MİRASIN QORUNMASI
Maddə 1317. Mirasın qorunması anlayışı [520]
1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir.
1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər.
Maddə 1318. Vərəsələrin axtarılması [521]
Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
Maddə 1319. Əmlak idarəçisinin təyin edilməsi [522]
Bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün notariat orqanı əmlak idarəçisini təyin edə bilər.
Maddə 1320. Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər [523]
Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər mirasın passivinə aid edilir.
74-cü fəsil
VƏRƏSƏLİK ŞƏHADƏTNAMƏSİ
Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı
1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. [524]
Maddə 1322. Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət
Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. [525]
Maddə 1323. Şəhadətnaməyə yazılmağa razılıq
Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir.
Maddə 1324. Vərəsənin vərəsəsinə vərəsəlik şəhadətnaməsi verilməsi
Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər.
Maddə 1325. Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi
Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
28 dekabr 1999-cu il tarixli 779-IQ nömrəli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında”Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, №4, maddə 250) ilə təsdiq edilmişdir
Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar:
1. 26 may 2000-ci il tarixli 886-IQ nömrəli “Azərbaycan Respublikası Müli Məcəlləsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvəyə minmə müddətlərinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, №5, maddə 323)
2. 26 dekabr 2000-ci il 48-IIQ saylı “Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, №12, maddə 835)
3. 6 dekabr 2002-ci il tarixli 399-IIQD nömrəli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, №12, maddə 709)
4. 17 iyun 2003-cü il tarixli 479-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, №8, maddə 420)
5. 23 dekabr 2003-cü il tarixli 566 -IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123)
6. 20 aprel 2004-ci il tarixli 639-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, №5, maddə 318)
7. 1 iyun 2004-cü il tarixli 677-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 6, maddə 415)
8. 7 sentyabr 2004-cü il tarixli 731-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, №10, maddə 761)
9. 26 oktyabr 2004-cü il tarixli 782-IIQD nömrəli "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 901)
10. 24 dekabr 2004-cü il tarixli 815-IIQD nömrəli “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 2, maddə 61)
11. 15 aprel 2005-ci il tarixli 890-IIQD nömrəli “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 6, maddə 466)
12. 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və "Məhdud məsuliyyətli müəssisələr haqqında"Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 684)
13. 24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 692)
14. 24 iyun 2005-ci il tarixli 949-IIQD nömrəli “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693)
15. 20 sentyabr 2005-ci il tarixli 995-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 995)
16. 21 oktyabr 2005-ci il tarixli 1038-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2005-ci il, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 12, maddə 1085)
17. 23 dekabr 2005-ci il tarixli 39-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 68)
18. 3 mart 2006-cı il tarixli 80-IIIQD nömrəli “Azərbaycan Respublikasının Mülki məcəlləsinə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006-cı il, № 5, maddə 387)
19. 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478)
20. 20 oktyabr 2006-cı il 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005)
21. 01 fevral 2007-cı il tarixli 234-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 80)
22. 17 aprel 2007-ci il 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 6, maddə 560)
23. 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745)
24. 9 oktyabr 2007-ci il tarixli 428-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 937)
25. 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-cı il, № 11, maddə 1053)
26. 7 dekabr 2007-ci il tarixli 506-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1215)
27. 7 dekabr 2007-ci il tarixli 510-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1219)
28. 25 dekabr 2007-ci il tarixli 520-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 145)
29. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)
30. 28 oktyabr 2008-ci il tarixli 711-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 dekabr 2008-ci il, № 279, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1049)
31. 16 dekabr 2008-ci il tarixli 742-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 47)
32. 3 aprel 2009-cu il tarixli 782-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 20 may 2009-cu il, № 107,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 295)
33. 26 may 2009-cu il tarixli 821-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 iyul 2009-cu il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 404)
34. 9 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Qərarı (“Respublika” qəzeti 11 iyul 2009-cu il, № 149)
35. 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, № 160)
36. 01 fevral 2010-cu il tarixli 950-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 fevral 2010-cu il, № 43, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2010-cu il, № 2, maddə 75)
37. 1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171)
38. 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265)
39. 23 fevral 2010-cu il tarixli 960-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 22 aprel 2010-cu il, № 85, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2010-cı il, № 4, maddə 266)
40. 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276)
Konstitusiya Məhkəməsinin Qərarları
KM1 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
KM2 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göztərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər. (“Azərbaycan” qəzeti 29 dekabr 2001-ci il, № 298, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı №2/2002)
KM3 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldəetmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. (“Azərbaycan” qəzeti 31 yanvar 2002-ci il, № 25, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı №2/2002)
KM4 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
Mənəvi zərərin ödənilməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütanasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. (“Azərbaycan” qəzeti 2 iyun 2002-ci il, № 124, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı №3/2002)
KM5 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 60 və 71-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. ( «Azərbaycan» qəzeti, 29 dekabr № 300 2002-ci il, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı 1/2003)
MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 28 dekabr 1999-cu il tarixli 779-IQ nömrəli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında”Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 4, maddə 250) ilə təsdiq edilmişdir.
26 may 2000-ci il tarixli 886-IQ nömrəli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvəyə minmə müddətlərinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, №5, maddə 323) Məcəllə 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmişdir.
5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276) ilə mətnində ismin müvafiq hallarında “Milli Bank” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilmişdir.
[2] 20 oktyabr 2006-cı il 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 1.2-ci maddənin dördüncü abzasında "həyatının və" sözü "və ailə həyatının," sözləri ilə əvəz edilmişdir.
[3] 20 oktyabr 2006-cı il 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 6.1.6-cı maddədə "şəxsi həyata" sözləri "şəxsi və ailə həyatına" sözləri ilə əvəz edilmişdir.
[4] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 11.3-cü maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
11.3. Mülki hüquqları məhdudlaşdıran və ya məsuliyyət müəyyənləşdirən mülki qanunvericilik normalarının analogiya üzrə tətbiqinə yol verilmir.
[5] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 13-cü maddədə ", öz riski ilə" sözləri çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
Maddə 13. Sahibkarlıq fəaliyyəti
Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir.
[6] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 14.3-cü maddədə "Dövlət" sözü "Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət" sözləri ilə əvəz edilmişdir.
[7] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 15.1-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
15.1. Fiziki və hüquqi şəxslər özlərinə mənsub mülki hüquqları, o cümlədən onları müdafiə etmək hüququnu öz istədikləri kimi həyata keçirirlər.
[8] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 15.2-ci maddədə "hüquqları həyata keçirməkdən imtina etməsi" sözləri "mülki hüquqlardan istifadə etməməsi" sözləri ilə əvəz edilmişdir.
[9] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 16.2-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
16.2. Mülki hüquqlardan rəqabəti məhdudlaşdırmaq məqsədi ilə istifadə edilməsinə, habelə bazarda hakim mövqedən sui-istifadə olunmasına yol verilmir.
Dostları ilə paylaş: |