Elmi-tədqiqat işlərinin metroloji təminatı və standartlaşdırılması
Xəzər Universiteti qarşıdan gələn iş planında “AzPatent”, “Müəllif Hüquqlarının Qorunması üzrə Publik Şəxs” və digər əlaqədar təşkilatlarala əlaqələrin qurulması istiqamətində daha səmərəli iş aparmasını planlaşdırır.
3.11. İnnovasiya, ixtiraçılıq və patent – lisenziya fəaliyyəti
3.12. Elmi konfransların planlaşdırılması və keçirilməsi
Universitetdə keçirilən “Elm və Sənət məclisi” dünyanın hər tərəfindən dəvət olunan görkəmli alimlərin birgə konfranslarından ibarətdir. Bu da əslində, ümumilikdə Bakı elmi konfrans mərkəzi sayılır (iştirakşılar çoxsaylı elm və təhsil ocaqlarından gəlirlər).
2016-cı il aprelin 6-da Xəzər Universitetində NİZAMİ ERASMUS+ “Azərbaycanda doktorantura təhsilinin Avropa Ali Təhsil Məkanı tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində əməkdaş universitetlərin görüşü keçirilmişdir.
2016-cı il aprelin 23-ü və 24-də Xəzər Universitetinin “Neftçilər” kampusunda universitetin Psixologiya departamentinin və Karyera Mərkəzinin təşkilatçılığı ilə ənənəvi Azərbaycan III Beynəlxalq Psixologiya Konfransı keçirilmişdir. Konfransda Hacettepe Universiteti, Adnan Menderes Universiteti, Yüzüncü il Universiteti, Hasan Kalyoncu Universitetinin nümayəndələri ilə yanaşı respublikanın müxtəlif bölgələrindən olan mütəxəssislər, eləcə də sahəyə maraq göstərən şəxslər iştirak etmişlər.
2016-cı il noyabrın 7-dən 9-dək Xəzər Universiteti ilə Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) nəzdində fəqliyyət göstərən “Labex Transfers” elmi qurumunun təşkilatçılığı ilə Xəzər Universitetində “Qafqazda görüşlər və qarşılıqlı təsirlər” Mədəniyyətlərarası əlaqələrin uzunmüddətli tarixi” adlı beynəlxalq elmi konfrans təşkil olunmuşdur.
2016-cı ildə Xəzər Universitetində TEMPUS layihəsi çərçivəsində “Avropa Birliyi araşdırmaları üzrə kurrikulumların işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi” (Curriculum Development and Capacity Building in the Field of EU Studies), “Layihə iştirakçılarının bacarıqlarının artırılması” (Project Actors Capacity Training) adlı konfranslar keçirilmişdir.
Bundan başqa Universitetdə “Şekspir dünyada”, “Qafqazda görüşlər və qarşılıqlı təsirlər. Mədəniyyətlərarası əlaqələrin uzunmüddətli tarixi”, “Türk ölkələrində müasir akademik musiqi: inkişafı və perspektivləri” kimi mövzularda da konfranslar keçirilmişdir.
Dostları ilə paylaş: |