Məsələ 1179: Bir yerdə neçə gün qalacağını bilməyən müsafir namazını yarı qılır. Bu vəziyyətdə otuz gün keçdikdən sonra isə namazını tam qılmalıdır. Həmin müddətdən sonra az da qalsa bu hökm gücündədir. Əgər qəməri təqvimlə bir ay qalsa, bu ay otuz gündən az olsa da bəs edər. Məsələn, bir ayın onundan o biri ayın onunadək.)
Məsələ 1180: Bir şəxs bir məhəldə doqquz gün və ya bir qədər az qalmaq istəsə, həmin müddət ötdükdən sonra bir daha doqquz günü və ya bir qədər az qalmaq qərarına gələrsə, otuz gün başa çatanadək namazını yarı qılır. Otuz birinci gündən namazlarını tam qılmağa başlayır.
Məsələ 1181: Bir məhəldə otuz gündən az qalmaq bəs etmir. Bir şəxs niyyət etmədən bir yerdə iyirmi gün qalıb sonra bir neçə fərsəx uzağa gedərsə həmin yerdə iyirmi gün qaldıqda namazı yarıdır.