MüqaviLƏ №14/11/2021 Bakı şəhəri “14” Noyabr 2021-ci IL Müqavilənin tərəfləri


Malların qablaşdırılması, markalanması v



Yüklə 27,92 Kb.
səhifə2/4
tarix08.12.2023
ölçüsü27,92 Kb.
#138459
1   2   3   4
Alqi Satqi muqavilesi Abdullahi Necef

5. Malların qablaşdırılması, markalanması və daşınması
5.1. Mallar müqavilənin xüsusi şərtlərində göstərilmiş tələblərə uyğun qablaşdırılmalı, markalanmalı və müəyyənləşdirilmiş son təyinat məntəqəsinədək daşınmalıdır.
6. Müqavilə üzrə ödəmələr
6.1. Müqavilə üzrə ödəmələr «Alıcı» tərəfindən əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, «Satıcı» nın təqdim etdiyi Elektron-qaimələr əsasında, 1 (bir) həftə ərzində aparılır.
6.2. Müqavilə «Satıcı» və ya «Alıcı» tərəfindən ləğv olunursa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərilən qaydada ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir.
7. Müqavilənin icrası
7.1. Müqavilə «Alıcı» və «Satıcı» tərəfindən imzalandığı andan qüvvəyə minir və 24 Avqust 2021-ci il tarixinədək qüvvədədir. Müqavilənin xüsusi şərtlərində Sifarişçinin yuxarı təşkilatı tərəfindən bağlanmış müqavilənin təsdiqlənməsi nəzərdə tutulubsa, müqavilə təsdiq olunan andan qüvvəyə minir.
7.2. Müqavilənin icrası müqavilənin xüsusi şərtlərində göstərilmiş müddət ərzində və Sifarişçi tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişdirilə bilər. Bu hallarda İcraçının müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişilmir.
8. Müqavilənin icrası müddətində qüsurların aradan qaldırılması
8.1. Müqavilənin icrası müddətində «Alıcı» aşkar olunmuş qüsurlar haqqında «Satıcı»ya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir.
8.2. «Satıcı» qüsurlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət müddəti ərzində aradan qaldırır.
8.3. «Satıcı» məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, «Alıcı» həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və «Satıcı»ya ödəniləcək məbləğdən çıxır.

Yüklə 27,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin