Məsələ 750: Namaz qılan şəxsin libası atıcı qanı olan heyvanların ölüsünün hissələrindən olmamalıdır. Vacib ehtiyat budur ki, balıq və ilan kimi atıcı qanı olmayan heyvanların da hissələrindən olmasın.
Məsələ 751: Namaz qılanın üstündə ölü heyvan hissələri olmamalıdır. Bu hökm libasdan əlavə əşyalara da aiddir. Amma tük, yun kimi ruhsuz hissələrin eybi yoxdur. Məsələn, əti halal heyvan ölüsünün yunundan və tükündən hazırlanmış libasla namaz qılmaq olar.
Məsələ 752: Müsəlman bazarından alınmış dəri paltarla namaz qılmaq olar. Hətta həmin heyvanın şər’i qaydada zibh edilib-edilməməsinə şübhə olsa da, bunun eybi yoxdur. Amma dərinin qeyri-İslami məmləkətdən gətirildiyinə yəqinlik olsa, həmin dəri üstündə olan halda namaz qılmaq olmaz. Əgər satıcı lazımınca araşdırma aparmayan biganə bir şəxsdirsə, ondan alınmış dəri mə’mulatla da namaz qılmaq düzgün deyil. Amma bir şəxs öz üzərindəki dərinin İslami, ya qeyri-İslami məmləkətdən gətirildiyini bilməsə, həmin dəri ilə namaz qılmaq olar.