4) Poçt siyahıları və ya"Listserv"
Poçt siyahıları (mail lists), eyni ortaq maraq sahələri olan çox sayda istifadəçiyə eyni e- poçt mesajının göndərilməsinə bənzəyən bir əməliyyatdır. Bu siyahıya abunə olan istifadəçilər, mövzu və başlıq ilə əlaqədar suallar yönəldə və ya davam edən müzakirələrə qatıla bilərlər. E - poçtdan fərqli olaraq, poçt siyahısına abunə olanların, uzun siyahıları tutmağa ehtiyac yoxdur. Siyahının sahibi, siyahını və əlaqədar əməliyyatları davam etdirib dayanan adamdır. Edilməsi lazım olan tək şey, e-poçtun siyahı sahibinə göndərilməsidir. Ondan sonra, e-poçt mesajı avtomatik olaraq bütün siyahıya paylanır. Ən əsas problem, davamlı olaraq dəyişən üzv siyahısının aktual tutulmasıdır. Yeni üzvlərin siyahıya əlavə olunması və üzvlükdən ayrılmaq istəyənlərin siyahıdan silinməsi lazımdır. Bu əməliyyatları avtomatik olaraq icra edən, iki təməl poçt siyahısı proqramı mövcuddur. Bunlar: Listserv və Majordomodur.[28]
İnternet üzərində, fərz edilə biləcək hər hansı bir mövzuda, poçt siyahıları mövcuddur.Bənzər şəkildə, təşkilat intraneti üzərində də poçt siyahıları yaradıla bilər. Bunlardan bir hissəsi, işlərlə bağlı, bir qisimi də hobbi və əyləncəylə bağlı ola bilər. Bu poçt siyahılarında təşkilat içindəki hər kəs iştirak edə bilər. Hətta, şirkətin müxtəlif ölkələrdəki şöbələrindəki işçilər də bu poçt siyahılarında bir yerə gələrək, fikir müzakirələrinə iştirak edə bilərlər. Bir poçt siyahısını istifadə edə bilmək üçün tək lazımlı şey, e- poçta daxilolmadır. Buna görə, yalnız e-poçta daxil olan təşkilatlar üçün, poçt siyahıları gözəl bir variant meydana gətirə bilər. Buna baxmayaraq web skanerlərin daha yayılmış olduğu bir təşkilatda, xəbər qrupları (newsgroups) daha uyğun bir həll olacaq.[32]
Dostları ilə paylaş: |