MüNDƏRİcat giRİŞ


(KİNO, TELEVİZİYA,İNTERNET)



Yüklə 190,71 Kb.
səhifə13/17
tarix01.01.2022
ölçüsü190,71 Kb.
#105386
1   ...   9   10   11   12   13   14   15   16   17
(KİNO, TELEVİZİYA,İNTERNET)



ABŞ-da kino istehsalına 1896 ildə Nyu-Yorkda başlanılmışdır. "Qatarın qarət edilməsi" (1903, rej. E. Porter) ilk Amerika bədii filmidir. 1910-20 illərdə rejissorlardan D. U. Qriffit tarixi və psixoloji dram, eləcə də epopeya janrını təkmilləşdirdi, T. X. İns vesternin, M. Sennett ekssentrik komediya janrının əsasını qoydu. Hollivud filmlərində R. Valentino, M. Pikford, Duqlas Ferbenks, sonralar Qreta Qarbo, Merilin Monro, Klark Qeybl, Q. Kuper və b. aktyorlar çəkilirdilər. Faşizm əleyhinə "Şimal ulduzu" (1943, rej. L. Maylstoun), "Yeddinci xaç" (1944, rej. F. Sinneman) və s. filmlər çəkildi. Bu dövrdə sənədli kino sahəsində daha böyük nailiyyətlər əldə edilmişdi (C. Ford, U. Uayler, F. Kapra və başqalarının filmləri). 1970-ci illərdə "Oklahoma belə yerdir" (rej. S. Kramer) və "Xaç atası" (rej. F. Koppola) "Taksi sürücüsü" (rej. M. Skorseze), "Hərbi alay" (rej. O. Stoun) çəkilmişdir.

Çarlz Spenser "Çarli" Çaplin- məşhur  ABŞ  və  İngiltərə  rejissoru,  aktyoru,  ssenari müəllifi,  komediyaçısı və bəstəkarı olmuşdur.

Çarli Çaplin Londonda Çarlz Çaplin və Hanna Çaplinin övladı kimi dünyaya gəlmişdir. Onun valideynlərinin ikisi də musiqiçi idilər. Anası məşhur rəqqasə idi. O anadan olandan bir az sonra valideynləri ayrılırlar. Çarlz Çaplin 1901-ci ildə alkoqoldan vəfat edir. Anası Hanna hələ uşaqlıqdan psixi problemlərdən əziyyət çəkir, belə ki, balaca Çarli və ögey qardaşı Sidney internatda böyüməli olurlar.

Çaplin öz karyerasına 5 yaşında İngiltərədə tetrada başlayır. Burada o küçə uşağı rolunu uğurla oynayırdı. Öz ilk şəxsi rolunu o1901-ci ildə alır. 1913-cü ildə Çaplin ABŞ-a səfəri zamanı Keystoun film studiyası tərəfindən  aktyor  kimi  film  çəkilişində iştirak edir. Əvvəlcə kiçik rollarda çəkilən Çarli sonralar yaratdığı obrazlarla dünya şöhrəti qazanır. O, Ford Sterlinqdən (aktyor idi) bir cüt ayaqqabı, Arbrukledən bir şalvar, balaca bir pencək və Mark Svenin yalançı bığını götürür. Bu stil onun rollarına uyğun gəlməsə də, sonra ona studiyada bu paltarda çəkilməyə icazə verilir. Çaplin filmin ssenarisini, rejissorluğunu öz üzərinə götürür. Onun bu filmi tezliklə sevilir və o təkliflərdən canını qurtara bilmir. 1915-1916-ci illərdə o yüksək honorarlara Essanaye və Mutual korporeyşinə işləməyə gedir. Burada Çarli Çaplin Edna Pörviens ilə tanış olur. Edna onun 35 filmində çəkilir. Çarli ilə Edna arasında şəxsi münasibətlər də mövcud olmuşdur.

32

 1917-ci ildə  ABŞ birinci dünya müharibəsinə qoşulduqdan sonra Çaplinə qarşı siyasi kompaniya başlayır. Sonralar Çaplin "First National"a keçir və burada ilk milyon dollar məbləğində müqavilə imzalayan ulduz olur. O getdikcə filmlərinin ssenarisini özü yazır və özü də istehsal edirdi. 6 fevral 1921-ci ildə Çaplin "Uşaq" filmini çəkir. Bu ilk uzun məzmunlufilm idi. O 51 dəqiqə davam edirdi. 1918-ci ildə 28 yaşlı Çaplin 16 yaşlı aktrisa Mildred Harris ilə evlənir. Onların 1919-cu ildə anadan olan oğulları az sonra vəfat edir. 13 noyabr 1920-ci ildə onlar ayrılırlar. Çaplinin "First National" studiyasında müqaviləsi başa çatdıqdan sonra o həmkarları ilə birlikdə "United Artists" film studiyasını yaradır. 1924-cü ildə Çaplin "Qızıl hərisliyi" filminin çəkilişi zamanı tərəf müqabili olan 16 yaşlı Lita Qreyə vurulur. Lita Qreyin 1926-cı ildə ondan bir uşağı olur. Bu ikinci nikah da Çaplin üçün uğursuz olur. Onlar 1927-ci ildə aralarında baş vermiş münaqişəyə görə bir-birindən aralanırlar. 1936-cı ildə Çaplinin "Yeni zamanlar" adlı filmi işıq üzü görür. Bu filmdə Çaplin zamanənin inkişafını hər şey üçün səbəbkar sayır. Bu film Amerikadaciddi tənqidlərə məruz qalır. O sistem və kapitalizm əleyhinə bir film kimi pislənir. 1936-cı ildə Çaplin aktrisa Polett Qoddar ilə evlənir.



1940-cı ildə Çarli Çaplin "Böyük diktator" filmini ekranlaşdırır. Əslində  Hitlerin  hakimiyyətini pisləyən bu film ilk öncə Amerika senzurasından keçmir, çünki  Hitlerin fəaliyyətinin əvvəlində Amerika konservatorları onun  Avropada "bolşevizmə" və "kommunizmə" qarşı hərbi güc toplamasını alqışlayırdılar. Onlar Hitleri böyük siyasətçi adlandırırdılar. Ona görə də, Çaplinin bu filmi  onların ürəyincə deyildi. Bu filmdən sonra nasional sosialistlər ona yəhudi damğası vururlar. 1942-ci ildə onun nikahı Polett Qoddar ilə də sona çatır. Bir az sonra Çaplin dramaturq Yucin O'Nilin qızı Una O'Nil ilə tanış olur və onu sevir. Çaplin onunla öz xoşbəxtliyini tapmış olur. Onlar 16 iyun 1943-cü ildə evlənirlər. 

1944-cü ildə onların sonrakı səkkiz uşağının birincisi Jeraldine anadan olur. Müharibədən sonrakı illərdə o tez-tez dövlət məmurları qarşı sorğu suala tutulur. FBİ-ın şefi C. Edqar Huver Çaplinin əleyhdarlarından biri idi, o Çaplini Amerikada  yaşamaq hüququndan məhrum etmək istəyirdi. 1947-ci ildə Çaplin ingilis həftəlik qəzetində "Mən Hollivuda müharibə elan edirəm!" adlı məqaləsini çap etdirir. O böyük nailiyyətlərinə Amerikada çatmasına baxmayaraq öz Britaniya  vətəndaşlaığını saxlayır. O özünü dünya vətəndaşı adlandırır. Çarli Çaplin liberal, kritik və pasifist siyasi cərəyanlara qulluq edirdi. Ona görə də, film ulduzu kimi bu xasiyyətlərlə onun problemləri yaranırdı. 1952-ci ildə Çarli Çaplin ABŞ-ı tərk edərərək İngiltərəyə qısa səfərə çıxır. Məqsədi təzə çəkdiyi filmi nümayiş etdirmək idi. Huver bundan xəbər tutan kimi Çarli Çaplinin Amerikaya qayıdışının qarşısını alır.



33

Çaplin Avropada qalmaq qərarına gəlir. 1952-ci ildə o İsveçrəyə köçür və  Cenevrəgölü ətrafında Manoir de Banda yaşamağa başlayır. 1957-ci ildə Çaplin  ABŞ ilə arasında olan problemləri satirik şəkildə çəkdiyi "Nyu-Yorkda bir şah"  filmində ifşa edir. 1967-ci ildə Çaplin "Honkonqlu qrafinya" adlı filmi çəkir. Bu filmdə o ikinci rolda çıxış edir. Çəkiliş zamanı onun tez-tez fiziki sağlamlığı ilə problemlər üzə çıxır. Onun sağlamlığı son illər keçirdiyi streslər nəticəsində artıq zəifləmişdir.1972-ci ildə o "Fəxri Oskar" mükafatını almaq üçün bir dəfə də ABŞ-a gedir. 25 dekabr 1977-ci ildə Çarli Çaplin 88 yaşında Veve (İsveçrə) şəhərində vəfat edir.




Yüklə 190,71 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin