Məsələ 1213: Dünyasını dəyişmiş insanın qəza namazları və ibadətlərini yerinə yetirmək üçün muzd vermək iradsız deyil. Amma həcc istisnadır. Bir şəxs ibadət üçün muzd vermək, “əcir” tutmaq istədikdə savab qazanmaq ümidində olsun. Amma qəza namaz və oruclarını, eləcə də müstəhəb namaz və orucları savab üçün əcir almadan yerinə yetirməyin eybi yoxdur.
Məsələ 1214: İnsan bə’zi müstəhəb işlər, məsələn Peyğəmbər (s) və imamların qəbrinin ziyarəti üçün sağ adamlar tərəfindən əcir ola bilər. Vacib ehtiyat budur ki, bu işdə yalnız müqəddimə əməlləri üçün pul götürsün. Eləcə də müstəhəb əməlləri yerinə yetirib onların savabını ölülərə və ya dirilərə hədiyyə edə bilər.