MüNDƏRİcat giRİŞ


Teodor Herman Albert Drayzer-



Yüklə 190,71 Kb.
səhifə10/17
tarix01.01.2022
ölçüsü190,71 Kb.
#105386
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
Teodor Herman Albert Drayzer- Teoder Drayzer 1900-cü ildə "Kerri bacı" romanını yazdı. Romanın qəhrəmanı öncə evli adamın məşuqəsi, sonra isə məşhur aktrisa olan bir qızdır. Yazıçının ilk irihəcmli bu əsəri heç də ona şöhrət yox, rüsvayçılıq və həqarət gətirdi. 1250 nüsxədə çap edilmiş kitabın yalnız 450-si oxucuya yetişdi, qalan nüsxələr isə "donduruldu"; tənqidçilər dostyanə Drazyzeri qəddarlıqda, əxlaqsızlıqda günahlandırıb, ona "gəncləri pis yola çəkən" damğası vurdu. Otuz yaşlı yazıçı özünün 68 dollar 40 sent qonararını alaraq tam 10 il sükuta qərq oldu. Səbəb "Kerri bacı" romanı qadın xoşbəxtliyinə aparan yolun təmiz və şərəfli, bu yolla gedənin isə günahsız və ləyaqətli olduğunu vəsf edən çəhrayı Amerika romançılığına zərbə vurmuşdu. Yeddi ildən sonra "Kerri bacı" kitabı İngiltərədə növbəti dəfə işıq üzü gördü, bestsellerə çevrildi, tənqidçilərin ən yüksək rəyini qazandı, bütün Avropa dillərinə çap olundu və yalnız bundan sonra ABŞ-da nəşr olundu. Hal-hazırda isə bu kitabı XX əsr Amerika ədəbiyyatının "vizit kartı" adlandırırlar.1915-ci ildən sonra Drayzer hekayə və esselər, tərcümeyi-hal yazmışdır; bütün bu əsərlərdə ictimai qaydaların adi adama göstərdiyi əzici təsiri əks etdirir. Bu ideya onun ən məşhur əsəri olan "Amerika faciəsi"nin mövzusunu təşkil edir. Əsəri həqiqətən baş vermiş məhkəmə prosesinin protokoluna əsəslanır: cəmiyyətdə irəli getməyə can atan gənc adam cinayət törədir və ölüm cəzasına məhkum edilir. Yeri gəlmişkən, bu kitabda əvvəlki Spenser heyranlığı başqa dünyagörüşü ilə əvəz olunur.

29

"Kerri bacı" romanından sonra Teodor Drayzer "Cenni Herhardt" (1911), "Arzular trilogiyası": " Maliyyəçi " (1912), "Titan" (1914), "Dözümlülük" (tamamlanmamış, 1947), "Dahi" (1915), "Amerika faciəsi" (1925), "Dayaq" (1946) romanlarını, publisistik məqalələr və "Vur, təbil!" pyesini, "Drayzer Rusiyaya baxır" (1928), "Faciəli Amerika" (1931) və "Məktublar" (1959) publisistik əsərlərini yazmışdır.




Yüklə 190,71 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin