İntranetin çatışmayan cəhətləri
• Texnologiyanın davamlı olaraq inkişaf etdiyi müasir dövrdə yeni texnologiyalar və proqramlarla uyğunlaşa bilməmək kimi problemlər ola bilər.
• Təhlükəsizlik tədbirləri kifayət etməyə bilər.
• İstifadəçi dəstəyi zəif ola bilər.
• Performans rəhbərliyi qeyri-kafi səviyyədə ola bilər.
• Məzmun qoruma zaman ala bilər.
• Bəzi işçilərin iş kompüteri olmaya bilər.
• İntranet inkişaf etdirmək müəssisənin ehtiyaclarına uyğun olmaya bilər.
•Tətbiqetmədə çətinlik: Bir çox adam və rəhbərlət məlumatların başqaları tərəfindən istifadə edilməsinə qarşıdır. Bu onun məlumatlarının pozulması və ya bildiklərinin başqaları tərəfindən öyrənilməsi qorxusundan qaynaqlanır. Bu kəsləri razı etmək və onları birlikdə iş mühitində çəkmək olduqca böyük bir səy tələb edir
• Gərəksiz informasiya yığılması: Nəzarətsiz və şüursuz bir program tətbiq olunması nəticəsində və hər cür məlumatın işə yarayacağı fərziyyəsi ilə hərəkət etmək təşkilatda gərəksiz yerə informasiya yığılmasına səbəb olacaq
• İstehsal itkisi: Xüsusilə tətbiqin ilk mərhələsində bir çox istifadəçi zamanının böyük bir hissəsini intranet səhifələrini gəzərək xərcləyə bilər
Bu buraxılış işində intranet şəbəkələri, onların yaranma tarixi, əsas xüsusiyyətləri və istifadə formaları göstərilmişdir.Müəssisə daxilində bir çox proseslərdə kifayət qədər fayda verən intranet istər vaxta,istərsə də xərclərə qənaət etmək üçün çox əlverişlidir.Ancaq yadda saxlamaq lazımdır ki, intranet şəbəkəsinin istifadəsi zamanı çox sayda amilləri nəzərə almaq lazımdır və son qərarı konkret təşkilatın tələb və xüsusiyyətlərindən asılı olaraq intranetin imkanlarının kompleks təhlili əsasında qəbul etmək yaxşı olardı.Yuxarıda sadalanan İntranetin müəssisəyə verdiyi faydaları əsas götürsək və maliyyə baxımından kifayət qədər qənaətli olduğuna nəzər yetirsək Azərbaycan Respublikasında bir çox müəssisələrdə məsələn-banklarda,təhsil müəssisələrində, dövlət müəssisələrində bu şəbəkənin yaradılması vacibdir.Bu şəbəkənin ölkəmizdə yayılması sayəsində xərclərə qənaət işçi-müəssisə rəhbərliyi arasında əlaqələr daha asanlaşmış və təkmilləşmiş olacaqdır.Və nəticə də ölkəmizdə bu şəbəkədən istifadə edən müəssisələr qarşıya qoyulan iş planını daha tez və səmərəli və keyfiyyətli şəkildə yerinə yetirəcəkdir.
Dostları ilə paylaş: |