Məsələ 1248: Üzürsüz səbəbə camaat namazından ayrılmaq, fərdi namaz niyyət etmək olmaz. İnsanın öncədən və ya namaz əsnasında belə bir qərara gəlməsinin fərqi yoxdur.
Məsələ 1249: Əgər mə’mum hər hansı üzür səbəbindən imam Həmd-surəni dedikdən sonra namazdan ayrılarsa və fərdi niyyət edərsə Həmd-surəni oxumamalıdır. Amma əgər həmd-surə başa çatmamış niyyət edərsə, imamın oxumadığı miqdarı oxumalıdır.