Mündəricat Giriş I fəsil. Üsulun əsasını təşkil edən makrosinoptik proseslərin inkişafının əsas anlayışları və qanunauyğunluqları II fəsil. Zonal və meridional sirkulyasiya indekslərinin istifadəsi


Havanın 3-10 günlük proqnoz metodları



Yüklə 0,79 Mb.
səhifə13/13
tarix05.01.2022
ölçüsü0,79 Mb.
#111772
1   ...   5   6   7   8   9   10   11   12   13
3.3 Havanın 3-10 günlük proqnoz metodları

Sinoptik vəziyyətləri nəzərə almaqla 3-10 günlük proqnoz metodu Multanovski və Paqava tərəfindən işlənilmiş və xüsusi təlimatlarda bu proqnoz metodu nəşr edilir. Meteoroloji proqnoz xidməti sahəsində havanın proqnozunun orta müddətə və qısa müddətə olan effektivliyinin artmasında son zamanlar hidrodinamik və statistik metodlardan istifadə xüsusi rol oynamışdır. Fəzada makrometeoroloji proseslərin təhlili burada təbii sinoptik rayonlar üzrə təbii sinoptik dövrlərin aşkarlanmasına və onun müəyyən edilməsinə səbəb olmuşdur. Belə rayonlar üçün təbii sinoptik dövrlər əsasən 5-7 gün təşkil edir. Təbii sinoptik rayonlarında təbii sinoptik dövrlərin ayrılması ilə yanaşı elementar sinoptik proseslər də ayrılır. Sinoptik metodlarda belə bir anlayış Q. Vangengeym tərəfindən göstərilmiş və əsaslandırılmışdır. Əksər hallarda elementar sinoptik proseslər 3-4 gün təkrar olunur və təbii sinoptik dövrlər çox halda iki sinoptik proseslərdən təşkil olunur.

Elementar sinoptik proseslərin dəyişilməsində atmosferdə iri miqyaslı termobarik sahələrin dəyişməsi xüsusi təsir göstərir. Üç gün əvvəl hava proqnozları əsasən makrometeoroloji proseslərin təbii sinoptik dövrlərə və elementar sinoptik proseslərə parçalanmasına əsasən tərtib edilir. Lakin qısa müddətli proqnozlarda belə metodik yanaşma bəzən dəyişə də bilər. Belə sinoptik proqnoz metodlarının tətbiqindən əvvəl atmosfer siklonlarının proqnoz vəziyyəti nəzərə alınır. Orta troposferdə atmosfer siklonlarının proqnoz sxemi ilk anlarda gələcək elementar proseslərin proqnozları da nzərə alınır. Belə metodik yanaşma üç gün əvvəlcədən verilən proqnozlar üçün effektli sayılır və burada makroproseslərin elementar sinoptik proseslərə və sinoptik dövrə ayrılması çox da böyük əhəmiyyət kəsb etmir. 3-10 günlük proqnozlarda tətbiq olunan proqnozlar üsulları özündə aşağıdakı mərhələləri əks etdirir:

1) Əsas meteoroloji parametrləri təhlil etməklə t0 dəyişməsini, küləyin sürətini nəzərə alaraq, xüsusən onların şaquli dəyişməsinə əsasən xüsusi xəritələr tərtib olunur. Bu xəritələrdə siklonik və antisiklonik mərkəzlərin burulğan nöqtəsindəki və temperaturun kəskin dəyişmə amplitudları öz əksini tapır. Belə məlumatların qarşılıqlı təhlili yaxın 3-10 gün ərzində orta troposferin barik sahələrinin xarakteri barəsində məlumat əldə olunmasına imkan verir;

2) AT700 səviyyəsində hava axınlarının təhlili və izonomal xəritələrinin təhlili aparılır ki, bunlar yerə yaxın barik sahələrdə havanın temperaturunun və yağıntıla -

rının proqnozlarında istifadə edilir;

3) Qısa müddətli hava proqnozlarının tərtibində müasir hidrodinamik sxemlərdən istifadə etməklə yüksək və yerüstü barik sahələrin xəritələri tərtib edilir. Bu təhlillərdən sonra qısa müddətli hava proqnozları dəqiqliklə tərtib edilir.

Proqnozlaşdırmada ilkin məlumatlara cari günün AT500 səviyyəsində geopotensialın laplasianlarının xəritəsi, cari günün və əvvəlki elementar sinoptik proseslərin fərqi daxildir. Axırıncı məlumat termik adveksiyanın hesabının aparılmasına imkan yaradır: geopotensialın düşməsi soyuq adveksiyanı, qalxması isə isti adveksiyanı göstərir.

Siklonik və antisiklonik burulğanın ocaqları sıfırdan başlayaraq on vahiddən bir ∆H laplasianın qiymətlərinin izoxətlərinin çəkilməsi yolu ilə alınır. ∆H qiymətləri hesablanan nöqtələr şəbəkəsi təbii sinoptik rayonunun sahəsini bərabər örtür. ∆H laplasianı cari günün AT500 səviyyəsində geopatensial xəritəsindən hesablanır.

Eyni nöqtələr şəbəkəsi üzrə termik adveksiyanın xarakteristikası üçün cari günün AT500 səviyyəsində geopotensialının dəyişikliyini keçmiş elementar sinoptik proseslərinin orta qiymətlərinə nisbətən təyin edirlər. nisbi geopotensialın fərqləri xəritələri qurulurdu, ancaq praktiki olaraq nisbi və mütləq topoqrafiyanın izollogipsinin ocaqları cüzi fərqlənir: .

Cari gündə xəritədə AT500 səviyyəsində geopotensialın ∆H laplasianların qiymətləri və geopotensialın dəyişiklikləri xəritənin eyni blankında qeyd olunurlar. Bu xəritəni “kompleks xəritə” adlandırırlar. Komleks xəritənin təhlil qaydası çox sadədir. Əgər laplasianların müsbət ocağının intensivliyi on vahiddən aşağı deyilsə və ona geopotensialın aşağı olması uyğundursa (soyuq adveksiyası), onda yaxın üç gündə bu rayonda siklonik sirkulyasiya qalacaq.

Yüksək barik sahənin olmasının proqnoz göstəriciləri 88% özünü doğruldur.

Ancaq bu sxemin ciddi çatışmazlıqları mövcuddur. Göstərilən atmosfer sirkulyasiyası, proqnozlaşdırılan təbii sinoptik rayonun sahəsini tam əhatə etmir. Onlar təkcə sirkulyasiyanın saxlanılmasının bir neçə sahələrində olur, başqa sahələrdə göstərişlər mövcud deyildir.

NƏTİCƏ
Elmi məktəbin müasir dövrünün inkişaf mərhələsinin spesifik cəhəti atmosfer proseslərinin kəmiyyət xarakterli qiymətləndirilməsi, analoqların tapılması, atmosfer sirkulyasiyasının intensivliyinin qeyd edilməsi, sinoptik dövr və fəsillərinin sərhədlərinin müəyyən edilməsi üsullarının tapılmasından ibarət idi. Yuxarıda qeyd olunan istiqamətdə müxtəlif alimlərin, xüsusilə də S.T. Paqavanın tədqiqatlarının köməyilə müəyyən uğurlar əldə olundu.

“ V.P. Multanovski – S.T. Paqava uzunmüddətli proqnoz məktəbinin sinoptik metodları ” mövzusunda yazılan bu kurs işində müxtəlif nəticələr alınmış və bu nəticələr aşağıda göstərilmişdir:

Birinci fəsildə uzunmüddətli hava proqnozlarının üsulunu təşkil edən iri miqyaslı atmosfer proseslərinin əsas anlayışları və qanunauyğunluqları təhlil edilmişdir.

İkinci fəsildə isə zonal və meridional sirkulyasiya indekslərindən müxtəlif ərazilərdə və hətta bütün yarımkürədə necə istifadə olunması aydınlaşdırılmışdır.



Nəhayət, üçüncü fəsildə isə atmosferin müxtəlif yüksəkliklərində havanın aylıq, fəsli və 3-10 günlük proqnoz metodlarına baxılmışdır.

ƏDƏBİYYAT
1) A.A. Гирс, К.Б. Кондратович « Методы долгосрочных прогнозов погоды »

Л.Гидрометеоиздать 1978 г.
2) А.С. Зверев « Синоптическая метеорология »

Л.Гидрометеоиздать 1977 г.
3) А.А. Гирс « Методы долгосрочных прогнозов погоды »

Л.Гидрометеоиздать 1989 г.




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin