Məsələ 970: Səcdə üçün ən üstün şey Həzrət Seyyidüş-şühədanın (İmam Hüseynin) türbətidir. Bu türbət şəhidləri yada salır.
Məsələ 971: Əgər insanın əlində səcdə ediləsi bir şey yoxsa və ya qızmar isti, sərt soyuq səbəbindən səcdə edə bilmirsə, kətan və ya pambıqdan olan libasına səcdə edə bilər. Əgər paltar yundandırsa bu paltara və ya xalçaya səcdə etsin. Bu da mümkün olmasa, metal və mə’dəndən çıxan şeylərə səcdə etsin. Bir şey tapmasa əlinin arxasına səcdə etsin; əlin arxası səcdə ediləsi son şeydir.
Məsələ 972: Əgər birinci səcdədə möhür alına yapışsa, ikinci səcdə üçün onu alından götürmək lazımdır. Həmin vəziyyətdə ikinci səcdəyə getsə buna irad var.
Məsələ 973: Əgər namaz əsnasında səcdə ediləsi şey əldən çıxsa, məsələn, uşaq onu götürsə, namazın vaxtı geniş olduqda onu başa vurub, ehtiyata əsasən onu yenidən qılmaq lazımdır. Vaxt dar olduqda, bu namazın qəzası yoxdur. Hər iki halda əvvəlki iki məsələdə deyilən göstərişə əməl etsin.
Məsələ 974: Səcdə halında başa düşsə ki, alnını səcdə edilməyəsi bir şeyə qoyub, namazın surətini pozmadıqda alnını səcdə ediləsi bir şeyin üzərinə çəksin. Yaxında bir şey olmasa və vaxt dar olsa, əvvəlki məsələdəki hökmə əməl olunur.
Məsələ 976: Allahdan qeyrisi üçün səcdə etmək haramdır. Bə’zi avam insanlar imamların qəbri qarşısında səcdə qılırlar. Bu səcdələr imam üçün olsa haramdır, Allaha şükür üçün olsa eybi yoxdur. İmamların qəbri qarşısında səcdə edilməsi baxanlarda belə bir təsəvvür yaradırsa ki, həmin şəxs imama səcdə edir və bu iş düşmənlərin əlinə bəhanə edirsə, eybi var.