Mündəricat Giriş 3 Fəsil 1: İntranet şəbəkəsi və onun strukturu


Mühasibat və maliyyə prosesləri



Yüklə 200,89 Kb.
səhifə27/31
tarix10.01.2022
ölçüsü200,89 Kb.
#109085
1   ...   23   24   25   26   27   28   29   30   31
Mühasibat və maliyyə prosesləri

İntranet'lerin mühasibat və maliyyə proseslərlə əlaqədar çox potensial tətbiqetmələri ola bilər. Hər mühasibat bölməsinin özünə xas siyasəti və prosedurları mövcuddur. Bunlar, intranetdə yerləşdirilə bilər. Ödənilməli və yaxud alınmalı məbləğlər, mühasibat uçotu, vergi və hesabların idarəedilməsi bu cür əməliyyatlara daxildir. Həmçinin, xərclərlə bağlı hesabatlar və satışla bağlı təlabat da intranetdə yerləşdirilə bilər. Xərcləmə və tələbatla bağlı blanklar intranet üzərindən doldurularaq, muhasibatlığın əlaqədar sektoruna istiqamətləndirilə bilər.

• Maliyyə hesabatları – İntranetlər, həm hər kəsin (ictimai) daxil olmasına açıq olan, həm də gizli maliyyə hesabatları üçün gözəl bir baza vəzifəsi görər. Xalqa açıq şirkətlər maliyyə hesabatlarını mətbuata və maliyyə analistlərinə təqdim edərlər. Əgər bunlar daxili web-ə yerləşdirilib, əlaqədar şəxslərə giriş icazəsi verilsə, bu vəziyyətdə bu məlumatlar İnternetdən də görülə bilər. Gizli olan sənədlərə giriş isə, parol və ya başqa bir yolla təhlükəsizləşdirilə bilər. Bu şəkildə, rəhbərliyə ən aktual məlumatlar təqdim edilmiş olar

• Aktivlərin idarə edilməsi-Şirkətin sabit qiymətli kağızlarının vəziyyəti ilə bağlı sənədləri intranetə yerləşdirərək, idarəçilərin təşkilatın bu tip məsələlər haqqında məlumat ala bilməsi mümkün olur. İdarəçilər, mühasibatlıq ilə təmasa keçmədən, bu kağızların ötürülməsini reallaşdıra bilərlər. Köhnə üsullar istifadə ediləndə isə, idarəçilər ilk əvvəl mühasibatlıqla bu barədə əlaqə saxlamalı idilər. Bu proses bir neçə gün davam edə bilərdi.[24]




Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin