Məsələ 871: Namazın ilk hissəsi “təkbirətül-ehram” adlanır. Təkbirətül-ehram dedikdə “Allahu əkbər” söylənilməsi nəzərdə tutulur. Təkbirətül-ehramı bilərəkdən və ya səhvən tərk etmək namazı batil edir. Amma onu bilərəkdən artırmaq, məsələn, bir dəfə yox, iki dəfə “Allahu əkbər” söyləmək bilərəkdəndirsə, namazı batil edir.
Məsələ 872: “Allahu əkbər” cümləsi də namazın digər zikrləri kimi aydın ərəbcə söylənilməlidir. Bu sözlərin ərəbcə səhv söylənilməsi və ya tərcüməsinin deyilməsi bəs etmir.
Məsələ 873: “Təkbirətül-ehram” deyərkən bədən aram olmalıdır. Addım atan vəziyyətdə “Allahu əkbər” söylənilsə batildir. Səhvən belə edərsə, vacib ehtiyat budur ki, namazı pozacaq bir iş görsün (Məsələn, üzünü qiblədən çevirsin və yenidən təkbir söyləsin.)