Şirkətin tarixi və missiyası
İntranetlərə şirkətin keçmişi və missiyası ilə əlaqədar məlumatların yerləşdirilməsi tez-tez rast gəlinən bir şeydir. Bu hissədə, əgər mövcuddursa, şirkətin əvvəllər yerləşdiyi məkanlar, keçmişdə aldığı mükafatlar, şirkətə xidməti keçmiş insanlara aid məlumatlar tapılar. Şirkətin missiyası, birbaşa intranet ana səhifəsində də yerləşdirilə bilər. Bu şəkildə çalışanlar, missiya cümləsini davamlı olaraq görər və heç bir zaman unutmaz.[18]
Xidmətlər
Bu hissədə, şirkətdə göstərilən xidmətlər və əhəmiyyətli hadisə və tədbirlər mövcuddur. Həmin bəzi xidmətlər bunlardır:
• Obyektlər və məkan haqqında məlumat – xəritələr, kontakt informasiyaları, konfrans otağı rezervasyonları və digər inzibati detallar.
• Xüsusi tədbirlər- Bu tipli tədbirlərin elanı.
• Yeməkxana(Cafeteria) - Gündəlik yemək menyuları, özəl tədbirlərə görə sifariş edilən tort,keks, pizza kimi ərzaqların necə sifariş ediləcəyilə bağlı detallar və sair.
• Kredit əməliyyatları / mühasibatlıqdan avans alma əməliyyatları - əməliyyatın detalları, xidmətin hansı saatlarda verildiyi və bu kimi məlumatlar verilir.
• Səhiyyə xidmətləri - Şirkətin sağlamlıq bağlı xidmətləri,özəl sağlamlıq sığortaları haqqında məlumatlar, şirkət həkiminin gəliş - gediş saatları, faydalı bəzi sağlamlıq məlumatları.
• İdman tədbirləri - şirkətdəki davam etdirilən idman tədbirləri və idman ilə əlaqədar faydalı məlumatlar daxildir.
Normalda, səhiyyə, idman kimi bəzi mövzular, intranetdə bu mövzularda maraqlı olan işçilər, könüllü olaraq, faydalı məlumatlarla təmin olunurlar.
Dostları ilə paylaş: |