8.Fors-Major
Tərəflərdən heç biri bu Müqavilə üzrə öhdəliklərinin fors-major şəraiti nəticəcəsində yerinə yetirilməməsinə görə məsuliyyət daşımır, o şərtlə ki, həmin Tərəf digər Tərəfə fors-major şəraitin yaranması barədə belə şərait yarandığı gündən 7 (yeddi) iş günü ərzində şəraitin yaranması və bu müqavilə üzrə öhdəliklərinin yerinə yetirməsinə təsiri barədə yazılı bildiriş göndərsin. Bu bildirişə fors-major şəraitinin yaranmasını təsdiq edən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sənəd əlavə olunmalıdır.
Fors-major şəraiti dedikdə, elan olunmuş və ya faktiki müharibə, epidemiya, epizootiya, blokada, zəlzələ, sel, yanğın və digər təbii fəlakətlər, həmçinin Tərəflərin iradəsindən asılı olmayan və bu Müqavilə imzalandığı tarixdə qabaqcadan görülə və qarşısı alına bilməyən şərait nəzərdə tutulur.
Fors-major şəraiti yarandığı təqdirdə bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi şəraitin davam etdiyi bütün müddət ərzinə təxirə salınır.
9.Digər müddəalar
Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olan iki əsl nüsxədə, tərtib olundu və imzalandı. Müqavilənin hər bir nüsxəsi həm Azərbaycan həm də İngilis mətni daxil edir. Azərbaycan və İngilis dilində olan mətnlər arasında ziddiyyət olarsa, Azərbaycan dilindəki mətn üstünlük təşkil edəcək Tərəflərin hər biri Müqavilənin bir əsl nüsxəsini aldı.
Dostları ilə paylaş: |