MüqaviLƏSİ Bakı şəhəri 2014-cü IL Bir tərəfdən “ " " mmc ” Daşınmaz Əmlak Agentliyinin sonradan “icraçı



Yüklə 18,25 Kb.
tarix21.10.2017
ölçüsü18,25 Kb.
#7876

Daşınmaz əmlakın alınması üzrə vasitəçilik

MÜQAVİLƏSİ

Bakı şəhəri __________________ 2014-cü il

Bir tərəfdən “ "--------" MMC ” Daşınmaz Əmlak Agentliyinin (sonradan “icraçı” adlandırılacaq) nümayəndəsi __________________________________

və digər tərəfdən __________________________________________________

ünvanında yaşayan _________________________________________________

(sonradan “Alıcı” adlandırılacaq) şəxsində, bu Müqaviləni aşağıdakılar barədə bağladılar:



  1. Müqavilənin məzmunu

    1. “İcraçı” satışda mövcud olan və “Alıcı” ya onun üçün maraq kəsb edən daşınmaz əmlak barəsində ətraflı məlumat və məsləhət verir;

    2. “İcraçı” “Alıcı” nın sifarişinə uyğun daşınmaz əmlakın alqısı üzrə ona vasitəsi xidməti göstərir (MM 787.1).

  2. Tərəflərin öhdəlikləri

    1. “İcraçı” üzərinə aşağıdaki öhdəlikləri götürür:

      1. “İcraçı” bu müqaviləyə görə ona tapşırılan işin nəticə əldə olunmasına təminat verilmədən icra etməyi öhdəsinə götürür;

      2. Əmlak haqqında ona məlumat verir və alqı-satqı əməliyyatının bütün mərhələlərində iştirak edir.

    2. “Alıcı” üzərinə aşağıdakı öhdəlikləri götürür:

      1. Bu müqavilənin müəyyən etdiyi qaydada “İcraçı” nın vəzifə borcunu yerinə yetirməsi üçün onun tələblərinə əməl edir (şəxsiyyəti təsdiq edən sənədi və s.);

      2. “Alıcı” bu müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımı səviyyədə həyata keçirilməsi üçün “İcraçı”ya zəruri şərait yaradır və göstərdiyi xidmətin müqabilində ona muzd ödəyəcəyinə zəmanət verir.



  1. Xidmət haqqı (muzdun ödənişi) və hesablaşmalar

    1. Tərəflər arasında bu müqavilə üzrə xidmət haqqı (muzd) daşınmaz əmlakın razılaşdırılmış satış dəyərinin 1 (bir) faizi miqdarında razılaşdırılır;

    2. Razılaşdırılmış xidmət haqqı məbləği alqı-satqı əməliyyatı başa çatdıqda, bir hissəsi beh müqaviləsi və qalan hissəsi isə notariat qaydasında müqavilə təsdiq edilən zaman verilir (MM 783.2; 783.3; 788.1; 788.2);

    3. Əgər alıcı ilə satıcı arasında beh müqaviləsi ilə razılaşdırılmış və behi verilmiş daşınmaz əmlak üzrə əməliyyat baş tutmazsa, beh müqaviləsini pozan tərəf (beh qoyan tərəf pozduqda qoyulmuş behdən və beh alan tərəf pozduqda isə qaytarılan ikiqat cərimədən) “İcraçı”nın xidmət haqqını razılaşdırılmış məbləğin (xidmət haqqı məbləğinin) 50 (əlli) faizi miqdarında ödəyir.

  2. Digər şərtlər

    1. “İcraçı”nın təqdim etdiyi informasiya əsasında daşınmaz əmlakın alıcısı ilə və ya “Alıcı”nın yaxın qohumu (tanışı, dostu) arasında “İcraçı”nın iştirakı olmadan alqı-satqı müqaviləsi bağlandıqda, alqı-satqı müqaviləsi tərəflər arasında bağlanmış və müqavilənin şərtlərindən irəli gələn xidmətin yerinə yetirilməsi hesab edilir, bu müqavilənin ödəniş şərtləri qüvvəsində qalır, yəni “Alıcı” müqavilədə nəzərdə tutulmuş ödəniş üzrə öhdəlikləri yerinə yetirməyə borcludur;

    2. “Alıcı”nın iştirakı ilə beh qoyulduğu zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq beh haqqında razılaşma imzalanır. Razılaşmanın bir nüsxəsi “İcraçı”da saxlanılır.

  3. Fors major

Tərəflər (və ya tərəflər biri) bu müqavilədə nəzərdə tutulmuş öhdəlikləri qismən və ya tam şəkildə qarşısı alınmaz qüvvənin təsiri nəticəsində yaranan və müqavilənin bağlanmasından sonra meydana gələn səbəblərə görə yerinə yetirməsələr, onlar (və ya tərəflərdən biri) məsuliyyətdən azad olunurlar.

  1. Müqavilənin ləğv edilməsi şərtləri

Bu müqavilə aşağıdakı hallarda ləğv edilə bilər:

  1. Onun icra müddəti bitəndə;

  2. Tərəflərin qarşılıqlı razılığı ilə.



  1. Tərəflərin məsuliyyəti

    1. Bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və mənəvi zərəri ödəməlidir (MM 784; 786.1)

    2. Tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr, bir qayda olaraq, danışıqlar vasitəsi ilə həll edilir və ya Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində müvafiq olaraq, maraqlı olan tərəfin iddiası əsasında məhkəmə qaydasında həll edilir.

  2. Müqavilənin qüvvəyə minməsi və fəaliyyət müddəti

    1. Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir;

    2. Tərəflər hər hansı biri əsaslı səbəb olduqda digər tərəfə xəbərdarlıq etməklə bu müqaviləyə xitam verməsi barədə məlumat verir;

    3. Bu müqaviləyə müqavilənin 1.1.-ci maddəsində nəzərdə tutulmuş iş başa çatdıqda və müqavilənin 3.1.-ci maddəsində razılaşdırılmış xidmət haqqı (muzd) “Alıcı” tərəfindən “İcraçı”ya tam şəkildə ödənildiyi təqdirdə xitam verilir.

  3. Tərəflərin hüquqi ünvanları və imzaları

“İcraçı”:

“ "---------" MMC ” Daşınmaz Əmlak Şirkəti

VÖEN : ----------

Bakı şəhəri, ---------- küç, -----

Tel. ----------

İmza: ________________________

Alıcı”

Tel. __________________________________________________________



İmza: ________________________
Yüklə 18,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin