Mündəricat



Yüklə 445 b.
tarix14.01.2017
ölçüsü445 b.
#258



Mündəricat

  • Giriş .................................................................................................................... 3

  • “Tədiyyə Balansı” anlayışı ................................................................................ 5

  • Tədiyyə balansının xüsusiyyətləri .................................................................... 6

  • Tipik tədiyyə balansı nümunəsi ...................................................................... 10

  • Cari Əməliyyatlar Hesabı ............................................................................... 11

  • Kapital hesabı .................................................................................................. 15

  • Rəsmi rezervlər hesabı .................................................................................... 16

  • Statistik fərqlər hesabı .................................................................................... 19

  • İkili qeydiyyat metodu nümunələri ................................................................ 21

  • Xarici kəsir və xarici profsit .......................................................................... 24

  • Xarici ödəmə kəsirlərinin səbəbləri ............................................................... 25

  • Mənbələr ........................................................................................................... 26



Giriş

  • Tədiyyə balansı, ölkələrin müəyyən bir dövr ərzində xarici iqtisadi və maliyyə münasibətlərinin vəziyyətini əks etdirir.

  • Bir ölkənin tədiyyə balansındakı tarazlıq və ya qeyri-tarazlıq halları, o ölkənin beynəlxalq ödəniş qabiliyyətini, iqtisadi və maliyyə etibarını göstərir.

  • Aşağıdakı bir sıra təməl iqtisadi dəyişən tədiyyə balansı ilə sıx əlaqəlidir.

        • Milli gəlir və məşğulluq səviyyəsi,
        • İnkişaf tempi,
        • Valyuta kursları,
        • İnflyasiya səviyyəsi,
        • Gəlir bölgüsü və xarici borclar.


Maliyyə və monetar siyasətləri müəyyənləşdirən və ya həyata keçirən qurumlar tədiyyə balansında gedən prosesləri və müvafiq dəyişiklikləri yaxından müşahidə edirlər.

  • Maliyyə və monetar siyasətləri müəyyənləşdirən və ya həyata keçirən qurumlar tədiyyə balansında gedən prosesləri və müvafiq dəyişiklikləri yaxından müşahidə edirlər.

  • Birbaşa və ya dolayı xarici investorlar tədiyyə balansında baş verən proseslərlə yaxından maraqlanırlar.

  • Ənənəvi nəzəriyyəyə görə, bir ölkənin valyutasının xarici dəyərindəki dəyişikliklərlə, onun reallaşdırdığı ticarət axınları arasında sıx əlaqə vardır.



“Tədiyyə Balansı” anlayışı (Balance of Payments)

  • Tədiyyə balansı, bir ölkə rezidentlərinin müəyyən bir dövr ərzində xarici ölkə rezidentlərilə həyata keçirdikləri bütün iqtisadi əməliyyatların nəticəsini göstərən sistemli bir qeydiyyat formasıdır.

  • Tədiyyə balansı, ehtiyat deyil, axın anlayışıdır.



Tədiyyə balansının xüsusiyyətləri-1

  • A) İqtisadi əməliyyat və ölkə rezidenti olma

    • İqtisadi əməliyyat, əmtəə, xidmət, texnologiya və ya kapital ixrac və idxalı əvəzinə ölkəyə valyuta giriş-çıxışının olması kimi ifadə edilir.
    • Ölkə rezidenti olma isə o ölkədə fəaliyyət göstərən fiziki, hüquqi şəxslər, o cümlədən dövlət qurumlarının iqtisadi fəaliyyətlərinin tədiyyə balansına daxil ediləcəyini ifadə edir.


Tədiyyə balansının xüsusiyyətləri-2

  • B) Beynəlxalq ticarət əməliyyatlarının ikili xüsusiyyəti

    • Beynəlxalq iqtisadi və maliyyə əməliyyatlarının əksəri iki əməliyyat (əmttə və xidmətin təqdim olunması və əvəzində pulun transferti) formasındadır.
    • Tədiyyə balansı İkili Qeydiyyat Sisteminə görə tutulur.


Tədiyyə balansının xüsusiyyətləri-3

  • C) Debet və Kredit Əməliyyatlar

    • Xarici aləm qarşısında alacaq hüququ doğuran əməliyyatlar debet əməliyyatlardır və əsasən ölkəyə valyuta daxil olmasını təmin edir. Əmtəə və xidmət ixracı, kapital idxalı kimi....
    • Xarici aləm qarşısında borc doğuran əməliyyatlar kredit əməliyyatlardır və əsasən ölkədən valyuta çıxışı yaradır. Əmtəə və xidmət idxalı, kapital ixracı kimi...


Tədiyyə balansının xüsusiyyətləri-4

  • D) Avtonom və tarazlaşdırıcı əməliyyatlar

    • Əsas hesab qrupları
      • Cari Əməliyyatları Hesabı
      • Kapital Hesabı
      • Rəsmi Rezervlər Hesabı
      • Statistik Fərqlər
  • Cari Əməliyyatlara əmtəə və xidmət axınları ilə bağlı əməliyyatlar qeyd edilir.

  • Kapital hesabına isə xarici kapital əməliyyatları qeyd olunur.

  • Rəsmi Rezervlər hesabında isə Mərkəzi Bankın bazara müdaxilə səbəbilə həyata keçirdiyi valyuta alqı-satqı əməliyyatları nəticəsində ölkənin rəsmi rezervlərindəki dəyişmə göstərilir.





Cari Əməliyyatlar Hesabı-1

  • Ölkənin ixrac və idxal etdiyi mallar və xidmətlər bu hesaba qeyd edilir.

    • A. Əmtəə Ticarəti (görünən ticarət)
      • Əmtəə ixrac və idxalı ölkələrin məcmu iqtisadi əməliyyatlarının böyük bir hissəsini təşkil edir.
  • Əmtəə İxracı » » Debet Əməliyyatı » » Valyuta Qazandırıcı »» Aktivə yazılır.

    • (Valyuta Hesabının passiv tərəfinə qeyd edilən kredit hesabı ilə bağlanır).


Cari Əməliyyatlar Hesabı-2

    • B. Beynəlxalq Xidmətlər (görünməz ticarət)
      • Xidmət ixrac və idxalından formalaşır.
      • Beynəlxalq Xidmətləri əhatə edən əməliyyatlara aiddir:
        • Xarici Turizm
        • Beynəlxalq Nəqliyyat
        • Beynəlxalq Bankçılıq və Sığortaçılıq
        • Xarici Kapital İnvestisiyalarının Qazancları
        • Xarici işçi gəlirləri
        • Lisenziya ödəmələri, kiraə haqqları, komisyon haqqları
        • Xarici Rəsmi xidmətlər


Cari Əməliyyatlar Hesabı-3

    • C) Bir tərəfli Transfertlər
      • Ölkələr arasında yardım və hədiyyələr formasında həyata keçirilən əməliyyatlardır.
      • Həyata keçirilən Qarşılıqsız Transfert, yardım göstərən ölkə baxımından borc əməliyyatı mahiyəti daşıyır.
      • Həyata keçirilən yardım əmtəə şəklində olduğu halda əmtəə hesabında debet qeydi aparılır.


Cari Əməliyyatlar Hesabı-4

    • D) Cari Əməliyyatlar Balansı
      • Cari əməliyyatların debet və kredit bölmələriinin məcmusu arasındakı fərq cari əməliyyatlar balansı adlanır.
      • Cari əməliyyatlar balansı, əmtəə və xidmətlər balansı ilə bir tərəfli transfertlər balansının cəminə bərabərdir.


Kapital hesabı

  • Kapital əməliyyatları, əsasən bir ölkə rezidentlərinin xarici ölkədə həyata keçirdikləri fiziki investisiyalar (istehsal təsisləri, bina, ərazi və.s) və ölkə xaricinə yönəldilən maliyyə fondlarından (xarici ixtiqraz, səhm, xəzinə istiqrazı və.s alqı-satqısı, xarici ölkə banklarında müddətli hesablar açdırılması kimi) ibarətdir.

  • Xaricdən ölkəyə kapital girişi bir debet əməliyyatı, ölkədən çıxışı isə kredit əməliyyatıdır.

  • Bu xüsusiyyət əmtəə və xidmət axınlarındakı vəziyyətin tərsidir.

  • Kapital hesabındakı məcmu debet və kredit əməliyyatlarının fərqinə xalis kapital balansı deyilir.



Rəsmi rezervlər hesabı -1

  • Mərkəzi Bankın valyuta bazarına etdiyi müdaxilələrin nəticəsində ölkənin beynəlxalq rəsmi rezervlərindəki dəyişmələrin göstərildiyi hesablardır.

  • Tarazlaşdırıcı əməliyyatların ortaya çıxma səbəbi tədiyyə balansının vəziyyətidir. Başqa sözlə xarici aləmdən əldə edilən avtonom gəlirlərlə avtonom xərclər arasında bir qeyri-tarazlıq olması və ya qabarıq şəkildə yanaşsaq, bazarın fəaliyyətindən doğan məcmu valyuta təklif və tələbi arasındakı qeyri-tarazlıqdır.

  • Rəsmi rezervlərdə bir azalma (Mərkəzi bankın valyuta satışları) debet, artma (Mərkəzi Bankın valyuta alışları) kredit əməliyyatı mahiyətindədir.



Rəsmi rezervlər hesabı -2

  • A) Kurs sistemi, Tədiyyə Balansı Qeyri-tarazlığı və Rezerv Dəyişmələri

    • Sabit kurs sistemində məqsəd valyuta təklif və tələb qüvvələrindəki bir dəyişmə qarşısında kurslarda ortaya çıxa biləcək bir dəyişikliyin tamamilə qarşısının alınmasıdır.
    • Bu hal ancaq Mərkəzi Bankın bazarda xarici kəsir (-B) həcmində valyuta satması ilə reallaşa bilər. Xarici profsit (+B) halında isə tərs əməliyyat həyata keçirirlir.


Rəsmi rezervlər hesabı -3

  • B) Qızıl rezervlərindəki dəyişikliyin qeydiyyatı

    • Sənayedə istifadə məqsədilə həyata keçirilən qızıl idxal və ixracı əmtəə ticarəti kimi cari əməliyyatlar hesabında göstərilir. Qeydiyyatı da digər əmtəələrdə olduğu kimidir.
    • Xarici ödəniş məqsədinə bağlı olan qızıl əməliyyatları isə rəsmi rezervlər hesabında yer alacaqdır. Bu halda Mərkəzi Bankın qızıl ixracı rəsmi rezervlər hesabının debet hissəsinə, qızıl idxalı isə kredit hissəsinə qeyd edilir.


Statistik fərqlər hesabı-1

  • Statistik fərqlər hesabı, tədiyyə balansı statistikalarını tarazlaşdırmaq məqsədilə istifadə edilir.

  • Tədiyyə balansının avtonom (və ya xəttüstü) əməliyyatlarının xalis saldosu ilə tarazlaşdırıcı (və ya xəttaltı) əməliyyatların əks işarəli saldosu bir-birinə bərabər olmalıdır.

  • Nə üçün avtonom və tarazlaşdırıcı hesablar bir-birinə bərabər olmur:

    • Gömrük İdarəələrinə verilən əmtəə bəyanlarının yalnış qeyd edilmiş olması,
    • Qaçaqçılıq,
    • Turizm gəlirlərinin anket yolu ilə müəyyən edilməsi,
    • İdxal və ixrac əməliyyatı ilə əvəzi olan pulun müxtəlif dövrlərdə ödənməsi


Statistik fərqlər hesabı - 2

  • Tədiyyə Balansındakı Qeyri-tarazlıq

  • B= Bc + Bk = ΔR

  • B = Tədiyyə balansındakı qeyri-tarazlıq

  • Bc = Cari əməliyyatlar balansı

  • Bk = Kapital hesabı balansı

  • ΔR = Rəsmi rezervlər hesabındakı dəyişmə

  • Nümunə: İlin sonunda tədiyyə balansı ilə bağlı tənzimləmələr aparıldığı zaman rəsmi rezervlərdəki azalmanın 200 milyon dollar (ΔR=+200), bununla yanaşı, cari əməliyyatlar kəsiri 25 milyon dollar (Bc = -25) və kapital balansında 100 milyon dollarlıq bir kəsir (Bk=-100) olduğunu düşünün.

  • Xətt altında kəsir 200

  • Xətt üztündə kəsir B=25 + 100 = 125

  • Statisik fərq 75



İkili qeydiyyat metodu nümunələri-1

  • Nümunə 1) Bir Türk ixracatçısı ABŞ-a 1 000 $ həcmində bir ixracat həyata keçirir. Satış əvəzi valyuta ilə ödənmişdir.

  • Aktiv Passiv

  • Əmtəə ixracı 1.000 -

  • Valyuta girişi - 1.000

  • Nümunə 2) Bir Türk idxalatçı Almanyadan 5000 $ həcmində bir mal idxal etmişdir. Əvəzində ixracatçının çəkdiyi müddətli bir polisi qəbul etmiş olsun.

  • Aktiv Passiv

  • Əmtəə idxalı - 5.000

  • Qısamüddətli kapital girişi 5.000 -



İkili qeydiyyat metodu nümunələri-2

  • Nümunə 3) Bir xarici turist Türkiyədə bir bankda 500$ dəyişmişdir.

  • Aktiv Passiv

  • Turizm Gəliri 500 -

  • Valyuta Girişi - 500

  • Nümunə 4) Türk Qızılayı Kosovaya yardım kimi 3000$ həcmində qida verir.

  • Aktiv Passiv

  • Göndərilən Bir Tərəfli Transfert - 3.000

  • Əmtəə İxracı 3.000 -



İkili qeydiyyat metodu nümunələri-3

  • Nümunə 5) Bir Amerikalı investor vasitəçi qurum kanalı ilə İstanbul Fond Birjasından (IMKB) 2000$ həcmində bir səhm satın almış və əvəzini New York Bankı üzərinə çəkdiyi çeklə ödəmişdir.

  • Aktiv Passiv

  • Kapital İdxali 2000 -

  • Valyuta Girişi - 2000

  • Nümunə 6) Bir Türk investor 1000$ dəyərində bir Amerkan xəzinə istiqrazı satın almış, əvəzi investorun bankı olan İş bankasının ABŞ-dakı müxbir hesbında üzərində tutduğu hesabdan ödənmişdir.

  • Aktiv Passiv

  • Kapital İxracı - 1000

  • Xarici alacaqlarda azalma 1000 -



Xarici kəsir və xarici profsit

  • Əsas tarazlıq

    • Cari əməliyyatlar balansı ilə uzunmüddətli kapital balanslarının məcmusudur.
  • Qeyd: Rəsmi qısamüddətli kapitalın hamısı və rəsmi rezervlər tarazlaşdırıcıdır.

  • Likvidlik tarazlığı

    • Əsas Tarazlığa özəl qısamüddətli kapital tarazlığının əlavə olunması ilə əldə edilir.
  • Rəsmi Rezerv Əməliyyatları Balansı

    • Ölkənin xarici rəsmi qurumlarda olan qısamüddətli kapital borcları və rəsmi rezervlər hesabının məcmusundan ibarətdir və xətt altına qeyd edilir.


Xarici ödəmə kəsirlərinin səbəbləri

  • Struktur səbəblər

      • Ölkədə həyata keçirilən xərc artırıcı siyasətlər
      • İnkişaf tempinin nisbi olaraq yüksəldilməsi
      • Texnoloji gerilik və iqtisadiyyatın idarə olunmasındakı gerilik səbəbilə rəqabətin və ixracatın azalması
      • Bəzi xammallar baxımından xaricdən asılılığın hədsiz dərəcədə olması
      • Ölkədəki seçimlərin xarici mallar lehində dəyişməsi
  • İqtisadi Dalğalanma

  • Keçici faktorlar

      • Dünya xammal qiymətlərinin keçici olaraq yüksəlməsi
      • Mövsümi dəyişikliklər....
  • Valyuta spekulyasiyası və maliyyə krizləri



Mənbələr

  • P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley.

  • H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2007.

  • H. Seyidoğlu, Uluslararası Finans, IV. Baskı, İstanbul, 2007.

  • R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2009.



Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin