Beynəlxalq Ticarət Təhlilləri Beynəlxalq Ticarət Nəzəriyyəsi (International Trade Theory) və Beynəlxalq Ticarət Siyasəti (International Trade Policy) olmaqla bir-birini tamamalayan iki bölmədən ibarətdir.
Əmtəə axınları beynəlxalq iqtisadi münasibətlərdə ən qədim və həmişə ən geniş yayılmış ticarət forması olmuştur.
Ancaq texnologiyanın inkişafı və dünya xidmət ticarətindəki sürətli artım, son illərdə diqqətin daha çox xidmətlər sferasına yönəldilməsinə səbəb olmuşdur.
Beynəlxalq Ticarət Nəzəriyyəsinin başlıca məqsədi ölkələr arasındakı mal və xidmət axınlarının səbəblərini izah etməkdir.
Nəzəriyyə formalaşdırma məqsədilə aparılan abstraktlaşdırma fəaliyyəti nəticəsində Beynəlxalq İqtisadın bu sferasına bəzən Abstrakt Beynəlxalq Ticarət Nəzəriyyəsi (Pure Theory of International Trade) və ya qısaca olaraq, Abstrakt Nəzəriyyə də deyilməkdədir.
Beynəlxalq Ticarət Nəzəriyyəsinin Predmeti
Beynəlxalq Ticarət Nəzəriyyəsinin 3 əsas sualı:
Ölkələr nə üçün xarici ticarətə qoşulurlar, yəni xarici ticarətin qapalı iqtisadiyyata nisbətən ölkələrə faydaları nələrdir?
Bir ölkə xarici ticarətinin strukturu necə izah oluna bilər, başqa sözlə bir ölkənin hansı malları ixrac, hansılarını idxal edəcəyi nəyə əsasən müəyyənləşdirilir?
Bir ölkənin ixrac qiymətləri ilə idxal qiymətləri nisbəti, başqa sözlə xarici ticarətdə nisbi qiymətlər, ya da xarici ticarət həddləri necə formalaşır?
Beynəlxalq ticarətin ilk dəfə elmi metodla tədqiqi Adam Smithin 1776-cı ildə nəşr edilən “Millətlərin Sərvəti” adlı məşhur əsərilə başlamışdır.
Sonralar bu nəzəriyyənin inkişafında David Ricardo, John Stuart Mill, Alfred Marshall, Eli Heckscher, Bertil Ohlin, John Maynard Keynes, Jacob Viner ve Paul Samuelson kimi iqtisadçılar mühüm xidmətlər göstərmişdir.
Beynəlxalq Ticarət Nəzəriyyəsinin Meydana Gəlməsi
Beynəlxalq Ticarət Nəzəriyyəsinin Meydana Gəlməsi
Merkantilizm (XV-XVII əsrlər)
Yeni formalaşan milli dövlətlərin rəsmi iqtisadi doktrinası
Xarici ticarət siyasətinin əsas məqsədinin xəzinənin qızıl ehtiyatını artırmaq olduğunu irəli sürülər.
Təbii olaraq da tədiyyə balansında daim profsit yaradılmasını tövsiyyə edirlər.
Daxili və xarici iqtisadi fəaliyyətlər üzərində aktiv dövlət müdaxiləsini zəruri hesab edirlər.
İxracın artırılmasına birinci dərəcədə əhəmiyyət verirlər.
Hazır məhsul idxalı məhdudlaşdırılır, xammal idxalı isə sərbəstdir.
Ticarət donanmasının inkişaf etdirilməsi nəzərədə tutulur.
Onlar hesab edir ki, dünya sərvəti sabitdir və ticarətdən bir tərəf qazanclı çıxmışdırsa, demək ki, digər tərəf itirmişdir.
Beynəlxalq Ticarət Nəzəriyyəsinin Meydana Gəlməsi
Beynəlxalq Ticarət Nəzəriyyəsinin Meydana Gəlməsi
Klassik Liberalizm və Beynəlxalq Ticarət:
Sənaye inqilabı → İstehsalda “partlayış” → Yeni bazar axtarışları → Azad ticarət və ya ticarətdə liberalizm düşüncəsinin yayılması
Klassik iqtisadçılar:
Dünya sərvəti sabit deyil və azat ticarət ölkələrin sərvətini, başqa sözlə dünya sərvətini artırır.
İxtisaslaşma + Əmək Bölgüsü → Məhsuldarlıq artır → Dünya istehsalı artır
Beynəlxalq Ticarət Nəzəriyyəsinin Meydana Gəlməsi
Klassik Liberalizmin əsas prinsipləri:
Rasyonalizm
Fərdi təşəbbüs hüquqları (bazara sərbəst giriş-çıxış)
Fərdlərin mənfəətini maksimumlaşdırması, cəmiyyətin mənfətini də maksimumlaşdırır(homo economicus).
“Görünməz əl”(qiymət mexanizmi, yəni müdaxilə yoxdur)
Beynəlxalq Ticarət Nəzəriyyəsinin Meydana Gəlməsi
Beynəlxalq Ticarət Nəzəriyyəsi Təhlillərində Standart Fərziyyələr:
İki ölkə,iki mal, hər ikisi də istehsal edir, mallar eynicinslidir.
Pul yoxdur, mallar mübadilə olunur.
Qiymətlər realdır, yəni mal və ya faktor miqdarı ilə ölçülür.
Mal və faktor bazarlarında tam rəqabətdir.
Dövlətin müdaxiləsi yoxdur: vergi, kvota v.s
İş qüvvəsi ölkə daxilində tam mobil, ölkələr arasında isə hərəkətsizdir.
İqtisadiyyat tam məşğulluq halındadır.
Daşınma xərcləri sıfıra bərabərdir.
Beynəlxalq Ticarət Nəzəriyyəsinin Meydana Gəlməsi
Əmək-dəyər nəzəriyyəsi
Adam Smith və David Ricardo da daxil olmaqla, Klassik Məktəb iqtisadçılarının dəyərlə bağlı fikirləri “əmək-dəyər” nəzəriyyəsi (labor theory of value) kimi tanınır.
Bu yanaşmaya görə bir malın xərci (tələb şərtlərinin olmaması halında o malın qiyməti) onun istehsalı üçün sərf edilən əməyin miqdarı ilə ölçülür. Digər tərəfdən də əmək, eynicinsli istehsal faktoru kimi qəbul edilir.
Mütləq Üstünlüklər Nəzəriyyəsi (Theory of Absolute Advantages)
Nəzəriyyə Adam Smithin 1776-cı ildə nəşr edilən “Xalqların Sərvəti” adlı əsərində ortaya atılmışdır.
Mütləq Üstünlüklər Nəzəriyyəsi (Theory of Absolute Advantages)
Bir ölkə bir malın istehsalında digər ölkədən daha çox məhsuldarlığa malikdir. Başqa sözlə, eyni və ya daha az resursdan istifadə edərək, daha çox məhsul istehsal edir.
Mütləq Üstünlüklər Nəzəriyyəsi (Theory of Absolute Advantages)
Ticarət gəliri
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Nəzəriyyə David Ricardonun 1817-ci ildə nəşr etdirdiyi “Siyasi İqtisadın və Vergiləndirmənin Prinsipləri” adlı kitabında ortaya atılmışdır.
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Bir ölkə bir malın istehsalında digər ölkədən daha çox məhsuldarlığa sahib deyildir. Ancaq o malın istehsalını digər malların istehsalı ilə müqayisə etdikdə nisbi olaraq daha məhsuldar bir şəkildə həyata keçirir.
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Ölkələr beynəlxalq ticarətə iki əsas səbəbdən qoşulurlar:
Onlar bir-birilərindən iqlim, kapital, torpaq, əmək və texnologiya baxımından fərqlənirlər.
Onlar istehsalda miqyas iqtisadiyyatlarından faydalanmağa çalışırlar.
Rikardo modeli ölkələr arasında texnoloji müxtəlifliklərə əsaslanır.
Bu texnologiyalar arasındakı müxtəlifliklər əməyin məhsuldarlığındakı müxtəlifliklərdə özünü göstərir.
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Valentin Günündə ABŞ-ın gülə olan tələbi təxminən 10 milyon güldür.
ABD-da qış fəslində gül yetiştirmək çətindir.
İstixanalardan istifadə edilməlidir.
Enerji, kapital və əmək xərcləri mühümdir.
Gül istehsalı üçün resurslar digər malların istehsalı üçün, deyək ki, kompüterlər üçün istifadə oluna bilərdi.
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Alternativ dəyər
Kompüterlər baxımından güllərin alternativ dəyəri, güllər üçün istifadə edilən eyni resurslarla istehsalı mümkün olan kompüter miqdarıdır.
Müqayisəli üstünlük
Əgər istehsal olunan malın digər mala görə alternativ dəyəri digər ölkələrdə olduğundan daha aşağıdırsa, o zaman bu ölkə o malın istehsalında müqayisəli üstünlüyə malikdir.
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Fərz edək ki, ABŞ-da 10 milyon gülün istehsalında istifadə olunan resurslarla 100000 kompüter istehsal etmək mümkündür.
Onu da fərz edək ki, Meksika 10 milyon gülün istehsalında istifadə edilən resurslarla 30000 kompüter istehsal ede bilir.
Bu nümunə onu göstərir ki, Meksikalı işçilər Amerikan işçilərindən daha az məhsuldardır.
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Əgər hər ölkə daha aşağı alternativ dəyərə malik olan malların istehsalı üzrə ixtisaslaşsa, ticarət hər iki ölkə üçün faydalı olacaqdır.
Gül Meksikada daha aşağı alternativ dəyərə malikdir.
Kompüterlər ABŞ-da daha aşağı alternativ dəyərə malikdir.
Ticarətdən faydalar hər iki ölkədə gül və kompüter istehsalındakı dəyişikliklərlə göstərilə bilər.
Şəkil 2-1: İstehsalda fərz edilən dəyişikliklər
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Şəkil 2-1 müqayisəli üstünlük prinsipini ortaya qoymaqdadır:
Əgər hər iki ölkə müqayisəli üstünlüyə sahib olduğu (daha az alternativ dəyər) malları ixrac edərsə, bütün ölkələr prinsipcə ticarətdən qazanclı çıxacaqdır.
Müqayisəli üstünlüyü nələr müəyyən edir?
Bu suala cavab vermək üçün ölkələrin xarici ticarət modelinin müəyyənləşdirilməsi (hansı malları ölkə ixrac edəcək) bizə kömək edə bilər.
Rikardo Modelinin Çatışmazlıqları
Əmək-dəyər nəzəriyyəsinə əsaslanması
Klassik Nəzəriyyə digər faktorların mövcudluğunu bilsə də, ancaq təbii resurslar istehsal olunmadığından onları xərc elmeti hesab etmir. Kapitalı da konkretləşmiş əmək kimi qəbul edir.
Yeganə istehsal faktoru əməkdir.
Əmək eynicinslidir (homojen)
Hər iş hər kəs üçün açıqdır.
Tam rəqabət mövcuddur.
Rikardo Modelinin Çatışmazlıqları
Xarici ticarətin səbəbi: əmək məhsuldarlığının fərqlənməsi.
Ancaq bu fərqliliyin səbəblərinin aşağıdakılar olduğu açıqlanmır:
Faktor ehtiyatı
Texnologiya
İstehsalın təşkili
Rikardo Modelinin Çatışmazlıqları
İş qüvvəsi ölkə daxilində tam mobil, ölkələr arasında isə tam hərəkətsizdir.
Rikardo modeli bir növ təklif nəzəriyyəsidir.
Beynəlxalq qiymətlərin səviyyəsi izah olunmamışdır. Bunun üçün də tələbə yer verilməmişdir.
Model sabit xərclərə və tam ixtisaslaşmaya əsaslanır.
Nağıl 1: Azad ticarət o zaman faydalıdır ki, ölkə xarici rəqabətə qarşı yetərli qədər güclüdür.
Bu arqument yalnışdır. Çünkü ticarət mütləq üstünlüyə deyil, müqayisəli üstünlüyə əsaslanır.
Yoxsul Əmək Arqumenti
Nağıl 2: Beynəlxalq rəqabət ədalətli deyildir və bu aşağı əmək haqqlarına əsaslandığı zaman digər ölkələri narahat edir.
Yenidən bizim misala qayıtsaq, Xarici daha aşağı əmək haqqlarına malikdir, ancaq hələ də ticaretdən qazanmaqdadır.
Müqayisəli Üstünlüklərlə Bağlı Yalnış Fikirlər
İstismar
Nağıl 3: Ticarət daha aşağı əmək haqqlı ölkələrdə işçilərə daha artıq zərər verir.
Ticarətin yoxluğunda bu işçilər daha zərərli çıxa bilər.
İxracat imkanlarını yox saymaq yoxsul insanları yoxsulluğa məhkum etmək deməkdir.
Müqayisəli Üstünlüklərlə Bağlı Yalnış Fikirlər
Daşınma Xərcləri və Qeyri-ticari Malların Əlavə Edilməsi
Real beynəlxalq iqtisadiyyatda ixtisaslaşmanın üç mühüm səbəbi vardır:
İstehsalın bir faktorundan daha çoğuna sahib olma.
Ölkələrin bəzən sektorları xarici rəqabətdən qorunması.
Mal və xidmətlərin daşınmasının bahalı olması.
Daşınma xərcinin olması nəticəsində bəzi mallar qeyri-ticari ola bilər.
Bəzi hallarda daşınma demək olar ki, mümkünsüzdür.
Məsələn: Xidmətlər, deyək ki, bərbərxana və avtomobil təmiri beynəlxalq səviyyədə ticarət predmeti ola bilməz.
Xülasə
Biz öyrəndik ki, Rikardo modeli ən sadə model olaraq, ölkələr arasında ticarətin və ticarətdən əldə edilən gəlirlərin artmasının necə fərqləndiyini ortaya qoyur.
Bu modeldə, əmək istehsalın yeganə faktorudur və ölkələr müxtəlif sektorlarda yalnız əməyin məhsuldarlığı ilə bir-birindən fərqlənirlər.
Rikardo modelində, ölkə o malı ixrac edəcəkdir ki, o mal müqayisəli (mütləqin əksinə) əmək məhsuldarlığı üstünlüyünə malikdir.
Xülasə
Həqiqətdir ki, ticarət ölkəyə iki yolla qazandırır:
Biz ticarəti istehsalın dolaylı metodu kimi düşünə bilərik.
Biz göstərə bilərik ki, ticarət ölkənin istehlak imkanlarını artırır.
Ticarətdən gəlirlərin bölgüsü ölkənin istehsal etdiyi malların nisbi qiymətlərindən asılıdır.
Xülasə
Birfaktorlu, iki mallı modeli çoxmallı dünyaya doğru genişləndirsək, daşınma xərclərinin olması qeyri-ticari malların varlığını ortaya çıxaracaqdır.
Rikardo modelinin təməl kəhanəti odur ki, ölkələr yüksək nisbi məhsuldarlığa malik olduqları malları ixrav edəcəklər. Bu da müxtəlif tədqiqatlarla doğrulanmışdır.
IV Bölmənin əsas anlayışları
Beynəlxalq ticarət nəzəriyyəsi (International Trade Theory)
Abstrakt beynəlxalq ticarət nəzəriyyəsi(Pure Theory of International Trade)
Merkantilizm (Mercantilism)
Klassik Liberalizm (Classical liberalism)
Əmək-dəyər nəzəriyyəsi (Theory of labour coast)
Mütləq Üstünlük Nəzəriyyəsi (Theory of Absolute Advantages)
Müqayisəli üstünlüklər nəzəriyyəsi (Theory of Comparative Advantages)
Alternativ dəyər (opportunity coast)
Mənbələr
P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley.
James Gerber, International Economics, Third Edition, Pearson Education , 2005.
H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2003.
R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2002.