6. DÖVLƏT PROQRAMLARI VƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI İLƏ TƏSDİQ EDİLMİŞ DİGƏR SƏNƏDLƏRİN İCRASI
6.1. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf konsepsiyası
2015-ci ilin may ayında Xəzər Universiteti texnoparkı tərəfindən hazırlanmış biznes plan Rabitə və Yüksək Texnologiya Nazirliyinə təqdim edilmişdir. Xəzər Universitetinin nəzdində yerləşən Dünya məktəbinin binasının 7-ci mərtəbəsində ayrılan otaqda film və animasiya məktəbi və studiyası yaradılmışdır. Xəzər Universitetinin şəhər kampusunda Dünya bankı, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birgə “Virtual Enterprise” layihəsi çərçivəsində işlər görülmüşdür.