Məsələ 637: Bir neçə şeyə təyəmmüm etmək düzgündür: torpaq, çınqıl, qum, kəsək (bir-birinə yapışmış torpaq) və daş. Bir şərtlə ki, bütün bunlar pak və bir qədər tozlu olsun.
Məsələ 638: Əhəng daşı, gəc daşı, mərmər, qara daş və bu kimi şeylərə təyəmmüm etmək olar. Əqiq və firuzə daşı kimi cəvahirata təyəmmüm etmək olmaz. Vacib ehtiyat budur ki, bişmiş gəc və əhəngə, eləcə də kərpic və saxsıya təyəmmüm edilməsin.
Məsələ 639: Əgər yuxarıdakı məsələlərdə adı çəkilən şeylər tapılmasa, libas və bu kimi şeylərin üzərindəki toza təyəmmüm etmək olar; toz da tapılmasa, gilə təyəmmüm etmək olar. Gil də tapılmasa vacib ehtiyat budur ki, namaz təyəmmümsüz qılınsın, sonradan qəzası yerinə yetirilsin. Namazı dəstəmaz və təyəmmümsüz qılmağa məcbur olan şəxs “faqidut-təhureyn” adlanır.