Müqavilənin nümunəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 16



Yüklə 0,57 Mb.
səhifə7/11
tarix05.01.2022
ölçüsü0,57 Mb.
#111151
1   2   3   4   5   6   7   8   9   10   11
4. YEKUN MÜDDƏALAR
4.1. Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu və qüvvədə olan digər qanunvericilik aktları ilə tənzimlənir.

4.2. Bu müqavilə tərəflərin imzaladığı və təsdiq etdiyi vaxtdan qüvvəyə minir və bir qayda olaraq vəkilə həvalə edilmiş tapşırıq üzrə yekun qərar çıxarılanadək, işin xarakterindən asılı olaraq tapşırıq icra edildiyi vaxtadək və ya müqavilə ilə müəyyən edilmiş müddətədək qüvvədədir.

4.3. Müqavilə (və müqaviləyə Əlavə) azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan vəkil qurumlarına münasibətdə 3 (üç) nüsxədə tərtib edlir, bir nüsxəsi vəkil qurumunda, bir nüsxəsi hüquqi yardım göstərən vəkildə saxlanılır və bir nüsxəsi isə müraciət edən şəxsə (nümayəndəyə), təqdim edilir. Fərdi qaydada fəaliyyət göstərən vəkil və hüquqi yardım göstərilən şəxslə bağlanan müqavilə bir nüsxəsi fərdi qaydada fəaliyyət göstərən vəkildə, digər nüsxəsi hüquqi yardım göstərilən şəxsdə (nümayəndədə) qalmaqla 2 (iki) nüsxədə tərtib olunur.

4.4. Müraciət edən şəxs təsdiq edir ki, bu müqavilənin bütün şərtlərilə tanış olmuş, həvalə etdiyi işin hüquqi prespektivi, bu tapşırığın icra edilməsinin onun üçün doğura biləcəyi ehtimal edilən bütün risklər vəkil tərəfindən ona izah edilmiş, vəkil işin uğurlu nəticəsinə dair vəd vermədiyini bildirmiş və bundan sonra tərəflər qarşılıqlı surətdə razılığa gələrək bu müqaviləni bağlamışlar.

4.5. Tərəflər müqavilə şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin