Mündəricat



Yüklə 445 b.
tarix14.01.2017
ölçüsü445 b.



Mündəricat

  • Giriş ........................................................................................................................... 3

  • Ümumi məlumat ……………………........................................................................ 5

  • Avropa Iqtisadi Birliyinin qurulmasına qədər baş verən proseslər ............................ 7

  • Gömrük İttifaqının qurulması .................................................................................... 8

  • Avropa İqtisadi Birliyindən Avropa Ortaq Bazarına keçid ....................................... 9

  • Avropa İqtisadi Birliyinin Ortaq Siyasətləri ............................................................ 11

    • Ortaq Aqrar Siyasət ........................................................................................... 12
    • Ortaq Rəqabət Siyasəti ...................................................................................... 13
    • Ortaq Nəqliyyat Siyasəti ................................................................................... 14
    • Ortaq Enerji Siyasəti ......................................................................................... 15
    • Ortaq Texnoloji Siyasət ..................................................................................... 16
    • Ortaq Sosial Siyasətlər …......……………………………………………….... 17
  • Avropa İttifaqının Əsas Orqanları ..................…...…………….............................. 18

  • Avropa İttifaqının Maliyyə Qurumları və Fondları …………………………......... 19

  • Maastricht Sazişi və İqtisadi və Valyuta Birliyi ........................…………….......... 20

  • Avropa İttifaqının genişlənmə prosesi ...............………………………………...... 22

  • Mənbələr .................................................................................................................. 23



Giriş

  • II Dünya Müharibəsindən sonra Avropada inteqrasiya yolunda baş verən irəliləyişlərin aşağıdakı 4 əsas səbəbi vardır:

    • Avropanın əsrlərlə davam edən “dünyanın mərkəzi olma” statusunun ABŞ və Sovet İttifaqı tərəfindən əlindən alınması və Avropanın bu statusu yenidən əldə etmə düşüncəsi,
    • Avropada bir daha savaşların ortaya çıxmamasına nail olma düşüncəsi,
    • Avropanın kompleks iqtisadi inkişafına nail olma düşüncəsi,
    • Avropadakı inteqrasiyanın dünya nizamına mühüm ölçüdə xidmət edəcəyi düşüncəsi.


Giriş

  • Bu düşüncələr istiqamətində:

    • 1948-ci ildə Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı (OEEC) quruldu.
    • 1949-cu ildə NATO quruldu.
    • 1949-cu ildə Avropa Şurası quruldu.
    • 1954-cü ildə Qərbu Avropa Birliyi quruldu və.s.


Ümumi məlumat

  • Avropa İttifaqı və ya qısaca Aİ, 27 üzv ölkədən ibarət olan və torpaqları böyük miqyasda Avropa qitəsində yerləşən siyasi və iqtisadi təşkilatdır.

  • 1993-cü ildə, Maastricht Sazişi kimi də tanınan Avropa İttifaqı Sazişinin imzalanması ilə mövcud Avropa İqtisadi Birliyinin statusu yüksəldilməklə qurulmuşdur.

  • Təxminən 500 milyonluq əhalisi ilə Avropa İttifaqı, dünyanın nominal istehsal həcminin 30%-ə sahibdir (16.8 trilyon ABD$).

  • Ərazisi: 4,3 mln. km2

  • Rəsmi dillərin sayı: 23

  • Adambaşına nominal ÜDM: 33 482 $



Ümumi məlumat

  • Avropa İttifaqı, bütün üzv ölkələr üçün məcburi olan standart qanunları vasitəsilə, insan, əşya, xidmət və kapitalın hərəkət azadlıqlarını özündə birləşdirən vahid bir bazardır.

  • İttifaq daxilində aqrar, balıqçılıq və regional inkişaf siyasətlərindən ibarət ortaq ticarət siyasəti həyata keçirilir.

  • İttifaqa üzv ölkələrin 15-i, Avro adı ilə adlandırılan ortaq valyuta vahidindən istifadə etməyə başlamışdır.

  • Avropa İttifaqı, üzv ölkələrini Dünya Ticarət Təşkilatında, G-8 zirvələrində və BMT-də təmsil edərək onların xarici siyasətlərində də rol oynayır. İttifaqın 27 üzvündən 21-i NATO üzvüdür.

  • Schengen Sazişi tələblərinə görə İttifaq üzvü ölkələr arasında pasport nəzarətinin ortadan qaldırılması da daxil olmaqla bir sıra hüquqi məsələlərin və daxili işlərin tənzimlənməsində Avropa İttifaqının payı vardır.

  • Avropa İttifaqı, dövətlərarası və çoxmillətli bir qurumdur. İttifaq daxilində bəzi məsələlərdə dövlətlərarası saziş və konsensus tələb olunur. Ancaq müəyyən hallarda millətlərüstü idarəetmə orqanları, üzvlərin anlaşması olmadan da qərar qaəbul edə bilir. Avropa İttifaqının bu tipli səlahiyyətlərə malik ən mühüm orqanları Avropa Komissiyası, Avropa Parlamenti, Avropa İttifaqı Şurası, Liderlər Zirvəsi, Avropa Ədalət Məhkəməsi və Avropa Mərkəzi Bankıdır.

  • Avropa Parlementini Avropa İttifaqı vətəndaşları 5 ildən bir səsvermə yolu ilə seçirlər.



Avropa İqtisadi Birliyinin qurulmasına qədər baş verən proseslər

  • 9 may 1950-ci ildə Fransa Xarici İşlər Naziri Robert Schuman ilə Jean Monnet tərəfindən hazırlan Schuman Planı bir məruzə formasında təqdim edilmişdir.

  • 18 aprel 1951-ci ildə 6 Avropa ölkəsi, Belçika, Almaniya, Fransa, İtaliya, Lüksemburq və Hollandiya Avropa Kömür və Polad Birliyini quran sazişi imzalamasıyla Schuman Planının reallaşdırılmasına başlanmışdır.

  • 25 mart 1957-ci il tarixində ölkələr arasında 1 yanvar 1958-ci ildən qüvvəyə minəcək Roma Sazişi imzalanaraq Avropa İqtisadi Birliyi (AİB) və Avropa Atom Enerjisi Birliyi (Euroatom) qurulmuşdur.

  • Bu üç qurum Avropa İttifaqının əsasını təşkil edən Avropa İqtisadi Birliyini formalaşdırmışdır.

  • Avropa İqtisadi Birliyi ilə bağlı ilkin dövrlərdə İngiltərə və Fransa arasında fikri ayrılığı olmuşdur.



Gömrük İttifaqının qurulması

  • Roma Sazişində daxili (üzv ölkələr arasında) gömrük dərəcələrinin tədricən endirilərək 12 il sonra sıfır dərəcəyə çatdırılması nəzərdə tutulurdu.

  • Bu proses 1968-ci ildə, yəni nəzərdə tutulan vaxtdan 18 ay əvvəl tamamlanmışdır.

  • Eyni il üçüncü ölkələrə qarşı Ortaq Gömrük Taarifləri (OGT) tətbiq edilməyə başlanmışdır.

  • Ortaq Gömrük Taarifləri (OGT) Nazirlər Şurası Qərarları və GATT raundları çərçivəsində bir neçə dəfə endirilmişdir.

  • 1975-ci ildən Ortaq Gömrük Taariflərindən əldə edilən (OGT) gəlirlər Avropa İttifaqı büdcəsində toplanır.

  • Gömrük İttifaqının qurulması prosesində daxili (üzv ölkələr arasında) kvotalar da ortadan qaldırılmışdır.



Avropa İqtisadi Birliyindən Avropa Ortaq Bazarına keçid

  • Ortaq Bazarın formalaşması prosesi Gömrük İttifaqı qədər asan olmamışdır. Bu istiqamətdə bəzi nailiyyətlər aşağıdakılardır:

    • İşçilərin sərbəst hərəkəti: Bu mühüm dərəcədə təmin edilsə də, bəzi məhdudiyyətlər hələ də mövcuddur.
    • İş yerləri açma və xidmət göstərmə hüququ: Bu istiqamətdə demək olar ki, tam sərbəstləşmə baş vermişdir.
    • Kapitalın sərbəst hərəkəti və ödəmələrin sərbəstləşdirilməsi: 1999-cu ilə qədər, yəni valyuta birliyinin formalaşdırılmasına qədər bu istiqamətdə mühüm dərəcədə sərbəstləşmə təmin edilmişdir.


Avropa İqtisadi Birliyindən Avropa Ortaq Bazarına keçid

  • Faktor axınlarının sərbəstləşdirilməsi istiqamətində məhdud da olsa atılan bu addımlardan sonra 1970-ci illərdən Avropa İqtisadi Birliyinə eyni zamanda Avropa Ortaq Bazarı da deyilməyə başlanmışdır.

  • Ancaq bu məhdud ortaq bazar olmuşdur.

  • Tam ortaq bazarın əldə edilməsini nəzərdə tutan “Vahid Bazar”a isə 1 yanvar 1993-cü ildən keçilmişdir.

  • Bu 1987-ci ildə həyata keçirilməyə başlanan Vahid Avropa Sənədi ilə reallaşdırılmışdır.



Avropa İqtisadi Birliyinin Ortaq Siyasətləri

  • Roma Sazişində Avropa İqtisadi Birliyinin müəyyən sahələrdə ortaq siyasətlər formalaşdırması nəzərdə tutulmuşdur. Bu sahələr aşağıdakılardır:

    • Aqrar siyasət
    • Rəqabət siyasəti
    • Nəqliyyat siyasəti
    • Ticarət siyasəti
  • Bununla yanaşı, enerji, elmi araşdırma, texnologiya, ətraf mühit, vergi və.s sahələrdə də ortaq siyasətlər formalaşdırılması nəzərdə tutulmuşdur.

  • 1992-ci il Maastricht Sazişi ilə də valyuta birliyinin reallaşdırılması və bütün digər maliyyə, iqtisadi və sosial siyasət sahələrində oxşar siyasətlərin formalaşdırılması qəbul edilmişdir.

  • Ortaq siyasətlər, müvafiq sahələrdə milli qurumların səlahiyyətlərinin Avropa İttifaqı qurumlarına ötürülməsi deməkdir.



Avropa İqtisadi Birliyinin Ortaq Siyasətləri

  • Ortaq Aqrar Siyasət

    • Üzvlər arasında kənd təsərrüfatı məhsullarının xarici ticarəti sahəsində taariflər və digər ticarət məhdudiyyətlərinin ortadan qaldırılması və bir “Yaşıl Bazar”ın (green market) formalaşdırılması.
    • Bütün üzv ölkələrdə kənd təsərrüfatı məhsullarına eyni qiymət səviyyəsini qarantiya etmək üçün ortaq qiymət sistemi qurulmuşdur.
    • Kənd təsərrüfatını dəstəkləmə siyasətinin predmeti olan başlıca məhsullar arasında taxıl məhsulları, heyvan mənşəli məhsullar, zeytun yağı, bitki yağları, şəkər, meyvələr, tərəvəzlər və şərab ən mühüm yeri tutur.
    • Dəstəkləmə və qiymət sisteminin qorunması İttifaq büdcəsinin bir hissəsi olan Avropa Aqrar Yönləndirmə və Qarantiya Fondu tərəfindən maliyyələşdirilir.


Avropa İqtisadi Birliyinin Ortaq Siyasətləri

  • Ortaq Rəqabət Siyasəti

    • Roma Sazişi və bundan irəli gələrək bəzi mexanizmlər mövcuddur.
    • Trestləşmə qadağandır.
    • Bazar subyektləri arasında rəqabəti məhdudlaşdıran gizli və açıq sazişlər qadağandır.
    • Bazarda hakim bir firmanın həyata keçirə biləcəyi və istehlakçının istismarına yol açan istehsalı məhdudlaşdırma, hədsiz qiymət qoyma, texniki inkişafı məhdudlaşdırma və.s qadağandır.


Avropa İqtisadi Birliyinin Ortaq Siyasətləri

  • Ortaq nəqliyyat siyasəti

    • Avropa İqtisadi Birliyi Sazişində aqrar siyasətdə olduğu kimi nəqliyyat sferasında da ortaq siyasətləri formalaşdırılması nəzərdə tutulmuşdur.
    • Lakin olduqca qarışıq olan bu sektorda tam mənası ilə ortaq siyasət həyata keçirilməsi məqsədi reallaşdırıla bilməmişdir.


Avropa İqtisadi Birliyinin Ortaq Siyasətləri

  • Ortaq enerji siyasəti

    • 1973 və 1979-cu il dünya enerji qiymətlərindəki böyük artımlardan sonra Avropa İqtisadi Birliyi aşağıdakı mühüm elementləri özündə birləşdirən ortaq enerji siyasəti müəyyənləşdirmişdir:
      • Neft idxalatının azaldırlması,
      • İqtisadi artım ilə enerji tələbi arasındakı əlaqənin zəiflədilməsi,
      • Kömür və atom enerjisindən əldə edilən enerji payının artırılması.


Avropa İqtisadi Birliyinin Ortaq Siyasətləri

  • Ortaq Texnologiya Siyasəti

    • Avropa İqtisadi Birliyi ilk dövrlərdən Araşdırma və İşləmə fəaliyyətlərinə böyük əhəmiyyət vermişdir.
    • Bu sahədə ABŞ və Yaponiyadan geri qalmamaq məqsədilə, məsələn EUROKA kimi ortaq proqramlar hazırlanmışdır.
    • EUROKA iyul 1985-ci ildə Parisdə imzalanmış Avropa Texnoloji Əməkdaşlıq Sazişi təməlində ortaya çıxmışdır.


Avropa İqtisadi Birliyinin Ortaq Siyasətləri

  • Ortaq Sosial Siyasətlər

    • İttifaqın sosial siyasətini həyata keçirən əsas orqanı Avropa Sosial Fondudur. Fond işsizliyi azaltmak, coğrafi və peşə mobilliyini artırmaq və iş qüvvəsinin təhsilini maliyyələşdirmək kimi məqsədlərlə qurulmuşdur.
    • 1975-ci ildə Avropa Regional İnkişaf Fondu qurulmuşdur. Geri qalmış bölgələrin inkişaf etdirilməsilə bağlı layihələrə maliyyə dəstəyi təmin edir. Struktur problemlərə malik sektorlara da yardımlar göstərir.
    • Ətraf mühiti və istehlakçını qoruma siyasəti mövcuddur.
    • 1989-cu ildə təsdiq edilən Təməl Sosial Haqqlar Şərti, “Sosial Avropa” anlayışının bir növ hərəkətverici qüvvəsini təşkil edir.


Avropa İttifaqının Əsas Orqanları

  • Roma Sazişində orqanlar qanunvericilik, icra və məhkəmə funksiyalarını həyata keçirən orqanlar şəklində nəzərdə tutulmuşdur.

  • İcra orqanı

    • Avropa Komissiyası və Avropa Şurası
  • Qanunvericilik orqanı

    • Avropa Parlamenti
  • Məhkəmə

    • Avropa Ədalət Məhkəməsi


Avropa İttifaqının Maliyyə Qurumları və Fondları

  • Avropa İttifaqı Büdcəsi: Üzv ölkələrin ayırmaları, üçüncü ölkə mallarından gömrük vergiləri, aqrar yığım gəlirləri və.s mənbələrdən formalaşır.

  • Maliyyə Fondları

    • Avropa Sosial Fondu (ESF): Roma Sazişi ilə qurulmuşdur.
    • Avropa Regional İnkişaf Fondu (ERDF): 1975-ci ildə qurulmuşdur.
    • Avropa İnkişaf Fondu (EIF): Roma Sazişi ilə qurulmuş, Lome Sazişi çərçivəsində İttifaqla xüsusi iqtisadi münasibətlər quran ACP (Afrika, Qəraiblər və Sakit Okean) ölkələrinə yardım edir.
    • Avropa Valyuta Əməkdaşlığı Fondu (EMCF): Ödəniş çətinliyi çəkən ölkələrə qısamüddətli kredit təmin etmiş və Avropa Valyuta Sisteminin təməl qurumu vəzifəsini həyata keçirmişdir.
    • Avropa Yönləndirmə və Qarantiya Fondu (FEOGA): 1962-cı ildə qurulmuşdur.
    • Avropa İnvestisiya Bankı (EIB): Roma Sazişi ilə qurulmuş, məqsədi İttifaqın tarazlı inkişafı istiqamətində maliyyələşməni təmin etməkdir.
  • Avropa Mərkəzi Bankı: Maastricht Sazişi ilə qurulmuş və Avropa iqtisadi və valyuta birliyinin təməl qurumudur.



Maastricht Sazişi və İqtisadi və Valyuta Birliyi

  • 7 fevral 1992-ci ildə rəsmi adı “Avropa İttifaqı Sazişi” olan Maastricht Sazişi imzalanmış və 1993-cü ildən qüvvəyə minmişdir.

  • Saziş Avropa İttifaqının bir növ konstitusiyası sayılır.

  • Sazişdən sonra Avropa İqtisadi Birliyinin adı Avropa İttifaqı olmuşdur.

  • Sazişin imzalanması ilə Avropa inteqrasiya prosesində iqtisadi və valyuta birliyi mərhələsi olan son mərhələyə keçmişdir.

  • 1989-cu il Madrid Zirvəsində qəbul edilən Delors Planı çərçivəsində iqtisadi və valyuta birliyinə keçid mərhələli prosesə çevrilmişdir.

  • Planın əsas hədəfləri bunlar olmuşdur:



Maastricht Sazişi və İqtisadi və Valyuta Birliyi

    • İqtisadi və valyuta birliyi
      • Üzv ölkələrin valyuta siyasətilə bağlı səlahiyyətlərinin 1999-cu ildə qurulmuş Avropa Mərkəzi Bankına ötürülməsi,
      • 1999-cu ildə Avro dövriyyəyə daxil olmuşdur.
    • Avropa vətəndaşlığı
    • Ortaq təhlükəsizlik və xarici siyasətin həyata keçirilməsi
    • Müxtəlif sahələrdə ortaq siyasətlər
  • Beləliklə, 1957-ci ildə gömrük ittifaqı formasında qurulmuş olan Avropa İqtisadi Birliyi iqtisadi və valyuta birliyi mərhələsinə çatmışdır.



Avropa İttifaqının genişlənmə prosesi

  • 1973

    • İngiltərə, İrlandiya, Danimarka
  • 1981

    • Yunanıstan
  • 1986

    • İspaniya, Portuqaliya
  • 1990

  • 1995

    • İsveç, Finlandiya, Avstrya
  • 2004

    • Çex Respublikası, Estoniya, Kipr, Latviya, Litva, Macarıstan, Malta, Polşa, Slovakiya, Sloveniya
  • 2007

    • Bolqarıstan, Rumuniya


Mənbələr

  • P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley.

  • H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2009.

  • R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2009.

  • http://europa.eu/ - Avropa İttifaqı Rəsmi səhfəsi




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə