MüNDƏRİcat giriş


Elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqi. Elmi tədqiqat işlərinin səmərəliliyi



Yüklə 0,53 Mb.
səhifə28/42
tarix10.01.2022
ölçüsü0,53 Mb.
#104119
1   ...   24   25   26   27   28   29   30   31   ...   42
3.3 Elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqi. Elmi tədqiqat işlərinin səmərəliliyi

2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondundan kompleks elmi tədqiqatlar layihəsi üzrə alınmış qrant çərçivəsində “Neft kollektor süxurlarının islanma qabiliyyətinin dəyişməsinin nəzəri və eksperimental tədqiqi” və onun karbohidrogen hasilatına mümkün təsirinə həsr edilmiş elmi tədqiqat layihəsi çərçivəsində geniş spektrli tədqiqatların aparılması və onların nəticələrinin bilavasitə neft yataqlarında tətbiqi məsələsi planlaşdırılır. Bu layihə iki il müddətində həyata keçiriləcək. Layihədə Xəzər Universitetindən başqa AMEA-nın Neft və Qaz İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Neft Mühəndisləri İctimai Birliyinin alim və mütəxəssisləri ilə müştərək tədqiqatlar aparılacaq.

Bundan başqa hazırda Neft mühəndisliyi departamenti və onun nəzdində olan “EİLİNK” Tədqiqat və və İnkişaf Mərkəzi hal hazırda sənaye şirkətlərinin sifarişləri əsasında bir sıra tədqiqat layihələri yerinə yetirir və onların nəticələri 2017-ci ilin sonunda bilavasitə istehsalata tətbiq olunacaq.

Hal hazırda Xəzər universitetinin Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin (HPTM) laboratoriyasında oksidativ stress biomarkerlərini bioloji mayelərdə təyin etmək üçün yeni metodlar işlənilib hazırlanır. Bu metodların kilink diaqnostikada tədbiqinin xəstələrdə iltihabın və ya xəstəliyin ilkin mərhəsinin müəyyən edilməsində mühüm əhəmiyyəti vardır. Fransanın Montpellier Universitetinin Odontolgiya fakültəsinin Biologiya, Səhiyyə və Nanotexnologiya tədqiqat laboratoriyasında ekstrakt edilən bitki mənşəli maddələrin iltihaba qarşı təsirini öyrənmək üçün HPTM-də in vitro tədqiqatların aparılması üçün göndrəilmişdir. Bundan əlavə, Azərbaycanda istehsal olunan və “Nərgiz” klinikasında müalicədə istifadə edilən bitki mənşəli homopoetik maddələrin saç köklərində oksidativ stresə təsiri haqda birgə tədqiqatda bu metodlardan istifadə olunacaqdır. Aparılan tədqiqatların hər bir mərhələsində Bioloji elmlər departamentinin tələbələri fəal iştirak edirlər.




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin