1.Müqavilənin tərəfləri Bu müqavilə bir tərəfdən, bundan sonra «Alıcı» adlandırılacaq Fiziki şəxs Abdullahi Nəcəf Vəli oğlu VÖEN 1805417732 şəxsində və digər tərəfdən, bundan sonra «Satıcı» adlandırılacaq Fiziki şəxs Həsənov Niyaməddin Nürəddin oğlu VÖEN 1902710972 şəxsində bağlanmışdır.
2.Müqavilənin predmeti 2.1. Tərəflər təsdiq edirlər ki, Sifarişçi bu müqavilənin tərkib hissəsi olan protokollra əsasən “Satıcı” ona məxsus malları satmağı, “Alıcı” isə onların dəyərini ödəməklə almağı öhdələrinə götürürlər. «Satıcı» bu müqavilənin tərkib hissəsi olan protokollara uyğun həmin malları akt tərtib edilməklə «Alıcı»ya təhvil verir.
2.2. «Alıcı» müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların «Satıcı»dan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.
3. Tətbiq olunan hüquq 3.1. Müqavilənin müddəalarının şərhi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq aparılmalıdır. Müqavilənin icrası ilə əlaqədar tətbiq olunan əlavə hüquqi normalar və sənədlər müqavilənin xüsusi şərtlərində göstərilməlidir.
3.2. İcraçı müqavilənin icrası ilə əlaqədar əqli mülkiyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin («Patent haqqında», «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında», «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında», digər qanunların və əlaqədar normativ hüquqi aktların) tələblərinə riayət edir və həmin qanunvericiliyin pozulması nəticəsində üçüncü şəxslərin iddialarından Sifarişçini qoruyaraq onların qarşısında məsuliyyət daşıyır.
4. Tərəflərin öhdəlikləri 4.1. «Satıcı» malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir.
4.2. «Satıcı» müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra müqaviləni imzalayır. İcraçının bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir.
4.3. «Satıcı» müqavilənin icrası ilə bağlı müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş icazələrin, lisenziyaların və müvafiq razılaşmaların alınmasını təmin edir.
4.4. «Alıcı» müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurların İcraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.
4.5. «Alıcı» müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və «Alıcı»ya vaxtında çatdırılmasına təminat verir.