3.2 İntranetin ana səhifəsi və onun strukturu
İntranetlərin istifadə sahələri tədqiq edilərkən,iki fərqli yanaşmadan biri seçilir:
1. Texniki - Bu yanaşmada, vasitələrin necə işlədiyinə, xüsusiyyətlərinə və bu vasitələrin müəyyən istifadəyə nə dərəcədə tabe olduğuna baxılar.
2. Proses - Bu yanaşmada, iş prosesləri əsas götürülərək, vasitələr və proseslərə dəyər qatan istifadələr və bunların digər proseslərə təsirləri müəyyən edilir.[10]
Burada, mövzuya strategiyalar baxımından nəzər yetirsək, intranetlərin proseslər baxımından istifadələri araşdırılacaq. Proseslərin əsl məqsədi, istənilən müştəriyə dəyər qatmaqdır. Bir prosesin bütün addımları, müştərilərin ehtiyac və ya istəklərinin təmin edilməsinə istiqamətli olmalıdır. Bu mənada düşünüldüyündə, əgər bir proses müştəriyə birbaşa təsir etmirsə, ona"dəstək prosesi"adını verək.Məsələn, insan kapitalı,informasiya sistemləri və texnologiyaları, maliyyə,mühasibat uçotu və qanunlarla əlaqədar bütün proseslər, bir dəstək mərhələli proseslərdir. Bu proseslər, müştərilərlə bağlı birbaşa nəticələr yaradan məsələn məhsulun təkmilləşdirilməsi və müştəri dəstəyi kimi digər prosesləri dəstəkləyir.
Normal olaraq proseslərin, təşkilati intranet ana səhifəsində (home page) əksi görülür.Buna görə ilk araşdırma nöqtəmiz, təşkilat daxili intranet ana səhifəsi olacaq.
Dostları ilə paylaş: |