6.3. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün dövlət proqramı”
Xəzər Universitetinin Neft-Qaz Mühəndisliyi departamentində neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi ilə əlaqədar yüksək səviyyədə elmi-tədqiqat işlərinin aparılması məqsədilə Azərbaycan Neft Mühəndisləri İctimai Birliyinin dəstəyi ilə Neft Mühəndisliyi departamentinin nəzdində “eiLink” Tədqiqat və və İnkişaf Mərkəzi yaradılmışdır. Bu mərkəzin əsas vəzifəsi neft sənayesi və universitetlərin qarşılıqlı maraqlarını ifadə edən əməkdaşlıq əsasında sənayeninin tələblərinə cavab verə bilən elmi-tədqiqat layihələrinin yüksək səviyyədə yerinə yetirməkdən ibarətdir.
6.4. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı
Xəzər Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” departamentinin heyəti ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” ilə bağlı görüş keçirilmiş bu barədə əməkdaşlara məlumat verilmişdir.
Dostları ilə paylaş: |