Məsələ 1300: Ayat namazının bir rəkətini birinci, ikinci rəkətini o biri qayda ilə qılmaq olar.
Məsələ 1301: Gündəlik namazda vacib və müstəhəb olan işlər ayat namazında da vacib və müstəhəbdir. Amma ayat namazının azan və iqaməsi yoxdur. Bunun əvəzində üç dəfə “Əssəlat” deyilir.
Məsələ 1302: Müstəhəbdir ki, hər rəkətdə səcdəyə getməzdən öncə “Səmiəllahu li mən həmidəh” və “Allahu əkbər” deyilsin. Eləcə də, hər rükudan öncə və sonra təkbir demək müstəhəbdir.
Məsələ 1303: Onuncu rükudan öncə qunut oxumaq müstəhəbdir.
Məsələ 1304: Rəkətlərin sayında şəkk olsa və neçə rəkət qılındığı bilinməsə, namaz batildir. Amma rəkətlərin sayında şəkk olduqda, az ehtimal əsas götürülür. Məhəl ötsə, yə’ni səcdəyə gedilsə şəkkə e’tina olunmur.
Məsələ 1305: Ayat namazının hər rükusu bir rükndür. Bilərəkdən və ya səhvən bu rüknlər artırılıb-əskildilsə namaz batildir.