III Fəsil. Havanın aylıq, fəsli və 3-10 günlük proqnoz metodları
3.1 Havanın aylıq proqnoz metodları
Havanın aylıq proqnozları keçmiş SSRİ ərazisində 1933-cü ildən etibarən aparılır. Havanın aylıq proqnozunun verilməsində havanın orta aylıq temperatu-runun və yağıntının miqdarından əlavə havanın aylıq gedişinin proqnozunun ve-rilməsi də çox vacibdir. Havanın aylıq proqnozunun verilməsində Multanovski və Paqava məktəbinin çox böyük rolu var. Operativ şəraitdə havanın aylıq proq-nozunun verilməsində bir sıra müxtəlif metodlardan istifadə edilir. Bura əsasən statistik, sinoptik və hidrodinamiki metodlar aiddir. Lakin çoxillik iş təcrübəsi göstərdi ki, aylıq hava proqnozunun verilməsində əsas rolu sinoptik metod yerinə yetirir. Daha sonralar havanın aylıq proqnozunun verilməsində müasir metodlar-dan istifadə edilir və bura atmosfer sirkulyasiyasının, havanın bir çox elementlə-rinin hidrodinamiki, statistik və sinoptik sxemlərini özündə birləşdirən bir kom-pleks xarakter daşıyır. Havanın aylıq proqnozunun müasir metodları özündə aşa-ğıdakı mərhələləri birləşdirir:
1) Proqnozlaşdırılan ayın sinoptik – iqlim xüsusiyətləriylə və bu ay üçün operativ proqnozların özünü doğrultma analizi ilə tanış olmaq;
2) Həmin il üçün sinoptik arxivdən son iki təbii sinoptik fəsil analoqlarını seçmək və bura şimal yarımkürəsinin troposfer və strotosfer xüsusiyyətlərini və həmçinin yerin səth örtüyünün vəziyyətinin göstəricilərini daxil etmək;
3) Atmosfer fəaliyyətinin ritmlik qanunauyğunluqlarından, xəbərverici sinoptik fəsillərdən və makroproses fazalarından istifadə etməklə aylıq proqnostik göstəriciləri təyin etmək;
4) Ay daxili gedən proseslərin xarakterinin proqnostik göstəricilərinə görə analoq ilinin təyin edilməsi;
5) Makroproseslərin proqnostik göstəricilərin vəziyyətini nəzərə almaqla analoqu seçmək lazımdır.
Cari makrosinoptik proseslərin göstəricilərini iki təbii sinoptik fəslə görə aşağıdakı kimi təsvir etmək olar:
1) Gündəlik hava xəritələri və şimal yarımkürəsinin barik topoqrafiya xəritələri;
2) Sinoptik dövrlərə görə yığma-kinematik xəritələri və orta AT500 xəritələri,
həmçinin şimal yarımkürəsinin siklon və antisiklonlarının yığma aylıq tra-yektoriyalarının xəritələri;
3) Atmosfer təzyiqin, yağıntının və havanın temperaturunun orta ongünlük və aylıq AT500 və AT100 xəritələri, həmin elementlərin anomaliya xəritələri;
4) Atmosfer sirkulyasiya indekslərinin cədvəl və qrafikləri;
5) Çayların buzbağlama və ərimə vaxtları, qar örtüyünün təyin olunması, dənizlərin buzbağlaması, okeanda su səthinin temperaturu və hava – su arasında temperatur fərqləri haqqında informasiya;
6) Atmosferin hərəkət mərkəzlərinin vəziyyətinin xarakteristikaları.
Göstərilən materialların analizi bizə bir sıra aşağıdakı məlumatları öyrən-məyə imkan verir:
1) Hazırki makrosinoptik prosesslərin əsas səciyyəvi xüsusiyyətlərini təyin etmək;
2) Yarımkürələrdə yüksəklik barik sahəsinin, siklon və antisiklon sahələrinin aydan – aya struktur dəyişikliklərini təyin etmək;
3) Makroproseslərin fazalarını və 3 təbii sinoptik rayonlarda gedən prosesləri təyin etmək;
4) Proqnostik göstəriciləri olan makroprosesslərin inkişaf mərhələsini nəzərə almaqla analoq ilini təyin etmək.
Baxılan əlamətlərdən əlavə aparılan operativ işlərdə indiki və arxivdəki makroproseslərin anoloji qiymətləndirilməsi aşağıdakı göstəricilərinə görə çox vacibdir:
1) Atmosferin hərəkət mərkəzləri sahəsində yerləşən məntəqələrdə havanın temperatur anomaliyasının üç qradasiyasının seçilməsi yolu ilə atmosferin hərəkət mərkəzlərinin vəziyyəti təyin edilir;
2) Barens, Baltik, Xəzər və Aral dənizlərinin buzbağlama sahəsinin %-lə qiymətləndirilməsi və Volqa, Don, Dnepr, Ob, Yenisey və Şimali Dvina çayla-rının buzbağlama və ərimə vaxtlarının məlumatlarının hesablanması. İkinci təbii sinoptik ərazidə Oxot, Berinq, Çukot və Yapon dənizlərinin buzbağlama sahəsinin qiymətləndirilməsi və Yenisey, Lena, Amur və Kalıma çaylarının buzbağlama və ərimə vaxtlarının məlumatlarının hesablanması;
3) Şimal yarımkürəsi və 3 sinoptik rayon üzrə havanın temperaturunun və atmosfer təzyiqinin aylıq qiymətinin anomaliyasının oxşarlıq dərəcəsi.
Havanın aylıq proqnozunun müasir metodikasında makroproseslərin analizi nəticəsində alınan proqnostik göstəricilər 2 qrupa bölünür:
– A qrupuna eynilik kriteriyasının analizindən alınan göstəricilər daxildir:
a) temperaturun, yağıntını və atmosfer təzyiqinin aylıq kəmiyyətinin anomaliya sahəsi;
b) yerin səth örtüyünün xarakteristikası;
c) sirkulyasiya indekslərinin aylıq kəmiyyəti;
d) atmosferin hərəkət mərkəzlərinin vəziyyəti.
– B qrupuna analiz nəticəsində alınan məlumatlar daxildir:
a) 2 sinoptik fəsil müddətində atmosferin makroprosesslərinin analizi;
b) sirkulyasiya indekslərinin gündəlik gedişinin analizi;
c) hazırki prosessin korrelyasiya və spektral funksiyası.
Hər bir qrupda analoq prediktorun təmin olunmasını nəzərə almaqla seçilir. Əgər hər hansısa bir əlaməti digərindən daha çox təmin edərsə onda analoq bu prediktor ilə seçilir. Əgər bir neçə analoq yaxşı təmin edirsə, onda onlar hamısı analoqun seçimində iştirak edir. Sinoptik metodla havanın orta temperatur və yağıntı anomaliyalarının xüsusiyyətləri nəzərə alınmaqla proqnozlaşdırılan ay üçün analoq ilinin seçilməsinin bir sıra digər metodları da var ki, hansının köməyi ilə aylıq proqnozlarda temperaturun və yağıntının qiymətlərini hesablamaq olar. Bunlardan ən geniş istifadə olunanı hidrometeoroloji metoddur və bu metod Blinova tərəfindən işlənib hazırlanmışdır və şimal yarımkürəsində havanın temperatur anomaliyasının proqnozunu verməyə imkan verir. Bəzi alimlər hava-nın temperatur və yağıntı anomaliyalarının proqnozunun statistik metodla veril-məsi sxemini işləmiş və bundan operativ proqnozların tərtibində istifadə edilir.
Dostları ilə paylaş: |