Mündəricat Giriş



Yüklə 1,34 Mb.
səhifə1/4
tarix20.10.2017
ölçüsü1,34 Mb.
#6937
  1   2   3   4

“Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində ərazilərin geoloji

xüsusiyyətlərinə dair



HESABAT

Yefim Şixəliyev tərəfindən hazırlanıb

BAKI 2013

Mündəricat

  1. Giriş ….………………………………………………….. 3

  2. Ərazinin fiziki-coğrafi şəraiti …………………………… 4

  3. Regionun geoloji quruluşu ………….…………………… 8

    1. Stratiqrafiya və litologiya …………..…………….. 8

    2. Tektonika……………………………………….…. 14

    3. Geomorfologiya ……………………………………. 19

      1. Böyük Qafqazın cənub yamacı ………………. 18

      2. Kür dağarası çökəkliyi ....................................... 22

    4. Ekzogen geoloji proseslər ….……………………... 23

Cədvəllər və xəritələr …………………………………….. 28

1. Giriş.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərsivəsində Azərbaycan Respublikasında "Böyük Qafqaz reqionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarətməyə iqlim deyişikliyi risklərinin daxil edilməsi" layihəsini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Yaradılmış yerli və beynəlxalq məsləhətçilərdən(ekspertlərdən) ibarət komandanın tərkibində olan geoloqların əsas vəzifələri(tapşırıqlar) aşağıdakilardır:



  • Bütün geoloji təhlillərin aparılmasında aparıcı geoloqa kömək etmək;

  • Məlumat toplularını araşdırmaq, toplamaq və təhlil etmək;

  • Torpaq sürüşməsi və çayın geomorfologiyası üzrə planaalma işləri aparmaq;

  • Torpaq sürüşməsi təhlükələrinin qiymətləndirilməsi və xəritələşdirilməsini həyata keçirmək;

  • Torpaq sürüşmələri və sel/palçıq axınları təhlükələri üzrə xəritələrin yaradılması və tamamlanması;

  • Çöküntü mənbələrini və yataqlarını səciyyələndirmək üçün çayın geomorfologiyası üzrə tədqiqatlar aparmaq;

  • Torpaq sürüşməsi və sel/palçıq axını risklərinin qiymətləndirilməsi ilə bağlı təlimat sənədinin hazırlanmasında kömək etmək;

    • BMTİP tərəfindən təyin edilən digər tapşırıqlar.

Layihənin məqsədi, su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə, Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının iqlim dəyişikliyinin doğurduğu su çatışmazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır. Bu, qanunvericilik və siyasət səviyyəsində idarəetmə bazasının təkmilləşdirilməsi, strukturla bağlı olmayan metodları tətbiq etməklə təşkilati potensialın gücləndirilməsi və icmaların su və daşqınlar üzrə idarəetmədə aktiv iştirak etmələri üçün təlimlərin keçirilməsi və onların səlahiyyətlərinin genişləndirilməsi yolu ilə həyata keçiriləcəkdir.

Qeyd etmək istərdik ki, öyrənilən region böyük bir ərazini əhatə edir və Balakəndən Ağsuya kimi təxminən 400-450km məsafəyə uzanır.

Bu regionunda müxtəlif illərdə çox saylı geoloji, mühəndisi-geoloji, hidrogeoloji, geofiziki və s. tədqiqatlar aparılmış və nəticədə hesabatlar və müxtəlif yönümlü xəritələr tərtib edilmişdir. Layihənin erkən mərhələlərində ilk olaraq, layihə üçün istifadə olunacaq məlumat toplularını müəyyən etmək üçün məlumatlar toplanmalıdır. Əsas işlərdən biri kimi, vəzifələri icra etmək üçün məlumatların mövcudluğu ilə bağlı cari durumu anlamaq məqsədilə mövcud məlumatların toplanması və təhlili həyata keçiriləcək. Mövcud məlumatların ilkin təhlili və digər qiymətləndirmələr layihə irəlilədikcə metodologiyanın təkmilləşdirilməsinə imkan verəcəkdir.

Bu məlumatların bir qismini təhlil edilmiş və bu qısa hesabatda öz eksini tapmışdır.



2. Ərazinin fiziki-coğrafi şəraiti.

Azərbaycan Respublikası Alp-Himalay dağlıq qurşağında yerləşir. Respublikanın ən möhtəşəm oroqrafik vahidi Böyük Qafqaz dağlarıdır. Tədqiqat aparılan ərazi oroqrafik cəhətdən Baş Qafqaz silsiləsinin cənub yamaclarının kəskin parçalanmış tipik dağlıq vilayətindən ibarətdir və mürəkkəb geoloji quruluşu ilə səciyyələnir. Burada , cənubdan şimala doğru, 30 km məsafədə, relyefin kəskin qalxması müşahidə olunur, 600-800m-dən 4000-4500m-yə qədər aşağıdaki şaquli qurşağlar əmələ gəlir: yüksək dağlıq, orta daglıq, alçaq dağlıq və dağətəyi.

Tinov Rosso(3374m) zirvəsindən Bazardüzü(4466m) zirvəsinə qədər uzanan suayrıcıdan cənub yamac Azərbaycan ərazisindədir. Suayrıcı silsiləsinin ən uca zirvələri Quton(3648m), Ahvay(3481m), Qaraqaya(3465m), Saylaxan(3546m), Məlkətut(3874m), Raqdan(4020m).

Layihəyə cəlb olunmuş ərazi əsasən qeyd etdiyimiz Böyük Qafqazın cənub yamacları, Alazan-Əyriçay vadisi və qismən Şirvan düzünün sahələrini əhatə edir. İnzibati cəhətdən Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Gəbələ, Göyçay, İsmayıllı rayonlarının ərazilərini əhatə edir.



Ərazinin sərhədləri qərbdən Mazimçay Gürcüstan Respublikası ilə, şərqdən Girdimançay İsmayıllı rayonu ilə, şimaldan Baş Qafqaz sıra dağları Dağıstan Respublikası ilə(Rusiya Federasiyası) və cənubdan Şirvan düzü ilə sərhədlənir.



Hidroqrafiya. Yüksək intensi parçalanmış qırırışıqlı-qayalı dağlar çay hövzələrinin mənbələrini tuturlar(qərbdən şərqə doğru): Mazımçay, Balakənçay, Katexçay, Talaçay, Karaçay, Kurmuxçay, Şinçay, Kişçay, Dərəyar, Küngütçay, Daşagilçay, Tikanlıçay, Bumçay, Qamzalıçay, Dəmiaparançay, Vəndamçay, Şirvançay, Sarqarçay, Göyçay, Girdimançay. Ərazinin çay şəbəkəsini təşkil edən bütün çaylar şimal, şimal-şərqdən və cənub, cənub-qərb istiqamətində axaraq Alazan(Qanıx) və Əyriçay çaylarına tökülürlər. Ovalığın şərq hissəsi regional drenə malik deyil.

Çay şəbəkəsinin sıxlığı 0,48-0,62km/km2 hüdudlarında deyişir. Ərazinin hidroqrafik şəbəkəsi əsasən asimetrik və sol yönümlü inkişaf edib. Düzənlik rayonlara çıxana kimi çaylar dağ çaylarıdır. Dağlıq zonada axarları formalaşır. Bu zonada çaylar çox böyük mailliyə və böyük erozion eherjiyə malikdirlər. Böyük Qafqazın cənubi-qərb yamaclarında sellər geniş inkişaf etmişdir. Balakənçayın, Talaçayın, Kürmükçayın, Şinçayın, Kişçayin hövzələrində ən güclü sel axınları qeydə alınmışdır.

Çayların əsas qidalanma mənbələrini buzlaq suları, atmosfer çöküntüləri, bulaq suları təşkil edir. Bütün çaylar eyni hidrogeoloji rejimə malikdirlər- yazda çayların quru vaxtı və yay-payız daşqınları. Aşağıda, əsas çayların illik axımlarının xarakteristikası cədvəl 1-də və morfometrik xarakteristikası isə cədvəl 2-də verilir.

Alazan-Əyriçay vadisinin çaylarının axımlarının orta çoxillik sərfləri(m3/s)

Cədvəl 1


Çayların adı

Müşahidə məntəqəsi

Su hövzəsinin sahəsi, km2

A Y L A R

Orta illik

I

II

III

IV

V

VI

VII

VIII

IX

X

XI

XII

Alazan(Qanıx)

Əyriçaya tökülən yerdən 2km aşağıda

16920

68.6

74.3

99.2

188.0

204.0

171.0

90.7

70.6

102.0

98.0

80.1

79.4

110.0

Balakənçay

Solban k.

320

1.75

1.64

2.49

4.88

9.18

8.75

5.20

4.08

5.51

4.88

3.34

2.33

4.42

Katexçay

Qəbirdərə k.

620

3.87

3.57

5.46

10.6

20.0

19.1

11.3

8.86

9.81

10.7

7.29

5.08

9.64

Qaraçay

Çardaxlıçayın ağzı

572

2.96

2.78

4.22

8.26

15.5

14.8

8.8

6.91

7.63

8.26

6.65

3.95

7.48

Şinçay

Şin k.

480

2.02

1.92

2.02

2.77

4.19

4.48

3.8

2.91

3.41

2.7

2.52

2.2

2.96

Əyriçay

Daşagilçay



Baş Daşagil k.

1810

0.97

0.91

1.05

1.48

2.16

2.25

2.11

1.49

1.62

2.18

1.60

1.32

1.60

Böyük Qafqazın cənub yamaclarının çaylarının morfometrik elementləri

Cədvəl 2


Çayların adı

Su yığımının sahəsi, km2

Hövzəsinin orta hündürlüyü, m

Çayın uzunluğu, km

Hövzəsinin orta eni, km

Çay şəbəkəsinin sıxlığı, km/km2

Hövzənin orta mailliyi, %

Mütləq yüksəklikləri, m

Mənbəyi

Çayın ağzı

Balakənçay

320

958

39

8.2

0.56

59.3

2500

185

Katexçay

320

938

54

11.5

0.53

49.2

2840

183

Talaçay

410

808

40

10.2

0.49

63.3

2800

250

Kürmüxçay

562

1105

55

10.2

0.60

57.2

3280

135

Qaraçay

572

1112

56

10.2

0.50

47.0

2800

168

Şinçay

480

1403

39

7.8

0.50

66.2

2800

217

Əyriçay

1810

1168

134

13.5

0.49

22.9

3200

135

Türiançay

1840

819

180

10.2

0.50

20.5

3680

-4

Göyçay

1770

538

115

15.4

0.48

17.2

1980

-1

3. Regionun geoloji quruluşu.

3.1. Stratiqrafiya və litologiya

Tədqiqat aparılan ərazinin geoloji quruluşunda Mezo-Kaynozoyun müxtəlif paleocoğrafi və geodinamik şəraitdə əmələ gəlmiş müxtəlif çöküntülərinin mürəkkəb kompleksləri iştirak edir.(Bax Şəkil 2, Şəkil 3)

Alt-Orta Yura çöküntüləri müəyyən struktur-formasion zonalarda təmsil olunmasından asılı olaraq, litoloji tərkibinə görə seçilirlər. Leyasdan Malma qədər olan vaxt müddətində ardıcıl olaraq bir-birini əvəzləyərək bir neçə iri reqressiv(geriyən) meqasikl ayrılır. Tfan və Kaxetiya-Vəndam zonalarının cənub hissəsində geckimmeriy orogen mərhələ çöküntüləri, (J3 +K1 +K2) əsasən karbonat tərkibi ilə xarakterizə olunurlar.

Yura sistemi(J)

Tədqiqat aparılan ərazinin hüdudlarında Yura sisteminin çöküntüləri alt, orta və üst şöbələri ilə təmsil olunublar.



Alt Yura(J1)

Tfan struktyr-formasiya zonasının hüdudlarında çox geniş inkişaf tapmış və çoxsaylı yerli dəstələrə bölünürlər.



Hettanq mərtəbəsi-Aşağı Toar yarımmərtəbəsi(Jlg- t1) Qəbizdərə dəstəsi ilə(J1kb) təmsil olunubdur. Fraqmental şəklində "Balakən" və "Zaqatala" vərəqləri hüdudlarında yer səthinə çıxırlar( Meqikan Bəxyə strukturunda). Litoloji baxımından iri dənəli subarkoz qumdaşları ilə, qravelitlərin və aspid alevrogil şistlərin layları ilə olunurlar. Təxmini qalınlığı 80-200metrdir.

Sinemyur mərtəbəsi(J1s) Kasdağ dəstəsi ilə(J1kc) olunur və "Balakən" vərəqinin cənub-şərq küncündə yer səthinə çıxırlar. Saqatorçayın hövzəsində və Köhnəmədən qırılmasının asılı böyürünün tərkib hissəsini təşkil edir. Litoloji baxımından aspid, mikalı, mikalı-kvarslı gil şistlərindən ibarətdir, nadir hallarda alevrolitlərin və qumdaşlarının laylarına rast gəlinir. Təxmini qalınlığı 770m-yə çatır.

Plinsbax mərtəbəsi(J1p) iki yarımmərtəbə ilə(Alt və Üst Plinsbax) təmsil olunurlar.

Alt Plinsbax yarımmərtəbəsi(Balakən lay dəstəsi J1bk). Bu lay dəstənin çöküntüləri məhdud sahələrdə yayılılaraq, tədqiqat sahəsinin şimal-qırbində, Balakən-Zaqatala filiz rayonunda və Balakənçayın orta axın sahəsində üzə çıxır. Litoloji baxımından bu çöküntülər filizləşmiş , qrafitləşmiş gil şistləri və orta-nazik ritmli flişoidlərdən ibarətdirlər.

Üst Plinsbax yarımmərtəbəsi(Filizçay lay dəstəsi J1fl). Tfan struktur-formasion zonasının hüdüdlarında üzə çıxır. Litoloji baxımından ayri-ayri ritmli flişoid qatları olan qrafitləşmiş mikalı gil şistlərdən ibarətdir. Onların tərkibində piritli, pirit-sideritli və gilli- sideritli konkresiyalar mövcüddur. Görünən qalınlığı təxminən 80-100m. Ümumi qalınlığı, tədqiqat ərazisində 670-700m-ə qədərdir.

Toar mərtəbəsi(J1t)- Balakən-Zaqatala filiz rayonunun hüdudlarında iki yarımmərtəbə ilə alt və üst toar təmsil olunub.

Toxlutor lay dəstəsi(J1th)(Alt Toar yarımmərtəbəsiJ1t1). Suayrıcı struktur- formasiya yarımzonasının hüdudlarında az sahəni tutur. Litoloji baxımından nazik ritmili bir-birini əvəzləyən nazik çəplaylı qumdaşlarından, nadir hallarda alevrolitlərdən və gil şistlərindən ibarətdir. Görünən qalınlığı 410-490m-dir.

Qubax lay dəstəsinin alt yarımlay dəstəsi(J1gb). Balakənçayın hövzəsində Filizçay yatağının hüdudlarında çox geniş yayılmışdır. Yarımdəstəsinin süxurları Filizçay lay dəstəsindən öz qumluluğu ilə kəskin sürətdə fərqlənir. Bu süxurlar Balakənçayın yuxarı hissələrində, Batoorçayın, Saqatorçayın, Mazımçayın aşağı axın hövzələrində yer səthinə çıxır. Qubaxdağ rayonunda bu çöküntülər eyni adlı sinklinal strukturun quruluşunda iştirak edirlər və Filizçay lay dəstəsini örtürlər. Litoloji tərkibləri qumdaşların, alevrolitlərin və gil şistlərinin ritmik növbələşməsindən ibarətdir. Qumdaşları əsasən xırda dənəlidirlər, layların qalınlığı 0.3m-dən 0.8m-ə kimi dəyişir.Bu laylar nazik ritmli flişoidlərdənibadət olan laydəstələri ilə növbələşitlər. Növbələşmə qara rənqli gil şistlərindən və boz rənqli xırda dənəli qumdaşlarından ibarətdir. Qalınlığı 350-450m-dir.

Üst Toar yarımmərtəbəsi(J1t2 ) Qubax lay dəstəsinin üst yarımmərtəbəsi, Qudurdağ lay dəstəsi və Mekikan lay dəstəsinin alt yarımmərtəbəsi ilə olunurdur.

Qubax lay dəstəsinin üst yarımmərtəbəsi(J1gb2) tədqiqat aparılan ərazinin qərb hissəsində- Balakənçayın hövzəsində və qismən Katexçay, Talaçay hövzələrində yayılmışdır. Litoloji tərkibi xırda və orta dənəli polimikt qumdaşlarından ibarət olub, ayri-ayri ritmli flişoidlər və gil şistləri ilə növbələşirlər. Bu yarımlaydəstəsinin altında Alt Qubax yarımlaydəstəsinin qumlu-gilli flişoidləri yatır və Alt Siderit laydəstəsinin gilli qatı ilə örtülür. Yarımdəstənin qalınlığı 450-650m-dir.

Qudurdağ laydəstəsi(J1 gd) . Az inkişafa malik Qudurdağ lay dəstəsi Kələc dağı və Dindi dağı rayonlarında yer səthinə çıxır. Litoloji tərkibləri pilloulavaların və bazalt axınlarının növbələşməsindən ibarətdir, hərdən qumdaşların və nazik ritmli flişoid layciqlarının və laydəstələrinin növbələşməsinə rast gəlinir. Toxlutor dəstəsinin çöküntülərinin üstündə yatırlar və uyğun olaraq Alt Siderit laydəstəsinin gil şistləri ilə örtülürlər.

Mekikan laydəstəsinin alt yarımdəstəsi(J1mk1). Ərazinin şimal-qərb hissəsində Mekikan bəxyə strukturunun hüdudlarında yer səthinə çıxır. Litoloji tərkibi mikalı orta-kobud dənəli, vulkanomikt materialların qarışığı olan qudaşlarından ibarətdir, nadir hallarda qravelitlərin linzalarına və alevrogil şistlərinin layciqlarına rast gəlinir. Ümumi qalınlığı 180m-dir.

Orta Yura(J2).

Gilli-qumlu çöküntülərdən ibarət olan Orta Yura törəmələri, tədqiqat aparılan ərazinin hüdudlarında çox geniş sahədə inkişaf tapmışdır. Bu şöbənin ardıcıl kəsilişi Aalen mərtəbəsindən başlanır. Bu şöbənin süxurlarının fərqləndirici xüsusiyyətlərindən biri gil materialının qumdaşlarından kəskin üstünlük təşkil etməsidir. Eyni zamanda qumlu-şistli, flişoidli və şistli çöküntülərin tez-tez fasial əvəz olunmaları ilə səciyyəvidir. Təqribən kəsilişin orta hissəsində terrigen-flişoidli çöküntülərini monoton gil şistlər əvəz edirlər. Kəsilişin yuxarı hissələrində bu meqaritm Cimi laydəstəsinin qumlu-şistli çöküntüləri ilə tamamlanır.



Aalen mərtəbəsi(J2) – Alt və Üst Aalen yarımmərtəbələri ilə olunur. Alt Aalen yarlmmərtəbəsi (J2a1) Alt Siderit və Üst Mekikan yarımlaydəstələri ilə təmsil olunur.

Alt Siderit laydəstəsinin(J2cd2) çöküntüləri Sarıbaş və qismən Suayrıcı struktur-formasiya yarımzonalarında inkişaf etmişdir. Mazımçayın, Balakənçayın aşağı axınında yer səthinə çıxırlar və ayri-ayri sinklinal qırışıqlarının qanadlarını və nadir hallarda ox hissələrini təşkil edirlər. Dəstənin çöküntüləri Qubax laydəstəsinin qumdaşları üstündə yatırlar və Üst Siderit lay dəstəsi ilə transqressiv örtülürlər. Litoloji baxımından nazik-orta və kobud ritmli flişoidlərin(15-20m), gil şistlərinin(10-25m) laylarının növbələşməsindən və ayri-ayri xırda dənəli qumdaşlarının və alevrolitlərin laylarından(0.1-1m) ibarətdir. Gil şistlərinin tərkibində gilli sideritin və piritin konkresiyaları mövcuddur. Dəstənin əsas həcmini(75-80%) gilli siderit konkresiyalarından ibarət olan tünd-boz rənqli gil şistlər təmsil edirlər. Kəsilişin aşağı hissələrində rast gələn qumdaşları əsasən boz rənqli, dənəli və çəplayvaridirlər. Dəstənin qalınlığı 350-600m-dir.

Mekikan lay dəstəsinin üst yarımdəstəsi(J2mk1). Stratotipi Mekikançayın hövzəsində yerləşir və eyni adlı bəxyə strukturunun geoloji quruluşunda iştirak edərək bu strukturun qanadlarını və nüvəsini təşkil edirlər. Erozion kəsilişdən asılı olaraq bu yarımdəstənin çöküntüləri Alt və Orta Yuranın müxtəlif stratiqrafik bölmələri ilə tektonik təmasa gəlirlər. Məsələn, qərbdə, Mazımçay və Balakənçayın hövzələrində, Yuxarı Toar yarımmərtəbəsinin Qubax lay dəstəsinin və Aalenin Üst Siderit lay dəstəsinin çöküntüləri ilə təmasdadırlar. Şəqdə isə, Talaçay hövzəsində- Xınalıq lay dəstəsinin çöküntüləri ilə, Qaraçayın dərəsində Üst Yura və Aly Təbaşir çöküntüləri ilə təmas təşkil edirlər.

Litoloji tərkibləri tək-tük qumlu-gilli nazik- ortaritmli flişoid layları və alevrogil şistlərindən ibarət olaraq, tərkibində ayri-ayri qumdaşların laylarına da rast gəlinir. Qalınlığı 120-150m-dir.



Üst Aalen yarımmərtəbəsi(J2a2). Üst Siderit lay dəstəsi(J2 sd2) ilə təmsil olunur. Sarıbaş struktur-formasiya yarımzonasının Mazımçay-Kürmukçay çayarası ərazisində çoz geniş yayılmışdır. Bu dəstənin süxurları Alt Siderit lay dəstəsinin çöküntülərinin üstündə transqressiv olaraq yatırlar və üstdən Cimi lay dəstəsinin süxurları ilə örtülürlər. Tədqiqat aparılan ərazinin qərb hissəsində bu çöküntülər məhdud çıxışlara malikdirlər. Ərazinin şərq hissəsində isə nisbətən geniş sahədə inkişaf tapmışdır. Talaçayın, Qalaçayın, Qaraçayın və Suvagilçayın yuxarı hissələrində, ümumi Qafqaz istiqamətli olan, dar xətvari antiklinal qırışıqların tağ hissələrini əhatə edirlər. Ərazinin qərb hissəsində bu lay dəstəsinin süxurları Mazımçayın və Balakənçayın aşağı axınında yer səthinə çıxırlar və sinklinal qırışıqlarının ox hissələrinin quruluşunda iştirak edirlər. Ondan başqa bu dəstənin çöküntüləri Aralıq yarımzonanın hüdudlarında yer səthinə çıxırlar və Duruca bəxyə strukturunun quruluşunda iştirak edirlər.

Üst Siderit lay dəstəsinin xarakterik cəhətlərindən biri, onun tərkibində qumdaşı laylarının olmamasıdır. Litoloji baxımından tünd-boz və qara rənqli, tək-tük alevrolitlərin və xırda-orta dənəli qumdaşlarının layciqları(3-5sm) iştirak edən monoton gil şistlərindən ibarətdir. Gil şistlərində çoxlu kürəvari siderit və pirit konkresiyaları mövcüddur. Ümumi qalınlığı 350-440m-dir.



Üst Aalen-Alt Bayos(J2a2 –b1 ) Cimi laydəstəsi ilə(J2dz) olunur. Bu dəstənin süxurları Üst Siderit lay dəstəsini örtürlər. Tədqiqat aparılan ərazidə onun çıxışları Tfan struktur-formasiya zonasında və az miqdarda Duruca qalxımının(Aralıq yarımzona) hüdudlarında inlişaf tapmışdır. Şərq istiqamətində onun çıxışları həm uzununa, həm də sahə üzrə geniş yayılmışdir. Talaçayın hövzəsindən şərqə tərəf Cimi lay dəstəsinin süxurlarının çıxışları bir neçə ensiz uzun zolaq əmələ gətirirlər və xətvari sinklinal qırışıqların ox hisələrini təşkil edirlər. Litoloji tərkibləri qumdaşlarının, alevrolitlərin, gil şistlərinin və argillitlərin ritmik növbələşməsindən ibarətdir. Qumdaşları polimikt, nazik-layvari və xırda-orta dənəlidirlər.

Bayos mərtəbəsi(J2 bj) Vəndam və Xınalıq lay dəstələri ilə təmsil olunurlar.

Vəndam lay dəstəsi(J2vd). Tədqiqat aparılan ərazidə bu dəstənin çıxışları Qax r-da, Əmbərçay kəndi ətrafında "Müqəddəs Qeorqi" kilsəsi yaxınlığında yer səthində müşahidə olunur. Bu sahədə lay dəstənin vulkanogen-çökmə süxurları şimalda Üst Yura və Alt Təbaşir yaşlı çöküntülərlə transqressiv örtülürlər, cənubda isə- Alazan-əyriçay vadisinin qalın müasir dördüncü dövr çöküntüləri ilə örtülmüşlər. Litoloji tərkibləri yaşıl, boz-yaşıl rənqli tufbrekçiyalardan, tufkonqlomeratlardan, tufqumdaşlardan, tuflardan və andezit porfiritlərin kürə formalı axınlarından ibarətdir. Dəstənin qalınlığı 160m-dir.

Xınalıq lay dəstəsi(J2hn). Tədqiqat aparılan ərazinin şərq hissəsində çox geniş yayılmışdır. Qarasu, Qalaçayın, Sabunçuçayın, Həmzəliçayın, Dəmiraparançayın hövzələrində yer səthinə çıxırlar. Xınalıq lay dəstəsinin kəsilişinin əsas hissəsini qumdaşları təşkil edir(80%). Qumdaşları boz rənqdədirlər, möhkəmdirlər, xırda-orta dənəlidirlər, tez-tez çəplaylıdırlar, tərkibinə görə polimiktirlər. Onların qalınlığı 2-3metr təşkil edir. Çox zaman, qumdaşı laylarının arasında, layciq şəklində(3-5m) gil-siderit konkresiyaları olan gil şistləri yatırlar. Gil şistlər qalınlığı az olan alevrolitlər ilə növbələşərək, nazik fliş əmələ gətirirlər. Dəstənin ümumi qalınlığı 450m-dir.

Üst Yura(J3).

Tədqiqat aparılan ərazinin cənub dağətəyi hissələrində sahə üzrə çox geniş yayılmışdır və Aralıq struktur-formasiya yarımzonasının hüdudlarında yer səthinə çıxır. Burda o Zaqatala-Kovdağ sinklinoriumunun quruluşunda iştirak edir. Həmçinin fraqmental şəkildə Kaxetiya-Vəndam zonasının antiklinal qırışıqlarının nüvələrinin təşkil edir. Üst Yura çöküntülərinin əsas fərqləndirici xüsusiyyətləri- onların karbonatlığı və kəsilişin yuxarı hissəsində çoxluq təşkil etməsidir.



Kellovey mərtəbəsi(alt yarımmərtəbə J3k1) Zemçay lay dəstəsi ilə(J3zm) təmsil olunur.

Balakən-Zaqatala filiz rayonunun dağ ətəyi hissələrində, Balakənçay və Kürmükçay çayarası ərazisində yayılmışdır. Litoloji tərkibi yaşil, zəytun-yaşıl rənqli gil şistlərinin, yaçımtıl-boz rənqli əhəngli qumdaşlarının aritmik növbələşməsindən ibarətdir. Qumdaşları əsasən orta və xırda dənəlidirlər, möhkəmdirlər və silisiumludurlar. Lay dəstənin xösusi cəhəti ondan ibarətdir ki, bütün kəsiliş boyu konqlomerat qatları üstünlük təşkil edir. Qırıntı materialların petroqrafik tərkibi əsasən açıq-boz rənqli pelitomorf, silisiumlu əhəngdaşlarından, əhəngli qumdaşlarından ibarətdir. Dəstənin ümumi qalınlığı 420m-dir.



Üst Kellovey- Alt Oksford yarımmərtəbələri(J3k2 –o1) İlisu lay dəstəsi ilə(J3il) təmsil olunurlar.Lay dəstəsinin süxurları, tədqiqat aparılan ərazinin hüdudlarında, Zemçay dəstəsinin üstündə uyğun yatırlar, Düzsırt dəstəsinin çöküntüləri ilə uyğun örtülürlər və Zaqatala-Qovdağ sinklinoriumunun quruluşunda iştirak edirlər. Qaraçay, Həmzəliçay, Göyçay çay hövzələrində yer səthinə çıxırlar. Fərqləndirən cəhəti onların şokolad-albalı və bənövşəyi- qırmızı rənqli olmasıdır. Dəstənin çöküntüləri kiçik sahələrdə yayılmışdır. Qumbaşı sinklinal qırışığının quruluşunda iştirak edirlər, Kasbinə kəndi ətrafında sahəvi yayılmışdır. Litoloji tərkibləri bənövşəyi- qırmızı və qırmızı rənqli argillitlərdən ibarət olub yaşıl rənqli alevrolitlər, qumdaşları, pelitomorf əhəngdaşları və mergellər ilə növbələşir. Ümumi qalınlığı 260m-dir.

Üst Oksford yarımmərtəbəsi-Titon mərtəbəsi(Y3o3-tt) Düzsirt və Şəki lay dəstələri ilə təmsil olunur. Müvafiq olaraq Tfan və Vəndam struktur-formasiya zonalarında inkişaf tapmışdır.

Düzsirt lay dəstəsi(J3dz) Balakənçay-Kürmükçay arası ərazidə xüsusən Qumbaşı dağının ətrafinda çox geniş yayılıbdır. Dəstənin xarakterik əlamətlərindən biri ondan ibarətdir ki, Ləkitçayının meridiandan qərbə tərəf, onun tərkibində vulkanomikt qumdaşlarının peyda olması və süxurların silisiumluluğunun çoxalmasıdır və bu Güllük kəndi rayonunda daha intensivdir. Litoloji tərkibi iri orqanogen-qırıntılı və pelitomorf, arabir brekçiyavari açıq-boz rənqli əhəngdaşlarından ibarətdir, içərisində boz rənqli, əhəngləşmiş qumdaşlarının laylarına rast gəlinir. Ümumi qalınlığı 440m təşkil edir.

Şəki lay dəstəsi(J3sk). Dəstənin çöküntüləri ancaq Vəndam struktur-formasiya zonasının hüdudlarında inkişaf tapmışdır. Litoloji tərkibi iri, möhkəm, orqanogen-qırıntılı əhəngdaşlarından, boz, yaşıl-boz rənqli ənəngli qumdaşlarından ibarətdir. Tez-tez açıq-boz rənqli, silisiumlaşmış pelitomorf əhəngdaşlarının və yaşıl rənqli əhəngli, qumlu-gil şistlərinin layları müşahidə olunur. Tədqiqat aparılan ərazinin hüdudlarında dəstənin qalınlığı 150-220m təşkil edir. Dəstənin ümumi qalınlığı 450m-dir.

Təbaşir sistemi(K).

Alt və Üst şöbələri ilə təmsil olunur. Balakən-Zaqatala filiz rayonunun dağətəyi zolağı boyunca, Aralıq yarımzonası hüdudlarında və Kaxetiya-Vəndam zonasında inkişaf tapmışdır.



Alt Təbaşir(K1). Alt Təbaşir, Berrias-Barrem mərtəbələrini əhatə etmiş Babadağ(Kepuç), Qaytar və Xalçay lay dəstələri ilə təmsil olunur.

Babadağ lay dəstəsi(K1bb). Tədqiqat aparılan ərazinin demək olar qərbdən-şərqə doğru, əsasən orta və alçaq dağlıq qurşağlarında, çay hövzələrinin orta axım hissələrində inkişaf tapmışdır. Balakənçay-Kürmüxçay çayları arasında karbonatlı flişdən ibarətdir. Babadağ lay dəstəsinin çöküntüləri Mekikan bəxyə strukturunun cənub yanı boyunca, Üst Siderit lay dəstəsinin süxurları ilə təmasdadırlar. Muxaxçayın hövzəsindən azca şərqdə, antiklinal qırışıqların qanadlarının quruluşunda iştirak edirlər. Qax və ondan şərqə doğru bu dəstənin çöküntülərinin yayıldığı sahə əhəmiyyətli dərəcədə genişlənir və sinklinal qırışıqların nüvələrini, yaxud qanadlarını təşkil edirlər. Litoloji baxımdan boz-rənqli, xırda-orta dənəli əhəngləşmiş qumdaşlarının, yyaşımtıl-boz rənqli argillitlərin növbələşməsindən ibarətdir. Qalınlığı 260m-dir.

Kepuç lay dəstəsi(K1kp). Tədqiqat aparılan ərazinin hüdudlarında Qax rayonunun ərazisində çıxışları müşahidə olunur. Kürmüxçayın sol yanında bu dəstənin çıxışları daha genişdir. Litoloji tərkibi qumlu pelitomorf əhəngdaşlarının, mergellərin, argillitlərin və vulkanomikt xırda-orta dənəli əhəngli qumdaşlarının flişvari növbələşməsindən ibarətdir. Qalınlığı 400-650m-dir.

Hoteriv mərtəbəsi(K1t). Qaytar lay dəstəsi(K1kt) ilə təmsil olunur. Aralıq struktur-formasiya yarımzonasının hüdudlarında (Balakənçay-Kürmüxçay çayları arası sahədə) geniş yayılmışdır. Kiçik, ensiz xətvari sinklinal qırışıqların quruluşunda iştirak edərək onların ox hissələrini yaxud qanadlarını təşkil edirlər. Litoloji tərkibləri tünd-boz, yarpaqvari, şistvari, əhəngli argillitlərdən və gil şistlərindən ibarətdir. İçərisində boz rənqli, qumlu əhəngdaşları laylarına da rast gəlinir. Qalınlığı 410m-dir.

Barrem mərtəbəsi(K1br). Xalçay lay dəstəsi(K1hl) ilə təmsil olunur. Tədqiqat aparılan ərazidə Aralıq struktur-formasiya yarımzonasında inkişaf etmişdir. Burada, o, Zaqatala-Qovdağ sinklinoriumunun ayri-ayri sinklinal qırışıqların nüvələrini təşkil edirlər. Süxurların çıxışlarına əsasən suayrıcıların qollarında təsadüf edilir və müsbət, qayalı relyef formalarını əmələ gətirirlər. Litoloji tərkibləri vulkanomikt, əhəngli qumdaşlarının, qumlu pelitomorflu əhəngdaşlarının, yaşıl-boz və tünd-boz rənqli, əhəngli argillitlərin növbələşməsindən ibarətdir. Qalınlığı 80-330m arasında dəyişir.

Üst Təbaşir(K2). Tədqiqat aparılan ərazidə Senoman, Turon və Konyak mərtəbələri ilə təmsil olunur.

Senoman mərtəbəsi(K2s). Elqadin lay dəstəsi(K2el) Qumçay və Kürmuxçay çayarası ərazidə izlənilir və Qax sinklinalının ox hissəsini təşkil edir. Litoloji tərkibi vulkanomikt qumdaşlarından, tufqumdaşlarından, tufqravelitlərdən, tufkonqlomeratdan, tünd-boz renqli möhkəm argillitlərdən, nadir hallarda pelitomorf əhəngdaşlarından ibarətdir. Həmçinin, andezit tuflarının, andezit-dasit və andezit-bazalt porfiritlərin linzalarından ibarətdir. Qalınlığı 105-605m-dir.

Turon və Konyak mərtəbələri(K2t-k). Qızılqaya dəstəsi(K2kz) ilə təmsil olunur. Kaxetiya-Vəndam struktur-formasiya zonasının hüdudlarında inkişaf etmişdir və Qax sinklinal qırışığının nüvəsini təşkil edir. Litoloji tərkibləri yəşəmvari, silisiumlu argillitlərdən, pelitomorf silisiumlu əhəngdaşlarından, alevrolitlərdən ibarətdirlər. Qalınlığı 60-110m-dir.

Dördüncü dövr sistemi(Q).

Tədqiqat aparılan ərazinin hüdudlarında Dördüncü dövr çöküntüləri əsasən kontinental fasiya ilə təmsil olunurlar. Bu çöküntülər, tədqiqat aparılan ərazidə Müasir və Üst Dördüncü dövrün elüvial-delüvial, allüvial, allüvial-prolüvial, allüvia-delüvial, prolüvial-delüvial növləri ilə təmsil olunurlar. Bu çöküntülər Alazan-Əyriçay vadisinin, Böyük Qafqazın cənub yamaclarından axan dağ çaylarınin dərələri boyunca inkişaf tapmışdır.



Üst Dördüncü dövr allüvial-delüvial çöküntüləri(adQııı) çay terraslarında yayılırlar, litoloji tərkibləri çaqıl-çınqıllardan, xırlardan, qumlardan, gilcələrdən, gillərdən ibarətdirlər. Qalınlığı 8-30m-ə kimidir. Cənub yamacın çay terraslarənda geniş yayılmışdır və yaşlarına görə Yenixəzər-Abşeron əsrlərinə aid olunurlar. Yenixəzər terraslarə əsasən akkumulyativlidirlər. Çayların orta və xüsusən yuxarı axarlarında akkumulyativ-erozion terraslara rast gəlinir.

Cənub yamacın dağətəyi çaylarının 12 terrası vardır. Aşağı üç terras əsasən çaqıllardan, yuxarı terraslar allüvial-prolüvial çaqıllardan və qaymadaşlı-çaqıllı çöküntülərdən ibarətdirlər.



Üst -Müasir Dördüncü dövr çöküntüləri(Qııı-ıv). İki genetik tiplə təmsil olunur: allüvial-prolüvial(ap) və prolüvial-delüvial(pd).

Allüvial-prolüvial çöküntülər(apQııı-ıv) Alazan-Əyriçay vadisində, çayların gətirmə konuslarının orta və ətək hissələrində geniş yayılmışdır. Çöküntülərin litoloji tərkibləri çaqıl-çınqıllardan, müxtəlif ölçülü qaymadaşlarından, gilcələrdən, gillərdən ibarətdir. Qalınlığı 20-40m-dir.

Prolüvial-delüvial çöküntülər(pdQııı-ıv) Böyük Qafqazın cənub yamaclarının dağətəyi hissələrinin ətəklərində inkişaf etmişdir. Həmin çöküntülərin litoloji tərkibləri qumlardan, gilcələrdən, gillərdən, pis hamarlanmış çaqıl-çınqıllardan, haqıl-hırdan ibarətdirlər. Qalınlığı 2-30m-dir.

Müasir dövr çöküntüləri(Qıv) iki genetik tipdən ibarətdir: allüvial və elüvial-delüvial.

Alüvial çöküntüləri(aQıv) çayların yatağlarında inkişaf etmişlər. Materialların hamarlılığının yaxşı səviyyədə olması bu çöküntülər üçün xarakterikdir. Dağ çayların dərələrində bu çöküntülər qaymadaşlardan, çaqıl-çınqıllardan ibarətdirlər. Dağlardan düzənliyə şıxan yerlərdə gətirmə konuslarını əmələ gətirirlər. Ətək hissələrində litoloji tərkibləri əsasən çınqıllardan, qumlardan, qumcalardan, gilcələrdən və gillərdən ibarətdir. Qalınlığı 1-25m-dir, nadir hallarda 40m-yə çatır.

Elüvial-delüvial çöküntülər(edQıv) demək olar ki, hər yerdə, suayrıcı sahəsində, silsilələrin suayrıcılara yaxın sahələrində, yaylavarı təpələrdə, düzənlik yerlərdə inkişaf etmişdir. Elüvial-delüvial çöküntülərin litoloji tərkibləri yüngül, orta və ağır gilcələrdən ibarətdir. Gilcələrin tərkibində qaya və yarımqaya süxurların aşınması nəticəsində yaranan çaqıl-xır materialları geniş yayılmışdır(5-15%). Ümumi qalınlığı 10m-ə qədərdir.



3.2. Tektonika

Tədqiqat aparılan ərazi Cənub-Şərqi Qafqazın böyük bir hissəsini əhatə edir və tektonik cəhətdən Böyük Qafqazın Şərq qutaracağının, Kür dağarası çökəkliyinin tektonik və struktur-formasiya zonalarının elementlrini özündə birləşdirir.



Böyük Qafqaz meqantiklinoriumu

Böyük Qafqazın Azərbaycan hissəsi mürəkkəb dağlıq quruluşa malikdir və onun strukturu relyefdə birbaşa öz əksini tapır. Onun maksimal qiymətləri mərkəzi qalxma zolağı ilə üst-üstə düşür. Böyük Qafqaz meqantiklinoriumunun mərkəzi hissəsində Mezozoy yaşlı müxtəlif quruluşlu nüvəsi yerləşir. Bu reqionun hüdudlarında, en dairəsinə yaxın istiqamətli, müxtəlif quruluşlu bir çox müsbət və mənfi qırışıq strukturlar ayrılırlar. Bu strukturların arasında, tədqiqat aparılan reqionunda, şimalda- iri Tfan antiklinoriumu, cənubda- Vəndam antiklinoriumu və onların arasında yerləşən- Zaqatala-Qovdağ sinklinoriumu ayrılır. Vəndam antiklinoriumunun nüvəsi və cənub qanadı Alazan-Əyriçay depressiyasının Üst Pliosen və Dördüncü dövr çöküntülərinin qalın təbəqələri ilə örtülmüşdür.

Tədqiqat aparılan reqionunun alp qırışıq kompleksinin tektonik quruluşunda üç struktur mərtəbə iştirak edir: İlkalpik(J1-2 ), Ortaalpik(J3- P2), Sonalpik(P3- Q). Bu struktur mərtəbələr Adıgey və Pireney qırışıqlı fazalar ilə ayrılmışlar.

Tədqiqat aparılan reqionun müasir tektonik quruluşunun mühüm xüsusiyyəti ondan ibarətdir ki, ayrılmış struktur-formasiya zonalar və yarımzonalar özündə iri, uzununa tektonik pillələrini təmsil edirlər və onlar bir-birindən regional dərinlik qırılmalarılə ayrılırlar. Məsələn, Suayrıcı struktur-formasiya zonası Sarıbaş yarımzonadan Köhnəmədən əks fay-üstəgəlmə tipli dərinlik qırılması ilə ayrılır, o isə öz növbəsində daha cənubda yerləşən Aralıq zonası ilə Megikan qırılması ilə sərhədlənir. Axırıncı isə Vəndam struktur-formasiya zonasından- Qaynar dərinlik qırılması ilə ayrılır.

Tektonik quruluşun ikinci xüsusiyyəti ondan ibarətdir ki, gesinklinal və itiqövslü komplekslərin struktur tipləri ərazidə qeyri-uyğun yayılmışdır.

Reqionun tektonik quruluşunun üçüncü mühüm xüsusiyyəti onun köndələn-bloklu quruluşa malik olmasıdır ki, onun qərb hissəsinin şərq hissəsi ilə nisbətdə kəskin qalxması ilə seçilir.



Tfan struktur-formasiya zonası. Tfan zonası qalın əzilmə zonasını təmsil edir və iki cəhətdən ibarətdir. Birinci cəhət burada xətvari qırışıqlar çoxsaylı əks fay-üstəgəlmələr ilə mürəkkəbləşdirilmişdir və bir sıra subparalel kulisəbənzər yerləşən pulcuqlara və bloklara ayrılmışdır. İkinci cəhət ondan ibarətdir ki, burada bazaltnövbəli maqmatizmin intruziv fasıyaları geniş inkişaf tapmışdır. Onlar bir sıra ümumiqafqaz istiqamətli dayka qurşaqlarını əmələ gətirirlər.

Bu zonada iri qırılmaları aşağıdakılardır: Köhnəmədən, Həmzaqor, Baş Qafqaz.

Tfan struktur-formasiya zonasının hüdudlarında Suayrıcı, Sarıbaş və Ara yarımzonaları ayrılır. Bu yarımzonalar bir0birindən həm süxurların litoloji tərkibləri və , öküntütoplama xüsusiyyətləri ilə, həm də morfoloji tipləri və qırışıqların, qırılma strukturların xüsusiyyətləri ilə fərqlənirlər.

Suayrıcı yarımzonanın hüdudlarında, daha yüksək dərəcəli, Basqal və Kasdağ- Kasmala yarımzonaları ayrılır ki onlar uzununa tektonik bloklara uyğun gəlirlər. Suayrıcı yarımzonanın struktur elementləri Bulanlıqçayin və Saqatorçayın, Baş Qafqaz silsiləsinin suayrıcı və suayrıcıya yaxın hissələrini əhatə edir. Bu zonanın hüdudlarında mürəkkəb quruluşlu, olduqca böyük Kasdağ antklinalı ayrılır. Bu antiklinal çox saylı əks fay-üstəgəlmə zonaları ilə mürəkkəbləşmişdir və onu şimaldan cənuba bir sıra ardıcıllıqlı üstəgələn pulçuqlara ayrılır. Hər bir pulçuq, yüksək dərəcəli, adətən daha dik cənub(65-80°) və az mailli şimal(35-40°) assimetrik kəsilmiş qanadları olan antiklinal qırışıqların nüvəsindən ibarətdir.

Sarıbaş yarımzonası Laqodexi-Qarasu çayarası ərazidə izlənilir və şimaldan Suayrıcı yarımzonadan Köhnəmədən, cənubdan Aralıq yarımzonasından Mekikan və şərqdən- Miçex qırılmalırı ilə ayrılır. Sarıbaş yarımzonanın eni, ərazinin qərbində 7-8km, şərqində isə, Qalaçayın hövzəsində 10km-ə çatır. Bu yarımzonanın hüdudlarında əsas rolu, özündə geniş sinklinoriumu təmsil edən, iri braxiformalı, sandıqvari qırışıqlar oynayırlar. Sahələri qeyri-bərabər olan iki tektonik bloklara bölünür: şimalda Filizçay-Ataçay və cəmubda Katex-Qümbulçay, onları bir-birindən Həmzaqor əks fay-üstəgəlməsi ayrılmışdır. Bu pozulma boyunca şimal blokun çöküntüləri cənub blokun süxurlarının üstünə gətirilmişdir.

Aralıq yarımzonası. Xarakterik xüsusiyyəti onun iki mərtəbədən ibarət quruluşudur. Bir-birindən Adıgey qırışıqlı fazası ilə ayrılan alt və üst mərtəbələri Ara yarımzonanın tərkib hissəsidir. Alt geosinklinal struktur mərtəbəsinin quruluşunda Alt və Orta Yura yaşlı süxurlar iştirak edirlər. Üst geosinklinal mərtəbəsi, Qst Yura-Alt Təbaşir yaşlı süxurlarla təmsil olunubdur. Yarımzonanın hüdudlarında iki antiklinal quruluşlu Megikan(şimalda) və Duruca bəxyə(cənubda) zonaları ayrılir, onların arasında geniş Zaqatala-Qovdağ sinklinoriumu yerləşir.

Megikan bəxyə zonası Aralıq tektonik yarımzonanın ən şimal struktur elementidir və o Mazımçay-Talaçay çayları arasında Sarıbaş qırışıq strukturlarını Zaqatala-Qovdağ sinklinoriumundan ayırır. Mazımçaydan qərbə Megikan bəxyə zonası Alazan-Əyriçay vadisinin Dördüncü dövr çöküntüləri ilə örtülür. Strukturun uzunluğu 50km-dir. Struktur ümumiqafqaz istiqametlidir, ensizdir və şimaldan Megikan dərinlik qırılması, cənubdan isə Qəmərvan əks fay-üstəgəlməsi ilə hüdudlanır.



Zaqatala-Qovdağ sinklinoriumu Tfan antiklinoriumun cənubunda yerləşir. Bütün Balakən-Zaqatala filiz rayonunda ŞQ-dən CŞq-ə kimi ümumiqafqaz istiqamətində izlənilir. Şimaldan bu sinklinorium Megikan regional dərinlik qırılması üstündən Megikan bəxyə zonası ilə təmasdadır. Bu təmas boyu Aalen və Toarın terrigen süxurları Üst Yura və Alt Təbaşirin terrigen karbonatlı çöküntülərini örtürlər. Cənubda, Kürmük-Ləkitçay çayları arasında, bu sinklinorium Duruca bəxyə zonasından Zəngin dərinlik qırılması ilə ayrılır və Ləkitçaydan qərbdə Alazan-Əyriçay vadisinin çaqılları ilə örtülürlər.

Zaqatala-Qobdağ sinklinoriumu tipik irsi strukturdur. Qırışıq özülün heterogenliyi səbəbindən, o çox mürəkkəb dərin quruluşu ilə xarakterizə olunur. Köndələn kəsilişdə sinklinorium qrabenebənzər quruluşa malikdir, burada, geniş muldavari sinklinallar və onlarəı ayıran dar qılıcvarı antiklinallarla təmsil olunmuş, braxiformalı qırışıq strukturlar çox geniş inkişaf etmişdir.



Vəndam antiklinoriumu. Şərqi Qafqazın kifayət qədər böyük və nisbətən cavan struktur elementlərindən biridir. Antiklinoriumun tağ hissəsi qərb istiqamətində qalxmaya məruz qalmışdır. Bu qalxma sıçrayışlar şəklində əmələ gəlir.İntensiv denudasiyasının nəticəsində, antiklinoriumun yer səthində strukturun tağ hissəsinin qalxma sahələrini təmsil edən, ayri-ayri hissələr saxlanılmışdır. Vəndam antiklinoriumu Qax və Şəki kəsiyində yaxşı ifadə edilmiş, orta sinklinal ilə ayrılmış, ikiqat antiklinal qaxmasını özündə təmsil edir. Burada şimal antiklinalın nüvəsi Valanjının karbonatlı-terrigenlı flişindən ibarətdir və faktiki olaraq Oğuz antiklinoriumuna münasibdir.

Orta sinklinal, Şəki kəsilişində vulkanogenli Senomanla təmsil olunubdur. Qax rayonu ərazisində o kəskin genişlənmişdir. Balakənçayın hövzəsində Vəndam antiklinoriumu özönün şimal antiklinalı və orta sinklinalı ilə təmsil olunub. Antiklinal Bayosun və Aalenin vulkanogen çöküntülərindən ibarətdir. Orta sinklinal isə- Valanjin yaşlı süxurlardan təşkil olunmuşdur. Tədqiqat aparılan ərazinin şərqində, Qəbələ rayonunun hüdudlarında antiklinoriumun quruluşu daha dolğun və əyani surətdə görünür.



Kür dağarası çökəkliyi(meqasinklinoriumu).

Bu meqasinklinoriumunun strukturlardan, tədqiqat aparılan ərazidə əsasən Alazan-Əyriçay çökəkliyi və qismən Açınour dağ ətəkləri.

Alazan-Əyriçay çökəkliyi ikinci dərəcəli çökəkliklər sistəminə aiddir və tipik törəmə strukturdur. Uzanma istiqamətinə görə, çökəklik Böyük Qafqazın qırışıq strukturlarına qarşı bir qədər çəp cəhətlənib. Çökəkliyin uzunluğu 300km, eni isə Balakən şəhərindən qərbdə, 32.5km-dir. Çökəkliyin şimal sərhədi özündə Dördüncü və Mezozoy çöküntülərinin təmas zonasını təmsil edir. Əsasən eroziya xarakterlidir, buna onun əyri çəvrəsi və Böyük Qafqazın cənub yamaclarının Mezozoy yaşlı süxurlarının ayri-ayri qaya qalıqlarının təpələri sübutdur. Böyük Qafqazın cənub yamacının çöküntülərinin qırışıq strukturunu mürəkkəbləşdirən çox saylı qırılma pozulmaları, Alazan-Əyriçay çökəkliyinin Dördüncü dövr çöküntüləri ilə örtülürlər.

Alazan-Əyriçay çökəkliyi allüvial, allüvial-prolüvial, delüvial-prolüvial və göl-allüvial mənşəli çöküntülərlə örtülmüşdür, onların altında isə Dördüncü dövrün Xvalın-Bakı mərtəbələrinin qalın kontinental allüvial-prolüvial çaqıl-çınqıl çöküntüləri yatırlar. Çöküntülərin ümumi qalınlığı 1.5-2.0km çatır.

Paleocoğrafi şəraitlərinə görə qədim relyefin səthinin mailliyinə uyğun olaraq, qırıntı materialların çeşidlənməsi ŞmQ-CŞq istiqamətində baş vermiş və indi də davam etməkdədir.

3.3. Geomorfologiya.

Tədqiqat aparılan regionunun hüdudlarında çox saylı geomorfoloji tədqiqat işləri aparılmışdır.

1975-1976 və 1979-cü illərdə, MEA Coğrafiya institutun əməkdaşları, İ.E.Mərdanov və N.A.Abbasov tərəfindən aparılmış tədqiqatlar nəticəsində 1:50000 miqyas(K-38-81-Q, K-38-94-A, B, Q vərəqələri üzrə) geomorfoloji xəritələr tərtib olunmuşdur.

Regionun geomorfoloji quruluşu haqqında, İ.Q.Şukinin(1926), Ə.Ş.Şıxəlibəyli(1956), B.A.Budaqovun(1969, 1973), V.K.Hacıyevin işlərində ətraflı məlumat verilmişdir. “Geomorfologiya Azerbaycana”(1959) kitabında da ərazinin geomorfoloji quruluşu öz əksini tapmışdır. (Bax Şəkil 1)

Ekspert qrupuna təqdim olumuş “Metodologiya”-ya əsasən, regionunun bütün çay hövzələrinin müasir şəraitini əks etdirən geomorfoloji xəritələrin(relyefin reqəmsal modeli(DEM)) tərtibi nəzərdə tutulur. Bu xəritələrin tərtibi üçün çoxsaylı materialların(parametrlərin), xüsusən də kosmik və aerofotoşəkillərin təhlili aparılmalıdır.

Hesabatın bu bölməsi nəşr olunmuş və fond materiallarının(bəzilərin) nəticələrinə əsasən tərtib olunmuşdur.

Tədqiqat aparılan regionun geomorfoloji xüsusiyyətləri geoloji quruluşunun, oroqrafik şəraitinin, relyefin hipsometrik differensiasiyasının, iqlimin əsas cizgilərinin, geodinamik proseslərin inkişafının və s. əlaqələndirilməsi ilə xarakterizə olunur.

Regionun hüdudlarına Böyük Qafqazın və Kür dağarası çökəkliyin elementləri daxildirlər.



3.3.1. Böyük Qafqazın cənub yamacı

Böyük Qafqazın geomorfoloji rayonlaşdırılmasında tədqiqatçılar tərəfindən aşağıdaki geomorfoloji vahidləri ayrılır: vilayət, yarımvilayət(yüksəklik qurşaqları), rayonlar və yarımrayonlar.(Bax Şəkil 1)

Vilayət iri morfostruktur(meqaantiklinorium) olmaqla onun geoloji strukturu, relyefin tarixi inkişafı və neotoktonik hərəkətləri ilə əlaqədardır.

Yarımvilayətlər ayri-ayri vertikal qurşaqlara, rayonlar isə- ayri-ayri zonaların xırda elementlərinə uyğundurlar.

Vertikal zonaların öyrənilməsində əsas diqqət strukturlarda müasir relyefi əmələ gətirən proseslərə, onların intensivlik dərəcəsinə yönəldilmişdir. Tədqiqat regionun hüdudlarında Baş Qafqaz silsiləsinin cənub yamacının əsas hissəsi daxildir. Burda relyefin kəskin qalxması nəticəsində, 450-500m-dən 4500m-ə qədər, üç iri vertikal qurşaq ayrılır: yüksək dağlıq, orta dağlıq, alçaq dağlıq.

Yüksək dağlıq qurşağı. Yüksık, intensiv kəsilmiş, qırışıqlı-qaymalı dağlar Laqodexiçayın, Mazımçayın, Balakənçayın, Muxaxçayın və s. yuxarı hövzələrində 2200-3000 m-dən hündürlükləri əhatə edir. Burada çay dərələri çox dərindir(1000-1500m-ə qədər). Yüksək dağlıq qurşağında dərin çay dərələrinin yamaclarında və seyrək bitki örtüyü şəraitində erroziya proseslər intensiv inkişaf etmişdir.

Burada suayrıcılar dışvarı quruluşludurlar, ancaq çayların axını ilə aşağı getdikcə onlar qılıcvari və hamarlanmış sahələrlə əvəz olunurlar. Çay dərələrinin yamaclarında, yamacların dik olması, dərin kəsilməsi, iri pozulma zonaların mövcudluğu və s. faktorlar ucqunların, töküntülərin, sürüşmə-uçqunların inkişafına səbəb olurlar.

Kompleks buzlu-nival və qravitasiya-denudasiya yamacları Baş Qafqaz silsiləsinin suayrıcıya yaxın hissələrdə inkişaf etmişdir. Burada relyefin modelirovkası və ümumi şəkili əsasən nival-qravitasiya prosesləri ilə şərtlənir. Bu sahədə bir-birindən genetik fərqlənən aşağıdaki tip yamaclar ayrılır: nival və uçqun-töküntülü.

Nival yamaclar əsasən ərimiş qar suları və qar uçqunlarının təsiri nəticəsində baş verir. Silsilənin bilavasitə suayrıcına yaxın hissələrində nival yamaclar hamarlanmış, dik səthlərə malikdirlər. Onlar, qismən xətvari eroziyaya məruz qalmış və iri çayların çoxsaylı qollarının mənbələrinin dərin olmayan dərələri ilə kəsilir. Uzanma istiqaməti boyu aşağıya getdikcə kəsilişlər öz dərinliklərini kəskin artaraq bir neçə yüz metrə çatdırırlar. Qolların dərələri təngi formalıdırlar və demək olar keçilməzdirlər. Bu qurşaqda, denudasiya proseslərinə tez məruz qalan süxurların yayılması və qravitasiya-tektonik çatların mövcudluğu, pozulmaların, uçqunların, töküntülərin, sürüşmə-uçqunların intensiv inkişafına təkan verir. Bunun nəticəsində yamacların ətəklərində çox saylı qırıntı materialların yığılması müşahidə olunur. Bu materiallar sel axınlarının yaranması üçün əsas mənbədir.

Uçqunlu-töküntülü yamaclar mazlmçayın, Balakənçayın, Muxaxçayın, Kürmükçayın yuxarı hissələri üçün xarakterikdir. Onların zolağı nival yamaclarının cənub sərhədləri boyunca şimal və şimal-qərb istiqamətində uzanır və pilləvari quruluşla xarakterizə olunurlar. Bunun səbəbi ana süxurların pillələr şəklində yayılmasıdır. Bu yamacların hüdudlarında eroziya-denudasiya sirkləri geniş inkişaf etmişdir. Dağ süxurlarının parçalanma zonalarına aid olunan sirklərdə az bir kəsiyində qırıntı materialların yığılması müşahidə olunur.

Orta dağlıq qurşağı. Orta, intensiv kəsilmiş qırışıqlı dağlar tədqiqat aparılan regionunda iri çayların əsasən orta və qismən yuxarı axın yerlərini əhatə edirlər. Struktur baxımından orta dağlıq ərazinin əsas hissəsi Tfan antiklinoriumuna və Zaqatala-Qovdağ sinklinoriumuna uyğun gelir.

Orta dağlıq qurşağın mütləq yüksəkliyi 1000-2200m arasında dəyişir. Bu sahədə relyefin kəsilmə dərinliyi 400-500m-ə çatır. Relyefin kəsilmə intensivliyi çay şəbəkələrinin sıx olmasıdır. Yamacların sıx meşə ortüyü boş süxurların qravitasiya hərəkətlərinə manə olur. Açıq sahələrdə isə qravitasiya prosesləri(töküntülər) geniş inkişaf etmişdir. Suayrıcılar əsasən hamardırlar, bəzən isə səthlərin düzənlənməsi fraqməntləri müşahidə olunur.

Aktiv fəaliyyətdə olan uçqunlu-töküntü sahələr, demək olar ki, dərələrin yamaclarında yerləşir və buna görə də qırıntı materialları tez bir zamanda çaylaqlara çatdırılır.

Alçaq dağlıq qurşağı. Alçaq, kəsilmiş qırışıqlı dağlar tədqiqat aparılan regionunda Baş Qafqaz silsiləsinin cənub yamaclarının dağətəyi sahələrini əhatə edir. Mütləq yüksəkliyi 400-1000m arasında dəyişir. Bu qurşağı çaylar aşağı hissədə kəsirlər və buradaca öz geniş dərələrini təşkil edirlər. Alçaq dağlıq zolağı şimal-qərbdən cənub-şərq istiqamətinə tərəf genişlənir. Həmin istiqamətdə onların mütləq yüksəkliyi və kəsilmə dərəcəsinin çoxalması müşahidə olunur. Geoloji baxımdan bu dağlar Vəndam antiklinoriumun və qismən Zaqatala-Qovdağ sinklinoriumun inkişaf zolağına daxildir. Onların quruluşunda Üst Yura-Alt Təbaşirin karbonatlı fliş və Üst Təbaşirin vulkanogen-çökmə çöküntüləri iştirak edirlər. Relyefin kəsilmə dərinliyi 100-150m-dən artıq olmur, nadir hallarda 200m-ə çatır. Yamacların mailliyi 10-30° arasında dəyişir. Alçaq dağlar, prolüvial-delüvial çöküntülərdən ibarət dağətəyi şleyflə haşiyələnmişlər.

Bəzi ana süxurların üzə çıxan sahələri istisna olunmaqla, dağətəyi şleyflər öz aşağı hissələrində terraslaşdırılmışdır. yamaclar meşə ilə örtülüdur. Şərq yamacları daha çox kəsilməyə qalmışlar. Suayrıcılar hamarlanmış relyef formasına malikdirlər.

Alçaq dağlıq üçün çay dərələrinin aşağı hissələrində, xüsusən də gətirmə konusların yuxarı hissələrində, akkumulyasiya prosesləri xarakterikdir. Bu yerlərdə sel axınlarının ən iri materialları yığılır. Alçaq dağlıq yamaclarında eroziya və sel aktivliyi denudasiya prosesləri çox intensiv gedir.

Akkumulyativ düzənliklər. Tədqiqat aparılan regionun çox hissəsi akkumulyativ düzənliklər tutur və əsasən rayonun cənub hissəsində inkişaf etmişlər.

Genetik cəhətdən onlar allüvial, allüvial-prolüvial və prolüvial-delüvial düzənliklərə ayrılırlar.

Allüvial düzənliklər əsasən iri çay dərələri boyunca, onların əsas qollarında , orta və aşağı axınları hüdudlarında inkişaf etmişdir. Müxtəlif litoloji və qranulometrik tərkibli qaymadaşlı-çaqıllı çöküntülərdən ibarıtdirlər.

Allüvial-prolüvial düzənliklər çayların gətirmə konuslarını və konusarası çökəklikləri əhatə edirlər.

Prolüvial-delüvial düzənliklər alçaq dağlıq qurşaq hüdudlarında inkişaf etmişdir. Burada, ayri-ayri sahələrdə dağətəyi şleyflər əmələ gətirirlər. Əsasən xırlarla və gilcələrlə təmsil olunurlar.

Çay dərələri. Baş Qafqaz silsiləsinin cənub yamacının çay dərələri bir sıra xüsusiyyətləri ilə xarakterizə olunurlar, bunlardan əsası süxurların litologiyası və ərazinin tektonikasıdır.

Böyük Qafqaz dağlarının cənub yamaclarından axan əsas çaylar I dərəcəli tektonik strukturların uzanması istiqamətinə perpendikulyar axırlar. Deməli, onlar öz axımları istiqamətində müxtəlif neotektonik rejimli strukturları kəsirlər. Çay dərələri sinklinal strukturları kəsdiyi yerlərdə və tektonik çökəklərdə xeyli genişlənir, yan eroziya meyli özünü göstərir, dərələrin yamaclarında az-çox geniş akkumulyativ terraslar müşahidə olunur.

Çaylar antiklinal qırışıqları, xüsusilə intensiv heotektonik qalxmaya məruz qalan antiklinoriumları kəsdikləri yerlərdə çox dərin dar dərələrlə axır. Cənub yamaclarının çayları(istər əsas çaylar, istərsə də onların qolları) əksər hallarda öz dərələrini ilkin tektonik əyrilər(çökəklik zonası) üzrə yaratmağa başlamışdır. Çay dərələri bir qayda olaraq tektonik pozulmalar və çatların uzanma istiqamətinə uyğun gəlir. Məlumdur ki, həmin zonalarda süxurlar çatlarla daha çox parçalanır və kövrək olur. Bunula yanaşı, aşınma və eroziyaya davamı olmayan çöküntü qatları üzrə də dərələrin yaranması müşahidə edilir.

Cənub yamacı çaylarının qollarının bir çoxu tektonik qırılmalar üzrə əsas çaya perpendikulyar uzanır. Əsas çayların öz istiqamətlərini dəyişmələri və çay əyrintiliyi başlıca olaraq tektonik quruluşun və müxtəlif bərklikdə süxur komplekslərinin təsirindən asılıdır. Çay dərələrinin yüksək dağlıq qurşaqda yerləşən yuxarı hissələri əsasən dar dərələrdir. Onların qaşı çox yaxın, yamacları dikdir. Yamaclar dərənin dibində birləşir və burada yalnız çay yatağ müşahidə edilir. İntensiv neotektonik qalxma fonunda dərələr sürətlə dərinləşir. Bu sahədə dərinləşdirici eroziya güclüdür, çay yatağı çox mailli və astanalı olduğundan yan eroziya tendensiyası özünü göstərə bilmir. Dərələrdə yamacdan çoxlu miqdarda qırıntı materialı gəlir və həcmindən asılı olmayaraq tamamilə nəql edilir.

Çay arası kəsilmədən tədricən öz yatağını dərinləşdirir.

Orta dağlıq qurşaqda yerləşən çay dərələri V-şəkilli olmaqla genişdir. Onların yatağı və yamaclarda terrasları aydın seçilir. Orta hissədə də bəzi çay dərələrinin yatağı çox maillidir, astanalar müşahidə edilir. Buna baxmayaraq, yataqda allüvial çöküntülər və sel məhsulları xəyli qalındır. Ana süxurları isə daha çox meilli və astanalı sahələrdə üzə çıxır.

Alçaq dağlıq qurşaqda və dağəəyi hissələrdə çay dərələri xəyli genişlənir-0.5-1km-ə(və artıq) çatır. Səthi hamar və geniş akkumulyativ terraslar yaxşı inkişaf etmişlər. Baş Qafqazın cənub yamacının çaylarının gətirmə konuslarının zirvələri bu hissələrə daxil olur. Bu hissədə akkumulyasiyanın intensivliyi əsasən sel materialları hesabınadır.

Hamarlama səthləri(Yaylalar). Relyefin formalarından biri də müxtəlif səviyəli hamarlama səthləridir. Ə.Ş.Şıxəlibəyli, B.Ə.Budaqov tərəfindən ərazidə 5 düzənləşmə səthi ayrılır: Şahyurd, Salavat, Qovdağ-Dübrar, Taytayaylaq və Çuxuryurd.

Bəllidir ki, Böyük Qafqaz neotektonik mərhələdə fasilələrlə qalxmaya məruz qalmışdır. Müxtəlif səviyyəli düzənləşmə səthlərin formalaşması bu qalxmalarla əlaqədardır. Bu səthlərin qalıqları fraqment şəklində çay dərələrinin suayrıcılarında saxlanılmağdadır. Onların mütləq yüksəklikləri 3000m-dən yuxarı: 2800-3000m, 2000-2400m, 1500-100m və 600-800m təşkil edirlər.

Baş Qafqaz silsiləsinin cənub yamaclarında ən qədim hamarlanma səthi(Sarmat yaşlı) B.Ə.Budaqov tərəfindən ayrılmış Şahyurd yüksəkliyidir. Onun qalıqları Qalej dağın(2975.6m) və ondan şərqdə Axvay dağın(3481.1m) ətraflarında saxlanmaqdadır. Onlar 3100-3400m mütləq yüksəklikdə yerləşən Yura çöküntülərini kəsirlər. Hamarlanma səthlərinin cənub və cənub-qərb hissələri, hündürlüyü 800m-dən 1200m-ə kimi çatan sərt uçurumlu yamaclarla məhdudlaşır.

Nisbətən qədim hamarlanma səthləri Sıltıkçayın, Batoorçayın, Muxaxçayın hövzələrində, 2600-2800m mütləq yüksəklik zonasının hüdudlarında yayılmışlar. Onlar, B.Ə.Budaqov(1969) tərəfindən müəyyən edilmiş Salavat düzənləşmə səthinə uyğun gəlirlər. Müəllifə görə Salavat hamarlanma səthi abraziv-denudasiya, qismən ekzarasiya mənşəlidirlər. Onun yaşı Ə.Ş.Şıxəlibəyliyə görə Orta Pliosendir(Alt Məhsuldar qat).

Laqodekişayın, Mazımçayın, Balakənçayın, Kürmükşayın hövzələrində, 2200-2400m mütləq yüksəkliklərdə yerləşən eyni hündürlüklü hamarlanmış zirvələrin kiçik sahələrini Qovdağ-Dibrar hamarlanma səthi ilə müqayisə etmək olar(Orta Pliosen). Mazımçayın, Balakənçayın suayrıcılarında 2238m mütləq yüksəklikdə düzənləşmə səthi ensiz zolaqla ifadə olunur. Qərb istiqamətində onu yamacları çayların dərələrinə tərəf 600m hündürlüyü olan sıldırımlı pillələrlə düşür(qırılır).

Tədqiqat aparılan regionun şərqində, Kürmükçay və Qaşkaçay arası sahədə, 1600m mütləq yüksəklikdə Taxtayaylaq hamarlanma səthi və 1300,1200,1100m mütləq yüksəkliklərdə Çuxuryurd düzənləşmə səthi yerləşir. Bu tipli hamarlanma səthləri təbaşir yaşlı çöküntülərini kəsirlər.



3.3.2. Kür dağarası çökəkliyi.

Kür dağarası çökəyinin relyefinin yaranması və müasir şəkildə formalaşmasında bir çox geomorfoloji amillərin rolu olmuşdur. Elə buna görə də ərazinin relyefi mənşəyinə görə müxtəlif morfogenetik tiplərə ayrılır. Tədqiqat aparılan əraziyə bu çökəkliyin iki elementi olan Alazan-Əyriçay vadisi(çox hissəsini) və qismən(az hissəsi) Acınohur dağ ətəkləri.

Alazan-Əyriçay vadisi Acınohur və Çirak yaylası ilə Baş Qafqazın cənub yamaclarının ətəkləri arasında yerləşir. Bu cavan tektonuk enmə olub, qərbdən şərqə 350km(Girdimançaya qədər) uzanır və bu istiqamətdə onun eni 35km-dən(Zaqatala meridianında) 1-2km qədər(İsmayıllı şəhərindən şərqdə). Vadinin mütləq yüksəkliyi 175və 700m arasında dəyişir.

Alazan-Əyriçay vadisi Yuxarı Pliosen və Antropogendə Baş Qafqaz meqaantiklinoriumunun uzaq cənub qanadında baş verən inversion əyilmə(tektonik enmə) nəticəsində yaranmış cavan morfostrukturdur. Göstərilən dövrdə vadini şimaldan əhatə edən Baş Qafqaz dağları da böyük bir sürətlə qalxmış, onun cənub yamacından axan çoxsaylı çaylar eroziya və nəqletmə qabiliyyətini xeyli artırmış, tektonik əyilmə sahəsinə arası kəsilmədən küllü miqdarda müxtəlif həcmli qırıntı məhsulları gətirilib çökdürülmüşdür. Vadinin cənub kənarı boyu tektonik və morfoloji sərhədlər uyğun gəldiyi halda, şimal kənarında morfoloji sərhəd tektonik sərhəddən bir qədər kənara çıxır. Bu fakt Alazan-Əyriçay vadisinin Baş Qafqaz cənub ətəyi hesabına bir gədər genişlənməsini göstərir.

Alazan-Əyriçay vadisi Dördüncü dövrün və Pliosenin iri qırıntılı çay gətirmələrindən ibarətdir. Burada Yuxarı Pliosen və Dördüncü dövr çöküntülərinin qalınlığı 1000m-dən artıqdır. Həmin çöküntülərin altinda qalmış şərq hissədə Mezozoy, qərbdə isə Mezozoy və Paleogen çöküntüləri çox mürəkkəb qırışıqlıq yaradır, bəzən bunlar böyük üstəgəlmələrlə mürəkkəbləşmişlər.

Alazan-Əyriçay vadisinin şimal sərhəddi əyri xətlə keçərək və Baş Qafqazın cənub yamacının müxtəlif tektonik strukturları kəsir, cənub sərhəddi isə Acınohur zonasının antiklinal qırışıqlarının şimal qanadına uyğun gəlir. Alazan-Əyriçay vadisinin şimal kənarı Acınohur yaylasının cənub kənarından dikdir.

Vadinin qərb hissəsində sutoplayıcı məntəqəni Əyriçay təmsil edir, onun şərq hissəsində isə ümumi sutoplayıcı məntəqənin yoxluğu, cənub yamacdan axan çoxsaylı kiçik çaylar üçün üç iri ,Əlicançay, Türyançay və Göyçay çayların qruplaşmasına şərait etmişdir. Bu çaylar Acınohur yaylasını kəsərək antesendent dərələri əmələ gətirirlər.

Morfoloji cəhətdən Alazan-Əyriçay vadisinin şimal hissəsini çox effektli gətirmə konusları təşkil edir. Bunlar sıra ilə düzülərək, cənub(aşağı) kənarı açılmış çətiri andıran dalğavari relyef yaradırlar. Gətirmə konusların zirvələri çaylar boyu alçaq dağlıq zonaya daxil olur, bunun başlıca səbəbi çayların özlıri ilə həddən artıq qırıntı materialı nəql etməsidir. Alçaq dağlıq zonada çay yatağının mailliyi bir qədər azalır və iri qırıntıların müəyyən hissəsi buradaca çökdürül, konusların aşağı və orta hissəsinə tərəf qırıntı materialları daha yaxşı çeşidlənir. Gətirmə konusları ilə onları ayıran konusarası çökəkliklər arasında yüksəklik fərqi 200-250m təşkil edir.

Cənub yamacın çayları dağlardan çıxaraq konusların səthi üzrə qollara ayrılaraq paylanır, bəzi hallarda isə onlarda itərək yeraltı axın yaradırlar və konusların aşağı hissələrində yer səthinə təzədən çıxaraq çoxsaylı “Qarasu” bulaqları əmələ gətirirlər. Konusların litoloji tərkibindən asılı olaraq , bu sular yumşaq süxurlara tədricən infiltrasiya edərək uzununa axan çayların yaxınlığında bataqlıq sahələri yaradırlar.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin