Məsələ 63: İstər ayaqyolunda, istərsə də başqa vaxtlar, istər məhrəm (bacı və qardaş kimi), istərsə də naməhrəmlərin gözü qabağında, istər büluğ həddinə çatanların, istər büluğ həddinə çatmayanların, hətta yaxşını pisdən seçə bilməyən (müməyyiz) körpələrin hüzurunda insanın öz ayıb yerini örtməsi vacibdir. Amma ər və arvadın bir-birindən örtünməsi vacib deyil.
Məsələ 65: Ayaqyolunda sidiyə gedən və bayıra çıxan vaxt üzü qibləyə və ya arxası qibləyə oturmaq olmaz. Ayıb yerin özünü çevirmək kifayat etmir. Amma bədən üzü qibləyə və arxası qibləyə olmayan vaxt vacib ehtiyata əsasən, ayıb yer üzü qibləyə və arxası qibləyə çevrilməməlidir.
Məsələ 66: Sidik və ya nəcis çıxacağını yuyan vaxt üzü qibləyə və ya arxası qibləyə olmağın eybi yoxdur. Amma “istibra” (sidik kanalının şəriət qaydasında təmizlənməsi) zamanı vacib ehtiyata əsasən üzü qibləyə və ya arxası qibləyə oturmaq olmaz.
Məsələ 67: Böyüklər körpələri, vacib ehtiyata əsasən, bayıra çıxdıqları və ya sidiyə getdikləri vaxt üzü qibləyə və ya arxası qibləyə oturtmamalıdırlar. Amma uşaq özü həmin vəziyyətdə otursa mane olmaq vacib deyil. Amma bu iş görülsə daha yaxşıdır.
Məsələ 68: Əgər ayaqyolu (bilərəkdən və ya səhvən) üzü qibləyə və ya arxası qibləyə tikilmişsə insan elə oturmalıdır ki, üzü qibləyə və ya arxası qibləyə olmasın. Bu məsələni bilərəkdən fərqinə varmamaq haramdır.
Məsələ 69: Ayaqyoluna gedən zaman qibləni tanımayan şəxs onu tapmağa çalışmalıdır. Əgər tapa bilməzsə, bir qədər gözləməlidir. Gözləyə bilmədikdə istənilən bir tərəfə üz tutub oturmasının eybi yoxdur. Təyyarə və qatarda da bu nöqtə nəzərə alınmalıdır.
Məsələ 70: Bir neçə yerdə sidiyə getmək və ya bayıra çıxmaq haram sayılır: