Mündəricat Fəsil Abortlar: təhlükələr və sosial perspektivlər



Yüklə 3,12 Mb.
səhifə3/11
tarix08.03.2020
ölçüsü3,12 Mb.
#102243
1   2   3   4   5   6   7   8   9   10   11

Diaqram 1.4. XX və XXI əsrlərin əvvəllərində

doğum səviyyəsi



Biz, dünyada XX və XXI əsrlərin əvvəllərinin, həmçinin, son 30-40 ilin demoqrafik səviyyələri arasında müqayisəyə diqqət yetirsək görərik ki, dünyada doğumların sayı bir neçə dəfə azalmışdır. Artıq, bu demoqrafik tənəzzül, bəzi ölkələr üçün geridönülməz demoqrafik partlayış həddinə çatmışdır (diaqram 1.5).



Diaqram 1.5. Dünyanın demoqrafik öndərləri

Son 20 il müddətində (1990-2010) ölkələrin demoqrafik durumuna diqqət yetirsək görərik ki, ailə planlaşdırması siyasəti dünya əhalisinin azalmasına öz təsirini güclü şəkildə göstərmişdir. Artıq, demoqrafik tənəzzül mərhələsinə daxil olan dövlətlər mövcud durumdan çıxış yollarını axtarırlar. Təəssüflər olsun ki, bir çox ölkələr üçün, artıq geriyə yol görünmür.



Nəsilvermə əmsalının çox aşağı səviyyədə olduğu Avropa Birliyi ölkələrində əhalinin 65-70%-ni yaşlılar, 30-35%-ni gənclər təşkil edir. Gənclər arasında da evlənmək və nəsil artırma meylinin çox aşağı olması, yaxın 30-40 il ərzində bu ölkələrdə hərtərəfli tənəzzülün, sosial-demoqrafik məhvin siqnalını verməkdədir. Avropa Birliyi ərazisində 1995-ci ildən təbii artım səviyyəsi 0 həddinə yaxınlaşmışdır. AB-də immiqrantların artımı hesabına ümumi demoqrafik durum tənzimlənir (Diaqram 1.6).

Diaqram 1.6. AB əhalisinin 1960-2013 illərdə təbii və miqrasiyon artımı

Ailə qurumunun süqutu cəmiyyətin süqutuna şərait yaradır. İndividualizmin inkişafı ailə qurumunun inkişafına tərs mütənasibdir. Çünki kollektiv dəyərlərə əsaslanan ailə qurumu şəxsiyyətin formalaşmasını təmin edir. İfrat individual dəyərlər şəxsiyyəti məhv edir. Bunun nəticələrindən biri də tənhalıq problemi və artan intihar hallarıdır. Buna görə də, Qurani-Kərimdə deyilir: “Özünə kifayət etdiyini düşünən insan yolunu azar.” (Ələq 6-7).

Mövcud vəziyyətin təhlili göstərir ki, dünyada sosial-siyasi idarəetmə sistemində ciddi qüsurlar vardır. Bu qüsurların ortadan qaldırılması üçün, alternativ sosial-iqtisadi siyasət modellərinin ortaya qoyulması labüddür.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin