Müqavilə №04/2022 Bakı şəhəri 16 may 2022-ci IL Bundan sonra “satici” adlanacaq ”Emin-M1” mmc



Yüklə 59 Kb.
səhifə1/3
tarix08.10.2022
ölçüsü59 Kb.
#118170
  1   2   3
\'\'Fərdi sahibkar\'\'Əsgərli Hidayət Əsgər oğlu


Müqavilə № 04/2022
Bakı şəhəri 16 may 2022-ci il
Bundan sonra “SATICI” adlanacaq ”Emin-M1” MMC-nin nizamnaməsi əsasında fəaliyyət göstərən direktoru İmanov Rafiq Əsgər oğlunun şəxsində bir tərəfdən və bundan sonra “ALICI” adlanacaq “Fərdi Sahibkar” Əsgərli Hidayət Əsgər oğlunun (VÖEN 3501240002) şəxsində, digər tərəfdən aşağıda göstərilən şərtlər əsasında hazırkı müqaviləni bağladılar.

  1. Müqavilənin mövzusu, həcmi və şərtləri


    1. ALICI aşağıda göstərilən şərtlərə uyğun olaraq SATICI-dan 59.00 (əlli doqquz min manat 00 qəpik) min manat (ƏDV-ilə birlikdə)dəyərində qara metal külçəsinin (bundan sonra MAL) almağı öz öhdəsinə götürür.

    2. MAL bütün növ nəqliyyət vasitəsi ilə göndərilə bilər.

    3. SATICI satılan MALı öz anbarında ALICInın nümayəndəsinə təhvil verir.

    4. MALın daşınması alıcının nəqliyyatı vasitəsi ilə həyata keçirilir.

    5. MALın göndərilmə tarixi yolasalma sənədlərində qaimə fakturalarda göstərilən tarix hesab

edilir.

  1. Müqavilənin qiymət və ödəmə şərtləri

2.1 Satılan MALın bir tonunun qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq SATICI


tərəfindən ALICIya verilən hesab-fakturada göstərilir.
2.2 ALICI aldığı MALın dəyərini aldığı hesab-faktura əsasında köçürmə yolu ilə
ödəyir. Ödəmə avans və ya Malın təqdim olunmasından sonra təmin oluna bilər.
2.3 Ödəniş həyata keçirildikdən sonra qiymətin dəyişdirilməsi labüd olarsa, qiymət dəyişdiril-
məsi tərəflər arasında bu müqaviləyə yazılı əlavə şəkilində tərtib olunaraq tərəflərin imza və
möhürləri ilə təstiq olunur
2.4 Malın təhvil verilməsi və “Alıcı”ya çatdırılması başa çatdıqdan sonra (Elektron qaimə təqdim
olunduqdan sonra) “Alıcı” tərəfindən ödənişin gecikdirilməsi halında (üç iş günü ərzində
ödəniş gecikmə hesab olunmur) “Alıcı” “Satıcı”ya hər gecikdirilən gün üçün ödənməmiş
məbləğin 0.1%-i miqdarında dəbbə pulu ödəməlidir. Ödənişin gecikdirilməsi 30 təqvim
gününü aşdığı halda dəbbə pulu hesablanmaqla borcun alınması üçün Azərbaycan
Respublikası qanunvericiyinə uyğun olaraq “Satıcı” müvafiq qurumlara müraciət edə bilər.




  1. Yüklə 59 Kb.

    Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin