Müqavilə
(peşəkar xidmətlərin göstərilməsi haqqında)
Bu xidmət müqaviləsi, (bundan sonra “Müqavilə” adlanacaq) _______________ il tarixdə Bakı şəhərində, aşağıda göstərilən şəxslər arasında imzalanmışdır:
Hüquqi ünvanı __________________________, VÖEN-ni ______________, olan, “TARAFDASH CONSULTİNG” MMC (bundan sonra “Sifarişçi” adlanacaq), onun Direktoru ___________________________ oğlu simasında bir tərəfdən
və
_______________________________
(İcraçının Sоyаdı, Аdı, Аtаsını аdı)
__ __________________________________
(İcraçının ünvanı)
___ ___________ _____________
(İcraçının vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin
_ ______________________________
adı, onun seriya və nömrəsi, verildiyi tarix və
___________ ________ _________________
onu verən orqanın adı)
____________ _________ _____________
(İcraçının VÖEN-si)
(bundаn sоnrа “İcraçı” adlanacaq) digər tərəfdən.
Sifarişçi və İcraçı bundan sonra bu Müqavilədə birlikdə “Tərəflər” və ayrılıqda isə “Tərəf” kimi də adlandırılacaqlar.
Bununla Tərəflər aşağıdakıları barədə razılaşdılar:
Predmet
Hazırkı Müqavilə ilə, İcraçı, Müqavilənin 1-saylı Əlavəsində açıqlanan xidmətlərin (bundan sonra “Xidmətlər” adlandırılacaq) bu Müqavilə ilə nəzərdə tutulmuş şərtlər əsasında göstərilməsini təmin edir, Sifarişçi isə həmin Xidmətlərin göstərilməsinə görə İcraçıya hazırkı müqavilə üzrə nəzərdə tutulmuş xidmət haqqı ödəyir.
Bu Müqаvilə bаğlаnаn tarixdən onun Tərəfləri arasında yаrаnan münаsibətlər, Tərəflərin hüquqlаrı, vəzifələri və məsuliyyəti Azərbaycan Respublikası mülki qanunvericiliyi ilə tənzimlənir.
Müqаvilənin müddəti
Bu Müqаvilə, 1 (bir) il müddətinə bağlanır və hər hansı Tərəfin ona Müqavilə və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada xitam verməsi halı istisna olmaqla __________-cı il tarixindən _____________-ci il tarixədək etibarlı hesab olunur.
Müqavilənin hər bir Tərəfi Müqavilənin digər Tərəfinə azı 1 (bir) təqvim ayı əvvəlcədən yazılı bildiriş təqdim etməklə, Müqaviləyə istənilən zaman birtərəfli qaydada və əsasından asılı olmayaraq xitam vermək hüququna malikdir.
Tərəflərdən biri bu Müqaviləni əhəmiyyətli şəkildə pozduqda və digər Tərəfin yazılı xəbərdarlığını aldıqdan sonra 15 gün ərzində pozuntunu aradan qaldırmadıqda digər Tərəf dərhal bu Müqaviləni ləğv edə bilər. Müqavilənin bu cür ləğvi zamanı, müqaviləni ləğv edən Tərəf pozuntu və xitam nəticəsində dəyən zərərin ödənilməsini digər Tərəfdən tələb edə bilər.
Bu Müqavilənin müddəti başa çatdıqda və ya ona vaxtından əvvəl xitam verildikdə Tərəflər 15 (on beş) bank günü ərzində qarşılıqlı hesablaşmaları yerinə yetirməlidirlər.
Bu Müqavilənin xitamı heç bir Tərəfi digər Tərəf qarşısında xitam vaxtı artıq yaranmış və ya xitamdan qabaqkı hərəkət və ya hərəkətsizlik nəticəsində daha sonra yaranan məsuliyyətdən azad etmir.
Bu Müqavilədə birbaşa göstərilən halda və ya mahiyyət etibarilə bu Müqavilənin xitamından sonra qüvədə qalmalı olan müddəalar bu müqavilənin xitamından sonra da qüvvədə qalır.
Xidmətlərin göstərilməsi şərtləri və qaydaları
İcraçı bu Müqavilənin 1-saylı Əlavəsində açıqlanan Xidmətlərə uyğun olaraq və həmin Xidmətlərin mahiyyətindən irəli gələn öhdəlikləri vaxtında və layiqincə yerinə yetirməlidir.
Xidmətlərin həcmi və mahiyyəti ilə bağlı dəyişikliklərin edilməsinə yalnız Tərəflərin qarşılıqlı yazılı razılıqları əsasında yol verilir.
Xidmətlər Sifarişçiyə məxsus ofis və digər sahələrində göstəriləcək və bununla bağlı, İcraçı Sifarişçinin bütün daxili qaydalarına layiqincə əməl etməlidir və həmin qaydaların pozulmasına gətirən hərəkətlərə yol verməməlidir. Xidmətlərin göstərildiyi yer Sifarişçi tərəfindən müəyyən edilir və vaxtaşırı olaraq Sifarişçinin qərarı ilə dəyişdirilə bilər.
İcraçı Xidmətlərin göstərilməsinə __________-cı il tarixdə başlamalıdır.
Xidmətlər Sifarişçinin daxili iş rejimində, yəni hər həftənin bazar ertəsi günündən başlayaraq həftənin cümə günün sonunadək (səhər saat 09:00-dan axşam saat 18:00-dək) göstərilməlidir.
Ödəniş şərtləri
İcraçı tərəfindən bu Müqavilə əsasında göstərilən Xidmətlərin ümumi aylıq dəyəri, bütün vergilər digər məcburi ödənişlər də daxil olmaqla _______ AZN (____________) təşkil edir (bundan sonra “Aylıq xidmət haqqı” adlanacaq).
Qanunla İcraçının üzərinə düşən bütün vergi və digər məcburi ödənişlər üzrə öhdəliklər, İcraçı tərəfindən onun öz hesabına ödənilməlidir.
Aylıq xidmət haqqı, İcraçının ayda azı 160 (yüz altmış) saatdan az olmayaraq Xidmət göstərməsi müqabilində ödənilir. İcraçı bu normadan az xidmət göstərmiş olsa, ona müvafiq ay üçün ödəniləcək Aylıq xidmət haqqı mütənasib olaraq azaldılacaq.
Aylıq xidmət haqqı İcraçının müvafiq bank hesabına hər növbəti ayın 10-cu iş gününədək ödənilir.
Tərəflərin məsuliyyəti və mübahisələrin həll edilməsi qaydası
Tərəflərin hər biri bu Müqavilə üzrə öz öhdəliklərini icra etməməsi və ya layiqincə icra etməməsi nəticəsində Müqavilənin digər Tərəfinə vurmuş olduğu ziyanı tam həcmdə ödəmək məsuliyyətini daşıyır.
Bu Müqavilə ilə bağlı və ya onun icrası zamanı Tərəflər arasında yaranan bütün mübahisələr danışıqlar yolu ilə həll olunur. Danışıqlar müsbət nəticə vermədiyi halda, Tərəflər mübahisələrin həlli məqsədi ilə Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanlarına müraciət edə bilər.
Əqli Mülkiyyət
Bu Müqavilə ilə bağlı İcraçı tərəfindən və ya onun üçün üçüncü şəxslər tərəfindən hazırlanan və Sifarişçiyə təqdim edilən bütün materiallar (çap, video, audio və s.) üzərində müəliifik hüququ və bütün digər əqli mükiyyət hüquqları tam həcmdə Sifarişçiyə keçir. İcraçı Sifarişçinin tələbi ilə hüquqların verilməsi ilə bağlı bütün zəruri sənədləri təmin etməyi və imzalamağı öhdəsinə götürür.
Məxfilik
Tərəflər bu Müqavilə çərçivəsində əldə etdikləri onlara aid kommersiya sirri təşkil edən məlumatları tam məxfi saxlayır və informasiyanın açıqlanmasının dövlət orqanı, məhkəmə və ya qanunvericilkik tərəfindən tələb olunması istisna olmaqla digər Tərəfin qabaqcadan yazılı razılığı olmadan üçüncü tərəflərə yaymamağı öhdələrinə götürürlər və bununla bağlı birbiri qarşısında məsuliyyət daşıyırlar.
Tərəflərin bu Maddə üzrə öhdəlikləri Müqavilənin xitamından sonra da qüvvədə qalır
Tərəflər bu Müqavilənin müddətinin başa çatmasından və ya ona istənilən səbəbdən xitam verilməsindən sonra onlarda birbirinə aid olan sənədləri və digər materialları 15 gün ərzində digər Tərəfə geri qaytarırlar.
|