Məsələ 1078: İnsan düzgün şəkk ilə qarşılaşdığı vaxt namazı kəsə bilməz. Belə məqamlarda zəruri göstərişə əməl olunmalıdır. Bütün şəklərdən öncə bir qədər fikirləşmək lazımdır. Əgər ehtimallardan heç birinə əminlik yaranmazsa və ya mö’təbər ehtimal müəyyənləşməsə, şəkk batil şəklərdən olduqda namaz kəsilir. Şəkk düzgün şəkdirsə lazımı göstərişə əməl edilməlidir.
Məsələ 1080: Əgər öncə bir tərəfə güman güclü olarsa, sonra hər iki güman eyni gücdə qalarsa və şəkk halı yaranarsa, şəkk göstərişinə əməl olunmalıdır. Amma öncə şəkk halı yaransa, sonra bir tərəfə güman güclü olsa, güman əsasında əməl edilir. Namazı batil edən şəklərdə isə şəkk təsdiqləndikdə namaz yenidən qılınır, bu şəkkin güclü olub-olmamasının əhəmiyyəti yoxdur.