Məsələ 1236: Camaat namazında bir neçə şərtə əməl etmək lazımdır:
1. Ara kəsmənin olmaması
İmamla mə’mumlar, eləcə də mə’mumlar arasında görməyə mane olan arakəsmə olmamalıdır. Hətta şüşə arakəsmənin eybi var. Amma mə’mum qadın olarsa onunla kişilər arasında ara kəsmə olmasının eybi yoxdur.
Məsələ 1237: İmam mehrabda dayandığı vaxt onun arxasında bir nəfər iqtida etməsə, sağ və solda dayanıb mehrabın divarı səbəbindən imamı görməyənlər ona iqtida edə bilməzlər. hətta imamın arxasında bir şəxs dayandığı halda mehrabın divarları səbəbindən onu görməyənlərin iqtida etməsi iradlıdır. Amma onların arxasında dayananların namazı düzgündür. Hətta cərgələr artıq məsciddən xaric olarsa, eybi yoxdur.
Məsələ 1238: Cərgələr uzandığından cərgənin qurtaracağında dayananlar imamı görməzsə bunun eybi yoxdur. Bir cərgənin uzanması səbəbindən onun iki tərəfində dayananların da qarşısını görməməsi camaat namazına mane olmur.
Məsələ 1239: Sütunun arxasında dayanmış şəxs sağ və sol tərəfdən mə’mumlar vasitəsi ilə imama bağlanırsa qıldığı namaz düzdür.