Mündəricat



Yüklə 445 b.
tarix14.01.2017
ölçüsü445 b.



Mündəricat

  • Giriş ........................................................................................................................................................................ 3

  • Çoxtərəfli ticarət sistemi ......................................................................................................................................... 4

  • GATT və DTT (WTO) neoklassik nəzəriyyəyə əsaslanır ...................................................................................... 5

  • GATT-ın formalaşması ........................................................................................................................................... 6

  • GATT-ın məqsədləri ............................................................................................................................................... 7

  • GATT-ın əsas prinsipləri ........................................................................................................................................ 8

  • GATT-ın dünya ticarətini sərbəstləşdirmə mexanizmi ........................................................................................... 9

  • GATT və ticarət raundları ..................................................................................................................................... 10

  • Müxtəlif GATT siyasət və mexanizmləri ............................................................................................................ 14

  • DTT nədir? ............................................................................................................................................................ 16

  • Dünya Ticarət Təşkilatının formalaşması ............................................................................................................. 17

  • DTT-xülasə ........................................................................................................................................................... 18

  • DTT-nin təşkilatı strukturu ................................................................................................................................... 19

  • DTT: Qərar qəbulu prosesi ................................................................................................................................... 21

  • DTT-nin məqsədləri .............................................................................................................................................. 23

  • DTT (WTO ): prinsiplər ........................................................................................................................................ 24

  • DTT-nin funksiyaları ............................................................................................................................................ 27

  • Uruqvay Raundu və DTT dövrü .......................................................................................................................... 29

  • DTT Yekun Sənədi ............................................................................................................................................... 35

  • DTT(WTO)-siz dünya ticarəti ............................................................................................................................. 38

  • DTT ( WTO) ilə dünya ticarəti ............................................................................................................................. 39

  • DTT (The World Trade Organization) ünvanı ...................................................................................................... 40

  • Mənbələr ............................................................................................................................................................... 41



Giriş

  • II.Dünya müharibəsindən sonra ortaya çıxan dünya ticarətini liberallaşdırma meylləri hazırda da sürətli bir formada davam edir.

  • 1980-90-cı illərdən etibarən başlayan qloballaşma prosesinin iqtisadi aspekti daha qabarıqdır.

  • İqtisadi qloballaşmanın 3 aspekti diqqəti cəlb edir:

    • Ticarətin qloballaşması
    • Maliyyənin qloballaşması
    • İstehsalın qloballaşması (transmilli şirkətlər)
  • Ticarətin qloballaşması prosesi 1947-ci ildə GATT-ın formalaşdırılmasıyla başlayır.

  • Ticarətin qloballaşması iki ayrı istiqamətdə inkişaf edir:

    • GATT və ya sonradan DTT çərçivəsindəki çoxtərəfli danışıqlar
    • İqtisadi inteqrasiyalar


Çoxtərəfli ticarət sistemi

  • Bu günkü çoxtərəfli ticarət sistemi üç mərhələdə formalaşmışdır:

    • GATT (Gömrük Tarifləri və Ticarət üzrə Baş Saziş – 1948)
    • Ticarət müzakirələri turları
    • 1994 Mərakeş Konfransında DTT-nın qurulması və Uruqvay Raundu Sazişləri


GATT və DTT (WTO) neoklassik nəzəriyyəyə əsaslanır

  • Bütün ölkələr ticarətdən qazanır

  • Daha çox ticarət = daha çox fayda

  • Bütün sektorlar bərabərdir

  • Azad ticarət optimaldır

  • Müqayisəli üstünlük sahələrində ixtisaslaşma optimaldır.



GATT-ın formalaşması

  • 1930-cu illərdə dünya ticarətində proteksionizm və iqtisadi millətçilik hərəkatları geniş yayılmışdı.

  • Bu vəziyyətdən xüsusilə Qərbin sənayeləşmiş ölkələri şikayətçi idi.

  • 1944-cü ildə Bretton Woods Konfranslarında IMF (BVF)və Dünya Bankı formalaşdırılmışdır.

  • 1947-1948-ci illər arasında Havanada toplanan 50-dək ölkənin təmsilçisi Beynəlxalq Ticarət Təşkilatı (ITO) formalaşdırılması qərarı qəbul etdilər.

  • ITO nizamnaməsində qurumun əsas vəzifəsi beynəlxalq ticarətin liberallaşdırılması idi. Ancaq nizamnamə kəskin müxalifət səbəbi ilə ölkələrin parlamentlərindən keçmədi.

  • 1948-ci ildə beynəlxalq ticarətin liberallaşdırılması ilə bağlı keçici olaraq GATT sazişi imzalandı və onun parlamentlər tərəfindən təsdiqlənməsi tələb edilmirdi.

  • GATT getdikcə davamlılıq qazandı və Cenevrədə daimi katibliyi formalaşdırıldı.



GATT-ın məqsədləri

  • Ticarətin sərbəstləşdirilməsi,

  • Ticarət maneələrinin aradan qaldırılması və beynəlxalq ticarətin prinsip və qaydalarının formalaşdırılması,

  • Şəffaf və proqnozlaşdırıla bilən ticarət sisteminin formalaşdırılması,

  • Proteksionizmin miqdar məhdudiyyətləri əvəzinə tariflər vasitəsilə həyata keçirilməsi,

  • Tariflərin tətbiqi və zaman keçdikcə dərəcələrinin aşağı salınması.



GATT-ın əsas prinsipləri

  • Ən çox himayə olunan ölkə prinsipi

    • Bir ölkənin hər hansı bir ölkəyə təmin etdiyi hər hansı bir hüquq və üstünlüyün digər üzv ölkələrə də təmin etməsi.
  • Milli rejim prinsipi

    • Yerli məhsul ilə idxal məhsul arasında birbaşa və ya dolayı olmaqla vergiləndirmə və ya digər öhdəliklər baxımından yerli məhsul lehinə diskriminasiya yaradılmaması.


GATT-ın dünya ticarətini sərbəstləşdirmə mexanizmi

  • Üzv ölkələr arasında müəyyən fasilələrlə həyata keçirilən çoxtərəfli taarif müzakirələri yolu ilə reallaşdırılırdı.

  • Müzakirə metodu “qarşılıqlı güzəşt” (reciprocity) prinsipi olmuşdur. Yəni müəyyən malların mühüm ixracatçısı olan ölkə və ya ölkə qrupları başlıca ticarət ortaqlarından, onlara sattıqları mallar üzərində gömrük endirimləri tələb edirlər, onlar da qarşı tərəfə müvafiq güzəşt edilər.

  • GATT müzakirələrində əsl bazarlıqlar ABŞ və Yaponiya kimi ölkələr və ya ölkə qrupları arasında olmuşdur.

  • Müəyyən idxalatçı və ixracatçılar arasında əldə edilən taarif uzlaşmaları daha sonra ümumi bir taarif sazişi ilə bütün üzvlərə şamil edilmişdir.

  • “Qarşılıqlı güzəşt” prinsipinin bir istisnası zəif inkişaf etmiş ölkələrlə bağlı olmuşdur. Uruqvay raunduna qədər bunlar qarşılıqlı taarif endirimlərinə getmədən güzəştlərdən istifadə edirdilər. Bu raunddan sonra onlar da prosesə qatılmışdır.



GATT və ticarət raundları

  • 1947-ci ildə Cenevrədə reallaşdırılan ilk iclasla birlikdə baş tutan GATT müzakirə raundlarının sayı səkkizdir.

  • Əvvəlki müzakirələr, xüsusilə ABŞ və Qərbi Avropa ölkələri arasında intensiv xarakter alsa da, sonradan bura Yaponiya da qoşuldu.

  • Getdikcə regional iqtsiadi inteqarsiyalar formalaşmış və bu qruplar iclaslarda vahid bir təmsilçi ilə iştirak etmişlər (AB, EFTA, Nordik Topluluğu ve ASEAN).

  • Kennedy Raundu ilə taarif endirimlərinin ayrı-ayrı maddələr üzərində deyil, bütün taariflər üzərində müəyyən nisbətlərdə həyata keçirilməsi metodu qəbul edilmişdir.



GATT və ticarət raundları

  • İlk iclaslarda ancaq sənaye məhsulları müzakirə predmeti olmuş və taarif endirimləri müzakirə edilmişdir. Zaman keçdikcə bu sahədə məhdud irəliləyiş olmuşdur. Məsələn, Kennedy Raundunda dempinqə qarşı Anti-Dempinq Kodeksi qəbul edilmiş, Tokyo Raundunda da ilk dəfə qeyri-taarif maneələri müzakirəyə çıxarılmışdır.

  • Ən əhatəli Uruqvay Raundunda isə əmtəə ticarətinə əlavə olaraq, xidmət ticarəti, sənaye və intellektual mülkiyyət hüquqlarının qorunması və kənd təsərrüfatı subvensiyaları ilə digər qeyri-taarif vasitələri müzakirəyə çıxarılmışdır.



GATT və ticarət raundları





Müxtəlif GATT siyasət və mexanizmləri

  • Qoruma vasitəsi kimi gömrük taariflərinə üstünlük verilməsi

    • Yəni taarif kvotadan daha üstündür.
  • GATT və “Haqsız Rəqabət”

    • GATT 1947’də nəzərdə tutulmuşdur.
    • Dempinqə qarşı anti-dempinq vergisi tətbiq etmə səlahiyyəti verilmişdir.
    • İxracat subvensiyalarına qarşı idxalatçı ölkəyə kompensasiya edici vergi tətbiq etmə səlahiyyəti verilmişdir.
    • Tokyo Raundunda “Anti-Dempinq Kodeksi” və “Subvensiyonlar və Kompensasiya Edici Vergilər Kodeksi” qəbul edilmişdir.


Müxtəlif GATT siyasət və mexanizmləri

  • GATT və Ətraf Mühitin qorunması

    • Ətraf mühitlə bağlı GATT siyasətləri mühüm dərəcədə tənqid edilmişdir.
    • Ətraf mühit məsələsi Uruqvay Raundunda gündəliyə gətirilsə də hər hansı bir qərar qəbul edilə bilməmişdir.
  • GATT və Yeni Proteksionizm Cərəyanı

    • Bir üzv ölkənin ixracatı, idxalatçı üzv ölkədə ciddi bir zərərə yol açarsa və ya belə bir təhlükə doğurarsa, bu halda idxalatçı ölkənin hökuməti daxili bazarını qorumaq məqsədilə məhdudlaşdırıcı tədbirlər alma hüququna malikdir.




Dünya Ticarət Təşkilatının formalaşması

  • 1 Yanvar 1995-ci ildə Uruqvay Müzakirələri (Raundu) nəticəsində və GATT-ın əsasında formalaşdırılmışdır.

  • GATT sənaye malları üzərindəki dünya ticarətini sərbəstləştirməyə istiqamətlənmişdir.

  • DTT-nin isə səlahiyyətləri daha da artırılmış, sənaye, kənd təsərrüfatı və xidmət ticarətinin liberallaşdırılması ilə birgə intellektual mülkiyyət hüquqlarını da əhatə edir.

  • GATT 1947 Uruqvay Müzakirələrində yeniləşdirilərək GATT 1994 adı ilə DTT-nin tərkibinə daxil edilmiştir.

  • Bu gün, Qərbin bütün sənaye ölkələri daxil olmaqla, dünya ticarətinin 90%-ni əhatə edən 150-dən çox ölkə təşkilatın üzvüdür.



DTT-xülasə





DTT-nin təşkilatı strukturu

  • Nazirlər Konfransı (Ministerial Conference)

    • Üzv ölkələrin müvafiq nazirlərindən formalaşır.
    • Ən ali qərar qəbuledici instansiyadır.
    • Ən azı 2 ildə bir dəfə toplanır.
  • Baş Şura (General Council)

    • Vaxtaşırı toplanır və bütün üzv ölkələrin nümayəndələrindən formalaşır.
    • Nazirlər Konfransı adından fəaləiyyət göstərir.
    • Cenevrədə toplanır.
  • Baş direktor

    • Təşkilatı təmsil edir və müvafiq nazirlər tərəfindən təyin edilir.
  • Şuralar:

    • Mal ticarəti
    • Xidmət ticarəti
    • Ticarətin intellektual mülkiyyət hüquqları
  • Müxtəlif komitələr

  • İdarəetmə üzvlük və konsensusa əsaslanır.

  • Mərkəzi Cenevrədədir.



DTT: Qərar qəbulu prosesi



  • İlk addım danışıqdır.



DTT-nin məqsədləri

  • Ticarətdə maneələrin, məhdudiyyətlərin və qadağaların aradan qaldırılması,

  • Dünya ticarətinin qayda və prinsiplərə əsaslanan şəffaf və proqnozlaşdırıla bilən bir sistemə çevrilməsi,

  • Resursların daha səmərəli istifadə edilməsi,

  • Ticarətin liberallaşdırılması və artırılması.



DTT (WTO ): prinsiplər

  • Diskriminasiyanın aradan qaldırılması:

    • Üzvlər ticarət partnyorları arasında diskriminasiyaya yol verə bilmirlər.
    • İstisnalar (Exceptions): Azad ticarət sazişləri, İEOÖ məhsulları üçün tarif üstünlükləri, GATT XX paraqrafı və ticarət həlləri.
    • Milli rejim:
    • Idxal məhsulları və yerli məhsullar bərabər qəbul edilməlidir.
    • Məhsul və ya xidmət bazara daxil olduğu halda tətbiq olunur.


DTT (WTO): prinsiplər

  • Azad ticarət:

    • Danışıqlar
    • Mərhələlərlə ticarət baryerlərinin azaldılması
    • Proqressiv liberallaşdırma
  • Stabillik və proqnozlaşdırıla bilmə:

    • Biznes və investisiya mühitinin yaxşılaşdırılması
    • DTT-də öhdəliklər götürülür.
  • Şəffaflıq tələbləri.



DTT (WTO): prinsiplər

  • Ədalətli rəqabəti stimullaşdırma:

    • Dempinq və subsidiyalar üzrə qaydalar
  • İnkişafı və islahatı həvəsləndirmə:

    • İnkişaf etməkdə olan ölkələr və keçid ölkələri üçün elastikliklər
    • Keçid dövrləri
    • Texniki kömək.


DTT-nin funksiyaları

  • Uruqvay Raundu ilə birlikdə GATT instutsional bir struktur olan Dünya Ticarət Təşkilatına çevrilmişdir.

  • DTT Mərakeş Sazişlərinin həyata keçirilməsindən məsuldur.

  • DTT-nin Təsis Sazişinin maddələrindən irəli gələrək, ticarətin liberallaşdırılması bir “proses” kimi qəbul edilmişdir.

  • Bu istiqamətdə irəliləyiş əldə edilməsi yeni müzakirə proseslərini reallaşdıracaq və bu müzakirələr də yenə DTT çərçivəsində həyata keçiriləcəkdir.



DTT-nin funksiyaları

  • Təşkilatın funksiyalarına daxil olan (GATT-dan miras qalan) sazişlərin reallaşdırılması və idarə edilməsinin təmini,

  • Həyata keçiriləcək çoxtərəfli ticarət müzakirələri üçün bir forum təşkil etmək, ticarəti sərbəstləşdirmə cəhdlərinə yeni sahələr əlavə etmək,

  • Üzvlər arasında çıxa biləcək anlaşmazlıqları sürətlə və səmərəli şəkildə həll etmək üçün bir vasitəçilik mexanizmi qurmaq (Anlaşmazlıqların Həlli Orqanı).

  • Üzvlərin xarici ticarət siyasətlərini monitorinq etmək və qiymətləndirmək (Ticarət Siyasətlərini Monitorinq Mexanizmi – TPRM, Ticarət Siyasətlərini Monitorinq Orqanı),

  • Daimi instutsional struktur kimi BVF, Dünya Bankı və bunlarla əlaqəli qurumlarla yaxın əməkdaşlıq etmək,

  • Beynəlxalq ticarət sisteminin faydalarından istifadə etmələri üçün inkişaf etməkdə olan ölkələrə və keçid ölkələrinə kömək etmək.



Uruqvay Raundu və DTT dövrü

  • Uruqvay Raundu, 1986-cı ilin sentyabr ayında Uruqvayın Punta del Este şəhərində başlamış və 15 aprel 1994-cü ildə Mərakeşin Mərakeş şəhərində 125 ölkənin Yekun Sənədi imzalaması ilə nəticələnmişdir.

  • Başlanğıc mərhələdə müzakirələrin 4 il davam etməsi planlaşdırılmışdı. Ancaq, kənd təsərrüfatı subvensiyalarının aradan qaldırılması ilə bağlı ABŞ-la Avopa İttifaqı (xüsusilə Fransa) arasında ortaya çıxan fikir ayrılıqları səbəbilə 4 il də uzandı.

  • Burada kənd təsərrüfatı subvensiyaları ilə yanaşı, xidmət ticarətinin sərbəstləşdirilməsi də ilk dəfə müzakirəyə çıxarılmışdır.

  • Həmçinin taarif və qeyri-taarif maneələrinin aradan qaldırılaraq yeni proteksionizmin yayılmasının qarşısının alınması, intellektual və sənaye mülkiyyəti hüquqlarının qorunması və rəsmi tenderlərdə yerli firmalar lehinə tətbiq edilən diskriminasiyanın ləğv edilməsi, digər mühüm məsələlər arasında olmuşdur.



Uruqvay Raundu və DTT dövrü

  • Uruqvay Raundunun digər mühüm bir nəticəsi də DTT-nin qurulmasıdır.

  • Müzakirələrdə GATT-47 sazişinə dəyişiklik edilmiş və ortaya çıxan yeni saziş GATT-94 adı altında DTT-nin əsasını təşkil etmişdir.



Uruqvay Raundu və DTT dövrü

  • Müzakirələrdə əldə edilən nəticələri aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür:

    • Sənaye malları üzərindəki gömrük taarifləri
      • İnkişaf etmiş ölkələr sənaye məhsulları üzərindəki taariflərdə yenidən orta hesabla 34% həddində bir endirim həyata keçirməyi qəbul etdilər. Beləliklə, bu sahədəki taarif səviyyəsi Uruqvay Raundundan sonrakı endirimlərlə 3%-ə enmiş olacaqdır.
    • Könüllü ixracat məhdudiyyətləri
      • Ümumiyyətlə “boz sahə tədbirləri” də adlandırılan könüllü ixracat məhdudiyyətləri və ya daxili bazarın tənzimlənməsi sazişləri kimi tədbirlər 4 illik müddət ərzində tamamilə ortadan qaldırılacaqdır.
    • Zəif inkişaf etmiş ölkələr
      • Zəif inkişaf etmiş ölkələrə məcburedici taarif endirimləri nəzərdə tutulmuşdur.
    • Kənd təsərrüfatı
      • - Kənd təsərrüfatı ilə bağlı öhdəliklər üç qrupda toplanmışdır: bazara giriş, daxili dəstəklər və ixracatdakı subvensiyalar.


Uruqvay Raundu və DTT dövrü

    • Toxuculuq və geyim sektoru
      • Bu mallar üzərindəki Çoxliflilər Sazişinə əsaslanaraq tətbiq edilən ixracat kvotaları 10 illik bir dövrdə daha az məhdudlaşdırıcı olan taariflərlə əvəz olunacaq və bu müddətdə taariflər də 25% həddində endiriləcəkdir.
    • Xidmətlər ticarəti
      • Xidmətlər sferasında liberallaşmanı təmin etmək məqsədilə Xidmətlər Ticarəti Baş Sazişi (General Agreement on Trade in Services –GATS) qəbul edilmişdir.
    • Sənaye və intellektual mülkiyyət hüquqları
      • 1967 Paris Sazişi, 1971 Bern Sazişi, Roma Sazişi və əlaqəli digər sazişlər qəbul edilmiş və üzv ölkələrin əməl etməli olduqları bəzi standartlar formalaşdırılmışdır.
    • Miqdar məhdudiyyətləri
      • Qanunsuz olaraq müəyyən hallarda tətbiq edilə biləcək miqdar məhdudyyətlərinin sənayeləşmiş ölkələrdə 2 il, inkişaf etməkdə olan ölkələrdə 5 il ərzində aradan qaldırılması nəzərdə tutulmuşdur.
    • Ticarət siyasətlərinin monitorinqi mexanizmi (TPRM)
      • İlk dəfə bu çərçivədə fəaliyyət göstərəcək bir orqan formalaşdırılmışdır.
    • Ticarətlə əlaqəli investisiya tədbirləri
      • - Emal sənayesindəki xarici investisiyalı biznes subyektlərinin əməl etməli olduqları yerli məhsuldan istifadə və ya ixracat həyata keçirmə kimi məcburi öhdəliklərin də mərhələli şəkildə ortadan qaldırılması nəzərdə tutulmuşdur.


Uruqvay Raundu və DTT dövrü

  • DTT-nın anlaşmazlıqların həlli mexanizmi

    • Təsirli və effektiv şəkildə işləyən mexanizmdir.
    • “Neqativ konsensus” prinsipinə əsaslanır.
    • Proses avtomatik şəkildə başlayr və təklikdə bir üzvün prosesi dayandıra bilməsi mümkün deyildir.
    • Yalnız üzv ölkələrin arasında ortaya çıxan anlaşmazlıqlara tətbiq edilir.
    • Mexanizm çərçivəsində alınan qərarların icrası məcburi xarakter daşıyır.


Uruqvay Raundu və DTT dövrü

  • Çoxtərəfli ticarət qaydaları toplusu

    • Ticarət və Taariflər üzrə Baş Saziş 1994
    • Xidmətlərlə ticarət üzrə baş saziş
    • Ticarətin intellektual mülkiyyətlə bağlı aspektləri
    • Müzakirələrin tənzimlənməsi anlayışı
    • Ticarət siyasəti icmalı mexanizmi


DTT Yekun Sənədi

  • Yekun Sənəd = [29 Saziş + Razılaşma mətnləri]

  • Türkiyə DTT-nin qurucu üzvü kimi yekun sənədin ratifikasiya prosesini 1995-ci ildə tamamlamışdır.



DTT Yekun Sənədi

  • DTT-ni Təsis edən Saziş

  • ƏLAVƏ 1A Əmtəə Ticarətilə bağlı Sazişlər (GATT 94)

    • Kənd təsərrüfatı Sazişi
    • Sağlamlıq Tədbirləri Sazişi
    • Toxuculuq və Geyim Sazişi
    • Ticarətdə Texniki Maneələr Sazişi
    • Ticarətlə Əlaqəli İnvestisiya Tədbirləri Sazişi
    • Anti-dempinq Sazişi
    • Gömrük Dəyərinin Müəyyənləşdirilməsi Sazişi
    • Məhsulun Göndərilmədən Öncəki Monitorinqi Sazişi
    • Mənşə Qaydaları Sazişi
    • İdxalat Lisenziyaları Sazişi
    • Subvensiyalar və Kompensasiya edici Tədbirlər Sazişi
    • Proteksionist Tədbirlər Sazişi


DTT Yekun Sənədi

  • ƏLAVƏ 1B Xidmətlər Ticarəti Baş Sazişi (GATS)

    • GATS-ın əhatə etdiyi sektorlar: hava nəqliyyatı, maliyyə xidmətləri, dənizçilik xidmətləri, telekomunikasiya, turizm, sağlamlıq, təhsil, peşə xidmətləri və oxşar sektorlar.
  • ƏLAVƏ 1C İntellektual Mülkiyyət Hüquqları Sazişi (TRIPS)

  • ƏLAVƏ 2 Anlaşmazlıqların Həlli Qayda və Prosedurları ilə bağlı Razılaşma Mətni

  • ƏLAVƏ 3 Ticarət Siyasətlərinin Monitorinqinin Həyata Keçirilməsi (TPRM)

  • ƏLAVƏ 4 Çoxlu Sazişlər

  • +

  • Digər Nazirlər Konfransı Qərarları və Razılaşma Mətnləri



DTT(WTO)-siz DÜNYA TİCARƏTİ



DTT ( WTO) ilə dünya ticarəti



DTT (The World Trade Organization) ünvanı



Mənbələr

  • P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley.

  • H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2009.

  • R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2009.

  • www.wto.org – DTT rəsmi WEB səhfəsi

  • www.wto.az DTT və Azərbaycan səhfəsi




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə