Müqəddİmə Bir neçə zəruri xatırlatma


Namaz Namazın əhəmiyyəti



Yüklə 9,34 Mb.
səhifə128/519
tarix02.01.2022
ölçüsü9,34 Mb.
#12100
1   ...   124   125   126   127   128   129   130   131   ...   519

Namaz

Namazın əhəmiyyəti


Namaz insanla Allah arasında rabitədir. Namaz ruhu səfalandırır, qəlbi paklayır, təqva ruhu yaradır, insanı tərbiyələndirir və günahlardan çəkindirir. Namaz olduqca mühüm bir ibadətdir. Rəvayatlərə əsasən, namaz Allah dərgahında qəbul olarsa, başqa ibadətlər də qəbul olar. Əgər namaz qəbul olmazsa başqa ibadətlər də qəbul edilməz. Rəvayatlərdə bildirilir ki, beş vaxt namazını yerinə yetirən insan gündə beş dəfə yuyunub çirkabdan təmizlənən insan kimi günahlardan təmizlənir. Ayə və rəvayatlərdə, Peyğəmbər (s) və mə’sum imamların buyuruqlarında cidi tövsiyə olunmuş əməllərdən biri namazdır. Buna görə də namazı tərk etmək kəbirə günahlardan sayılır.

Yaxşı olar ki, insan namazını yubatmayıb ilk vaxtda qılsın. Namaza ciddi əhəmiyyət vermək, onu aram qılmaq lazımdır. Namaza diqqətsizlik və onun sür’ətlə qılınması namazı tə’sirdən sala bilər.

Hədisdə nəql olunur ki, bir gün İslam Peyğəmbəri (s) məsciddə bir şəxsin sür’ətlə namaz qıldığını, rüku və səcdələri lazımınca yerinə yetirmədiyini gördü. Həzrət buyurdu: “Əgər bu şəxs bu sayağı namaz qılan halda dünyadan getsə mənim dinimdə gedənlərdən sayılmaz.”

Namazın ruhu qəlbin iştirakıdır. Namazda diqqəti yayındıran şeylərdən çəkinmək yaxşıdır. Namaz qılan şəxs namazın mətnindəki sözləri anlamalı, namaz boyu öz namazına diqqətli olmalı, cismi və qəlbi müt’i olmalı (xüzu və xüşu), kiminlə danışdığını anlayıb özünü Allahın əzəmət və böyüklüyü qarşısında kiçik saymalıdır.

Mə’sumlar haqqında nəql olunur ki, bu insanlar namazda ilahi düşüncəyə qərq olmuş, özlərini unutmuşlar. Belə ki, Əmirəl-mö’minin Əlinin (ə) ayağına batmış oxu namaz əsnasında çıxararkən Həzrət bundan xəbər tutmur.

Namazın qəbulu və onun kamilliyi üçün onun vacib şərtlərini yerinə yetirməklə yanaşı, aşağıdakı nöqtələri nəzərə almaq lazımdır.

Namazdan öncə günahları yada salıb tövbə qılmaq; namazın qəbuluna mane olan həsəd, təkəbbür, qeybət, haram qida, məstedici içkilər, xüms və zəkatdan boyun qaçırmaq kimi günahlardan çəkinmək.

Namazı dəyərdən salan, qəlbin iştirakına mane olan işlərdən də pəhriz etmək yaxşıdır. Məsələn, yuxulu vəziyyətdə, ayaqyolu ehtiyaclarını saxlamış halda, səs-küy içində, insanın diqqətini cəlb edən mənzərələr qarşısında namaz qılmaqdan çəkinmək lazımdır. Pak libas, saçların səliqəsi, dişlərin yuyulması, ətirlənmək, əqiq üzük taxmaq kimi savablı işlərə diqqət yetirmək lazımdır.



Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   519




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin