selektiv abortlar nəticəsində meydana çıxan demoqrafik gender disbalansı evlilik və cinsi təminatsızlıq problemləri yaradır. Bu isə, kişi əhalisinin evlənmək və cinsi təminat məqsədilə başqa ölkələrə (kişi əhalisinin az olduğu) əmək miqrasiyasına, seks-turuzmə şərait yaradır. Kişilərin artması, cəmiyyətdə aqressiyanın, cinayətkarlığın, insan alverinin və fahişəliyin genişlənməsinə şərait yaradır. Məsələn, çinli kişilər evlənmək üçün, qonşu Koreya və Vyetnama səfər edirlər. Bu isə, həmçinin, fahişəlik institutunun genişlənməsinə və cəmiyyətdə aqressiyaların artmasına səbəb olur. Gender disbalansının meydana çıxdığı ölkələrin parlamentlərində poliqamiya məsələsinin gündəmə gəlməsi, mövcud durumdan çıxış yollarıın axtarılması kimi dəyərləndirilə bilər.

Hindistan və Çində olduğu kimi, Cənubi Qafqazda da yaşayan xalqlar arasında ailədə oğlanların varlığına üstünlük verən patriarxal ənənələr selektiv abortların yayılmasına şərait yaradır. Əhalisinin gender nisbəti 100 qız - 115 oğlan olan Ermənistanın statistik xidmətinin məlumatlarına görə, erməni qadınların sayı (1 milyon 684 min – 51.5%) kişilərin sayından 100 min çoxdur. Bunu, həm təbii artımın aşağı səviyyədə olması, həm də kişilərin sosial-iqtisadi problemlərlə və hərbi münaqişə ilə bağlı olaraq başqa ölkələrə miqrasiya etməsi ilə əlaqələndirirlər (7). Gender nisbətinin kəskin şəkildə pozulduğu bir çox ölkələrdə də oxşar problemlər mövcuddur.



Diaqram 2.3. Ölkələrə görə 15 yaşın altında

olan uşaqların cinsləri (8)

Bir çox ölkələrdə doğuma görə cinslərin nisbətinə tarixi-müqayisəli şəkildə (1950-2010) diqqət yetirsək görərik ki, dünyada bu balans XX əsrin 80-ci illərindən başlayaraq sürətlə pozulmuşdur (diaqram 2.4).

Dünyada cinsi balansın XX əsrin 80-ci illərindən başlayaraq sürətlə pozulmasını abortların leqallaşdırılması ilə də bağlamaq tam mənada doğru olmazdı. Çünki selektiv abortlar sahəsində öndə gedən Cənubi Qafqaz ölkələrində abortların leqallaşdırılması 1955-ci ildən (SSRİ tərkibində) həyata keçirilmişdir. XX əsrin 80-ci illərindən başlayaraq ultrasəs müayinənin (USM) meydana çıxması selektiv abortların sürətlə artmasına şərait yaratmışdır (diaqram 2.4).


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin