MüNDƏRİcat giriş


KİM-nin əsas göstəriciləri



Yüklə 0,53 Mb.
səhifə42/42
tarix10.01.2022
ölçüsü0,53 Mb.
#104119
1   ...   34   35   36   37   38   39   40   41   42
KİM-nin əsas göstəriciləri

Kitabxana fondu (nüsxə)

o cümlədən:



Kitablar

Jurnallar

Qəzetlər

Digər materiallar

Elektron informasiya daşıyıcıları

195.271

133.031


17.033

34.274


3.847

7725


Oxucular,

o cümlədən kənar oxucular



2.235 nəfər

391 nəfər



Oxu zallarının sayı, o cümlədən Mərkəz kampusu (Bəşir Səfəroğlu küç.) kitabxanası və Dünya məktəbi kitabxanası

Abonement



6

3


Kompüterlərin ümumi sayı, 

bunlardan işçilər üçün



28

13


Dspace elektron arxivinin həcmi

2016 yazı

Elektron kataloq

34.895 nüsxə

Əməkdaşların sayı

20

Kitabxananın sahəsi (kv.m)

Neftçilər korpusu

Dünya Məktəbi

Mərkəz kampusu (B. Səfəroğlu küç.) kitabxanası

Ehtiyat fond


1391

642


624

45

80



Bundan başqa Universitetdə departamentlərə aid olan kitabxanalar da mövcuddur. Xəzər Universitetinin koordinator olduğu “Curriculum Development and Capacity Building in the field of EU Studies” çərçivəsində Universitetin Avropa Birliyi Araşdırmaları Mərkəzinə kitablar alınmışdır. Kitabxanada 215 kitab mövcuddur.

8. ELMİ POTENSİAL. ELMİ-PEDAQOJİ KADRLARIN HAZIRLANMASI

Xəzər Universitetində Mühəndislik, tətbiqi elmlər, iqtisadiyyat, biznes idarəçiliyi, humanitar və sosial elmlər, beynəlxalq münasibətlər, təhsil və s. sahələr üzrə kadr hazırlığı aparılır.

Xəzər Universitetində əsas təhsil dili ingilis dilidir. Bu, tələbələrin müasir dərsliklərdən istifadə etməsi, təhsillərini xaricdə davam etdirməsi, xaricdən gələn müəllimlərin effektli dərs deməsi və s. kimi işlərə geniş imkan verir.

Fəaliyyətdə оlduğu müddətdə Хəzər Universiteti öz оrijinal təhsil mоdeli ilə, tətbiq etdiyi tədris prоqramlarının müasirliyi, verdiyi təhsilin keyfiyyəti və ciddiliyi ilə həm Azərbaycanda, həm də Azərbaycandan kənarda hörmət və nüfuz qazanmışdır.

Universitetdə azərbaycanlılarla yanaşı ABŞ, bir sıra avropa ölkələri, eləcə də Çin, Koreya, Hindistan, Pakistan, İran, İraq, Türkiyə, Misir, Nigeriya, Anqola, bir sıra MDB ölkələri, və s. ölkələrdən müxtəlif irq və mədəniyyətləri təmsil edən əcnəbi tələbələr təhsil alır.

Məzunlarla yanaşı universitetin yuxarı kurs tələbələri ölkəmizdə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlardan və digər iş yerlərindən yüksək maaşlı işlərə dəvətlər alırlar.

Xəzər universiteti xaricdən dəvət edilmiş mütəxəssislərin, eləcə də xaricə göndərilmiş müəllim və tələbələrin sayına görə Azərbaycanın və yaxın bölgənin ən qabaqcıl ali məktəbidir.

Universitetin ən böyük fakültələrindən biri olan İqtisadiyyat və Menecment fakültəsində tədris ingilis dilində aparıldığından fakültədə xaricdə təhsil almış və yaxud xaricdən dəvət olunmuş müəllimlər çalışır. 1997-ci ildən fakültəyə idarəetmə (menecment) üzrə mütəxəssis, texniki elmlər doktoru, professor Məhəmməd Nuriyev rəhbərlik etmişdir. 2010-cu ildən etibarən isə fakültəyə rəhbərlik iqisad elmləri doktoru, professor İnqilab Əhmədov tərəfindən həyata keçirilir. Fakültədə 50-yə yaxın yerli və xarici professor-müəllim heyəti fəaliyyət göstərir. Fakültədə bakalavr və magistr (MBA) proqramları üzrə yerli və xarici tələbələr təhsil alırlar. Fakültənin MBA proqramı təcrübəli biznes mütəxəssislərinin, eləcə də biznes fəaliyyətinə yeni başlayanların tələblərini ödəyir, eyni zamanda uyğun sahələr üzrə kifayət qədər dərin biliklər verir. Fakültədə bir sıra ixtisaslar üzrə doktorantura proqramları da yerinə yetirilir.

Universitetin digər böyük fakültəsi olan Humanitar və Sosial Elmlər Fakültəsi Siyasət elmləri, Beynəlxalq münasibətlər, Tarix, Jurnalistika, İngilis dili və ədəbiyyatı və bir sıra digər sahələr üzrə bakalavr, magistr və fəlsəfə doktoru proqramları təklif edir. Departamentdə tələbələr üçün nüfuzlu xarici universitetlərdən dəvət olunmuş professorların mühazirələri təşkil olunur.

Universitetin Mühəndislik və Tətbiqi Elmlər fakültəsi də tədrisin təşkilinə görə və elmi potensialına görə fərqlənir. Fakültədə neft-qaz mühəndisliyi sahəsi üzrə yerli mütəxəssislərlə yanaşı İrandan dəvət olunmuş mütəxəssislər də çalışır.



9. NƏTİCƏ VƏ TƏKLİFLƏR

-Elm, təhsil, sənaye üçbucağının gücləndirilməsi;

-Xəzər Universitetinin yeni innovasiya layihələrinin həyata keçirilməsində iştirakı, texnoparkların gücləndirilməsi və bu sahədə dövlət dəstəyinə olan ehtiyacın zəruriliyi;

- Elmin İnkişaf Fondunun maliyyə resurslarına əlçatanlığın təmin olunması üçün müvafiq qurumlarla birgə işin zəruriliyi;

-Elmtutumlu sahələrdə (neft-qazç mikrobiologiyaç genetikaç immunologiay və s.) tədqiqat işlərinin gücləndirilməsi;

-Konkret layihələrin icrası.



10. CƏDVƏLLƏR


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin