Kontaktlar, telefon dəftərçələri, təşkilat cədvəlləri
Daxili Weblər çox məşhurdurlar, insanlar və təşkilatlar arasında ünsiyyət yollarını artırmaq məqsədilə istifadə edilir. Bu hissəyə yerləşdirilə bilinən "Təşkilat cədvəli"səhifəsi ilə, kimin hansı ünvanda və hansı sektorda çalışdığı, telefon nömrəsi, e-poçt ünvanları, vs. kimi məlumatlara çatıla bilər. Bu səhifədə, ada, təşkilata, vs. görə axtarışlar aparıla bilinməlidir.Bəzi intranetlərdə, insanların şəkilləri belə görülə bilər. Digər bəzi şirkətlərdə isə, şəxslərin öz xüsusi Web səhifələrinə linklər də yerləşdirilə bilər. Bəzi təşkilatlarda, hər bölüm, qrup və təşkilat öz məlumatlarını daxili Webə yerləşdirməkdə özləri məsul tutulurken, digər bəzi şirkətlərdə isə, bu iş məsələn insan kapitalı sektorunun məsuliyyətinə buraxılar. Hər iki yanaşmanın da öz müsbət və mənfi cəhətləri var.
Məsələn bir adam işə yeni başlamışdırsa və ya yeni bir proyektdə fərqli qrup insanlarla işə başlarsa, özü üçün yad olan adam və təşkilatlar haqqında məlumatı, intranet üzərindəki təşkilat cədvəllərindən əldə edə bilər. Işçilərin yaradıcıqlarını dəstəkləmək üçün, işçilərin özlərinə xas fərdi web səhifələrini yaratmağa imkan vermək və təşviq etmək faydalı ola bilər.Ayrıca, bu şəkildə davranmaqla, təşkilati faydalı məlumat bazasında da məlumatlar artar. İşçilərə belə bir təşəbbüs tanımaq, onların aktiv olaraq intranet işlərində iştirak etmələrini təmin etmək baxımından da faydalıdır. Bəzi təşkilatlarda isə, fərdi web səhifələr, fərdi məhsuldarlığı azaldan bir ünsür olaraq görülməkdədir. Bu iki zidd görüş arasında incə bir tarazlıq olduğu görülməlidir. Problemin fərdi səmərəsizliyə çevrilməsinə maneə törədə bilmək üçün, iki əhəmiyyətli faktor vardır. Birincisi, işə uyğun şəxsləri götürmək; ikincisi də, şirkət mədəniyyətini,xarakterini səmərəsizliyə maneə törədəcək şəkildə tənzimləmək.[15]
Dostları ilə paylaş: |